4. Qəbrin üstə düşdü ilk qar...
Bu gün səhər narın-narınQəbrin üstə töküldü qar.Bu gün səhər başdaşınıDöydü soyuq, öpdü ruzgar,Qəbrin üstə düşdü ilk qar!Mən də gəldim bu gün səhər,Gəldim bura bir hörmətləQucaqlayıb məzarınıÖpdüm sonsuz məhəbbətlə!Yox! yox! Yalnız mən deyiləm,Burda xeyli adam vardır.Sənin şeirin, sənin sözünOnlara bir yadigardır!Sən severdin insanları!Cən sevərdin ilk baharı!..Sən sevərdin sərt küləyi,Sən severdin qışda qarı!..Belə soyuq günlərdə sən,Tüfəng alıb çıxdın ova,Keçdin bizim o yerlərdənMaral, ceyran qova-qova!Bəzən də sən çobanlarlaQar üstündə ocaq çatdın,Qışda uzun gecələriMeşələrdə təkcə yatdın,Qar üstündə ocaq çatdın!Həmin soyuq, bax, həmin qarMəzarına bir həmdəmdir,Bu ünsiyyət, bu saf dostluqƏl çatmayan bir aləmdir!Xeyr! Yağan qar deyildir!Sussun dili küləklərin!Qəbrin üstə çiçək açmışƏməllərin, diləklərin!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-xelil-4-qebrin-uste-dusdu-ilk-qar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünən göydən od yağırdı,Bu günsə yağış yağır.
Külək əsir dənizəUzaqdakı dağlardanKülək əsir dənizə...
Ağac sallayaraq budaqlarınıAğac sallayaraq budaqlarını,İnsana “Al!” dedi, tökdü yükünü.
– Yaman yağış yağır! – Söylədi çoban– Yaman yağış yağır! – Söylədi çoban –Çıxara bilmədim malı örüşə!..