Dünya rəqs meydançası,Sübhədək əyləncələrSalonu deyil, oğlum,Qurbanın olum!Dünya mənzil də deyil,Xoşuna gəlməsə, sənBaşqa yerə köçəsən.Dünya at da deyil ki,Yəhərləyib çapasan,Sehrli üzük taxıbXəzinələr tapasan...Dünyaya gələ bilmək,Dünyada qala bilməkYaman zor işdir, oğlum,Qurbanın olum!Dünya – fikirdə döyüş;Dünya – ürəkdə döyüş;Dünya – gözdə döyüşdür;Dünya – sözdə döyüşdür,Oğlum, qurbanın olum.

Dünya, hər vaxt dünyayaKeşikdə duranındır;Dünya, hər vaxt dünyanıYenidən quranındır,Oğlum, qurbanın olum!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов