Ballada

Nazim Hikmətin ölümü münasibətilə

– Nazim öldü! – dedilərİnanmadım əsla mən,İnanmadım heç buna.Gülxana parkındakıO cövüz ağacınınQoparaq öz kökündənTufanda solduğuna!– Nazim öldü! – dedilərİnanmadım mən... AncaqÜrəyimin başınıDeşdi iti bir bıçaq!Sinəmə töküldü Kür,Dünya uçdu başıma,Ağladım hönkür-hönkür.Kişi də ağlayarmı?Taleyimə bax mənim!Günahım yox bu işdə,Tir-tir əsir bədənim;İki şair dəfn etdimƏvvəl 56-da,Sonra da 63-də.– Nazim öldü! – dedilərKönüllər dalğalandı,Uzaq-yaxın şairlərHəsrətlə onu andı.Neruda uzaqlarda,Tixonov–Moskvada,Səməd isə məzarda...İstanbul göylərindənTöküldü göz yaşı tək,Ulduzlar düşdü suya –Nazimin ulduzları!Əsdi acı bir küləkDolaşdı boz düzləri.Türk fəhləsi, kəndlisiBu dərddən xəbər tutdu,Öz dərdini unutdu!Qan dolu bəbəkləriFəryad etdi insanlar;Nazimin insanları,Nazimin çiçəkləri!Mənsə andım keçən ilQaqrada, payız vaxtı,Onunla son görüşü:O, necə də mehriban.Ah, necə də xoşbəxtdi?!Ona şeir oxudum,Oturmuşduq üz-üzə.Arabir çiynim üstdənO baxırdı dənizə.Dəniz kimi saçı boz,Dəniz kimi qüdrətliDəniz kimi tükənməz;Dəniz kimi köksü gen,Dəniz kimi dövlətli!– Nazim öldü! – dedilər.

Kim tanımır bu adı?Sındı Şərqdən ucalanBir qartalın qanadı!Susdu Şərqi zülmətdənAydınlığa çağıran,Susdu Şərqin dərdini

Bayraq edib əlində“Üsyan!” deyə bağıranİnqilabçı şairinİnqilabçı ustadı!Kim tanımır bu adı?– Nazim öldü! – dedilər.İnanmadım buna mən.Keçdi bir ordu kimiGözlərimin önündənKommunist bir şairinKommunist misraları;Hər kəlmənin qəlbindəGünəş, həyat, məhəbbət.Dayanmayan bir yürüş!Bəzən acı bir həsrət,Bəzən dadlı bir görüş!..Bəzən sınır kəlmələrBir dilbərin gözündə,Bəzən dönüb bir oxaQayadan, daşdan keçir!Onun ilham dəryasıBu torpağın üzündəNeçə eldən su içir!..Hərdən şeir bənzəyirQərənfilə, nərgizə.Dünya olur laləzar,“Gəl, gəl!” söyləyir bizə.Hərdən isə hər tiniEdib özünə səngər,Alovlardan don geyibŞer olur bir əsgər,Hər söz barıt qoxuyur.O, sonuncu düşmənə,Bir son kəfən toxuyur!Yox, yox! Susun, susun siz!Ölərmi Nazim Hikmət?Şairə nə ölüm var,Nə də ki, istirahət!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов