Şərbət də içdim mən, zəhər də gördüm
Şərbət də içdim mən, zəhər də gördüm;Yenə də var olsun, söylədim, həyat!Ömrümü, qəlbimi şeirə verdim,Dövlətim zəhmətdir, bir də təmiz ad!
Təmiz ad və zəhmət! Var olun sizi,Bilirəm, sizdədir xeyir-bərəkət.Gəlin bir də öpüm əllərinizi,Hər arzu sizinlə güləcək, əlbət.
Sizinlə güləcək göy də, torpaq da,Sizinlə bəxtiyar olsun insanlıq!Sizsiz uçub gedər ən uca dağ da,Sizsiz zəfər çalmaz bir qəhrəmanlıq!..Sizinlə yaşayıb xoşbəxt olaq biz,Sizdən ayrılmasın nəsillərimiz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-xelil-serbet-de-icdim-men-zeher-de-gordum
Клавиши ← → для перехода, R — случайное стихотворение