Deyirəm
Ay ağalar, gəlin sizə söyləyim,Atəşin ürəkdə yanar, deyirəm,Qəvi düşmən pis fikirdən çəkinməz,Od vurub sinəmə yanar deyirəm.
Ürəyim dərdlidi, qəlbim fikirdə,Tab edə bilmirəm bir belə dərdə,Sayıl tək səhrada qaldım şərməndəƏl vurma şüşəyəm sınar deyirəm.
Alıyam, unutmam vəfalı dostu,Vurubsan sinəmə kamanı qəsdi,Dedim əl çəkəsən, demədin bəsdi,Qalmışam zülmətdə, kənar deyirəm.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-deyirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Keçdi cavanlığım, keçdi dövranım,Zəmanə qəddimi əydi, neyləyim?!
NeynərCümlə xilqət bu cahana mübtəla,Cahanı sevməyən cananı neynər?!
Nə qaldı (Talayıb mahalın mal-dövlətini)Talayıb mahalın mal-dövlətini,Əyrilər apardı, düzə nə qaldı?
Nə qaldı?Gəşt elədim, bu dünyanı dolandım,Əllini keçirdim, yüzə nə qaldı?
Başqa şairlərin şeirləri
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yarEy xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar,Tərlədib ruxsan al eylərdi, al eylərdi yar.
Pulu olmayanı saymırlar, oğlumƏzizim Müşviqə.*Pulla qiymət verir hamı insana,
Ay PəriKönlüm gülzannda, qış mövsimində,Açılıb təzə gül, di dər, ay Pəri!