Neynər
Cümlə xilqət bu cahana mübtəla,Cahanı sevməyən cananı neynər?!Eşqdən bixəbər naşı, nadandı,Əhli-ruh aləmdə nadanı neynər?
Hurirüxsar, hilalqaşlı, siyahtel,Boyu mina, əndam büllur, incəbel.Diyarım zibasın əsil mələk bil,Bizim mahcamallar ədanı neynər?!
Səslə hüzuruma aqil kəsləri,Hikməti dərk edən pürhəvəsləri.Qovla məclisimdən kənar kəsləri,Alı mərəkədə gədanı neynər?!
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-neyner
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Mənəm
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,