Əllər
Küllü kainatın püştü-pənahı,Pirinci əl üstə gətirən əllər.Beş yaşında ol kafəri səmaya,Əntəri qeyz ilə itirən əllər.
Dünya abı ikən xakə vuruldu,Altı gündə hökm olundu, quruldu.Abi-kövsər, xaki-baddan duruldu,Tifilkən ağ divi bənd edən əllər.
Xızır Peyğəmbərin elmi dəryadı,Musa Peyğəmbərin qəlbi oryadı.İsanın anası adı Maryadı,Xızırla Musaya yol verən əllər.
Xavəri-saili cəmə gələndə,Yetmiş oğlu ol Salsalın öləndə.Malik Əbülməcən salsal əlində,Salsalla şəmamə götürən əllər.
Yer altında şəhrizərə getdilər,Büstü dala ol şəmamə yetdilər.Gülabı-Malikə qardaş etdilər,Salsalı dəryaya qərq edən əllər.
Adəmnən Hatəmə Merac mehmanı,Onunla getmişdi bilin pünhanı.Aşıq Alı, sən ağanı tək tanı,Almanı, üzüyü gətirən əllər.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-eller
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bahar gəldi bu dağlara,Gülüm gələ, gülüm gələ.
Yalan bazarıBu yalan bazarında mətah yaman ucuzdurAldığımız da sözdür, satdığımız da sözdür.
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
Kənzül-həqayiq, fəsil 33ندانی چیست تحقیق ترازوکه میسنجد عمل بی دست و بازو