Bülbül fəğan eylər hey gələr səsi,Güllər solub, o bağbanlar itibdi.Oxuyub qumru tək kəklik ləhcəli,Mən gördüyüm nər cavanlar itibdi.

Oxumamış mən əbcədi bilirəm,Dərya kimi təlatümə gəlirəm,Bey peyğəmbər, əlif Allah qanıram,Dil tərk olub, yol-ərkanlar itibdi.

Göydə bir quş vardı adı dolaşıq,Nitqi yoxdu, sözün söylər dolaşıq,Hər saz çalan deyir: mənəm də aşıq,Alı kimi çox insanlar itibdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq