Min rəhmət söylərəm kamil ustada,Ərz etdi dərsimi düzünə yazdım.Köçməsin ünvansız türfə gözəllər,Vəsfini mehparə üzünə yazdım.

Kökü safsa, bəhrə verər əsl dən,Bir şeyxi xürrəməm pakı nəsildən.Zaman keçər, xəta umma əsildən,Təmənnasız nəğmə yüzünə yazdım.

Əhval tutdu Alı asman zəmindən,Kənar qaçdım xilqət əqli kəmindən.Məğrurlar dönəndə mətləb cəmindən,Yüz cavab hər kəlmə sözünə yazdım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri