ArvadKişi, mənə yaxşı paltar al gətir,Boşanaram günü qara düşərsən.

ƏrMəndən yaxşı eldə səni kim saxlar,Burdan gedər qeyri hala düşərsən.

ArvadMəndən yaxşı kimdi qızda, gəlində,Löy kəndində, gəzsən ayrım elində?Yaxanı qoyaram yetim əlində,Ah-vay çəkib, ahı-zara düşərsən.

ƏrArvad, səndən gözəl birin alaram,Bir qul olub qulluğunda qalaram.Yəqin bil ki, səni gözdən salaram,Filan kimi qapılara düşərsən.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri