Niyə durnam
Durnam, getmə, qatar-qatar,Səni mənim ahım tutar.Məni də özünlə apar,Apar məni Löyə, durnam.
Durnam gedər qatar-qatar,Kərəm desə, lələk atar.Kərəm yatmaz, Lələ yatar,Niyə durnam, niyə durnam?
Bəsti, yada düşdü yurdum,Xan Kərəmdən azmı dərdim?Nə toy-düyün, nə şan gördüm,Niyə durnam, niyə durnam?
Kitabxana.az · https://kitabxana.az/works/asiq-besti-niye-durnam
← → düymələri ilə keçid, R — təsadüfi şeir