Yasdı dağlar
Ay dağlar, yasdı dağlar,Qar, duman basdı dağlar.Yarı yardan ayırmaq,Səndə həvəsdi, dağlar.
Ay dağlar, yasdı dağlar,Ot səni basdı, dağlar.Gəl bir də qan eyləmə,Qan etdin bəsdi, dağlar.
Ay dağlar, yasdı dağlar,Acı yel əsdi, dağlar.Səndə üzü gülmədi,Ağladı Bəsti, dağlar.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-besti-yasdi-daglar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Açıldı
Əqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Gəraylı: Rüxsarın ətrafında nə xoşRüxsarın ətrafında nə xoşDüşübdür danə xalların
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
Bir tikəÇörək müqəddəsdir, çörək əzizdir,İnsanları yaşadandır bir tikə.