Qafil könul, bir məclisə varanda,Ver qadağa acı dilə, danışma.Hərcayı söyləmə, Hərcayı demə,Laf eyləyib gülə-gülə danışma.

Aşıq gərək hər məclisdə sayılsın,Sözünü eşidən qansın ayılsın,Kəlmə çıxar, şirin cana yayılsın,Qaldırıb səsini zilə, danışma.

Sözün uca tutma azğın, axmağın,Xoşlanılmaz aralıqdan çıxmağın.Layıq deyil başa qaxınc qaxmağın,Öz eybini bilə-bilə, danışma.

Yazıq Hüseyn, əhdin yetər yerinə,Könül bağla aşiqlərin pirinə.Çək sözünü həqiqətə, dərinə,Hər qədir bilməzlə belə danışma.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri