Yaxşıdı
Bir kəs könül sənə etimad etsə,Biliynən ki, onun zatı yaxşıdı.Namərd leyli nahar plov yedirtsə,Mərdin quru məhəbbəti yaxşıdı.
Hərcayi əlindən dəng oldum başdan,Baş qafa adamdan, ürəyi daşdan,Bədnəzər qonşudan, kötü yoldaşdan,Qədirbilənlərin iti yaxşıdı.
Dad həzar əlindən pərgarsız sazdan,Ver qurtar özünü nəzir-niyazdan,Gəyəzən gəlindən, güləyən qızdan,Söyləyən arvaddan lotu yaxşıdı.
Qul Şenlik sözünü söylədi sağdan,Piltəli çıraxdı şamdanı yağdan,Çörəksiz otaqdan, meyvəsiz bağdan,Çayır çəmənlərin otu yaxşıdı.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-senlik-yaxsidi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Vüsali müjdəsidin əşkbar gözüm,Gər ağlamas nə əcəb edir nisar gözüm.
Müsəmmən: Əlminnətü lillah ki, murad oldu müyəssərƏlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,