Dəsturül-əməl
Alicənab Hacı Molla Məhəmməd!
Vəqta ki, İstanbula varid olursunuz, təvəqqe edirəm ki, bidunitəxir mənim məktubumu dostumuz Əbdürrəhman ağa Hacı Məhəmmədəmin mərhumun oğluna təslim edib, lisanən mükərrəmüləleyhdən rica eləyəsiniz ki, hər vəch ilə olur olsun mənim məsulumu məmul edə və məktubumun cavabını sizə verə ki, mənə yetirəsiniz. Xülasə, gərək cavabsız gəlməyəsiniz. Sonra əlifbayi-cədidin xüsusunda həmişə ərbabimərifət və kəmal ilə göftgu edəsiniz və üləma məclisinə tərəddüd edib, bu əlifbanın mənfəəti babında onlar ilə danışasınız və basmaxana sahiblərinə deyəsiniz ki, onların hüsni-övza və tərəqqiləri mövqufdur bu əlifbanın intişarına. Ondan ötrü ki, hər kitab təzə xətti-cədid ilə basmaxanadan çıxdıqda haman saat füruşa yetişəcəkdir. İnşaallah-taala, padşahani-islam bu rəsmi-xətti-cədidi təsdiq və mücra edib, küllifirqeyi-islamı nikbəxt edəcəklər və əgər əlifbayi-cədidin surətini bir kimsənə xahiş eləsə, əlbəttə, yazıb verəsiniz.
Baqi, fəzailməab İbrahim əfəndiyə məndən salam yetirəsiniz.
Yazıldı Tiflisdə, məhərrəmül-həramın
axırında, sənə 1275 [9 sentyabr 1858].
Kapitan Mirzə Fətəli tərəfindən.
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-desturul-emel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Beşinci məclis vaqe olur obada. Heydər bəy alaçığın içində oturubdur, bir gün irəli toy edib gətirdiyi gəlini ilə. Çöldə zurna-qaval çalırlar. Cahıl uşaqlar oynuyub söz oxuyurlar.H e y d ə r b ə y: Allah, kərəminə şükür! Yuxudur, görəsən, ya zahirəndir ki, mən səninlə qabaqqabağa oturmuşam. İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükrünü yerinə yetirə bilmənəm.
“Kəmalüddövlə məktubları”nın üzünü köçürən şəxsin islam xalqlarının şəriət xadimlərindən birinə göndərdiyi məktubun surəti(h. 1280-ci ildə)Bilik və mə’rifət sahiblərinə aydın və aşkardır ki, heç bir əsrdə və heç bir zaman dünya dinsiz və zındıq adamlardan xali olmamış və olmayacaqdır. Bu adamlara acıqlanıb qəzəblənmək heç bir nəticə verməz. Çünki bu kimi yolunu azmış adamlar bir və ya iki nəfər deyil, həm də ölkənin daxilində yaşamırlar və özləri də müəyyən bir əsrdə baş qaldırmırlar ki, onların öhdəsindən asanlıqla gəlmək mümkün olsun. Onlar saya-hesaba gəlməz dərəcədə çoxdurlar. Biz onların hansının öhdəsindən gələ bilərik?
Kəmalüddövlənin əvvəlinci məktubuRəməzan ayında, sənə 1280-də Təbrizdən*Ey mənim əziz dostum Cəlalüddövlə, axır sənin sözünə baxdım, ingilis və firəng və Yengi Dünya səfərindən sonra İran torpağına səfər etdim. Amma peşman olmuşam; kaş gəlmiyəydim, kaş bu vilayətin əhlini ki, mənim ilə həmməzhəbdirlər, görmiyəydim və oların əhvalından xəbərdar olmuyaydım. Ciyərim kabab oldu. Ey İran, hanı sənin o şövkətin və səadətin ki, Kəyumərs və Cəmşid və Güştasib və Nuşirəvan və Xosrov-Pərviz ə’sarında var idi?..
İkinci məktubGenə Təbrizdən, rəməzan ayında, sənə 1280-də*Ey ruhi-əzizim Cəlalüddövlə, bu məktubumda axund Molla Sadığın və’z məclisini sənə vəsf edirəm. Heyrət et, tüklərin biz-biz dursun. Amma çihasil, mənim bu yazdığım mətalibdən ki, onların intişarı mümkün deyil, əhli-İran qalibən bisavaddırlar. Bəlkə despotun ədəmitəvəccöh və ehtimamından və üləmanın biinsaflığından və bərbəriyyət zamanının hürufunun qüsurundan onların mindən birisi oxumağa qadir deyil. Bərfərz beş-on nəfər mənim mətalibimi oxudu, anladı, aya bununla murad hasil olurmu?
Başqa şairlərin şeirləri
Tər basdı xəcalətdən onu, bax, birdən.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yetQərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.
Qara heyMən deyirəm, bu dünya da beş gündü,Mən bilirəm beşini də qara,hey!