Həsənəli xana məktub
Həsənəli xana yazılmış məktubun surəti
Mənim əziz ağam, yüksək iqbalınız daimi olsun!
Yəqin ki, əziz xatirinizdədir ki, ilk dəfə Avropadan İrana qayıdarkən Tiflisdə görüşüb ayrıldığımız zaman iltifatınızın və şəfqətinizin çoxluğundan məni qucaqlayıb öpdünüz və buyurdunuz:
– Mirzə Fətəli, mən səni qəlbən sevirəm və xahiş edirəm ki, qələmindən nə çıxarsa, həmişə mənə göndərəsən ki, mən sənin əsərlərini və yazılarını tam sevinclə oxumaq arzusundayam.
Cəlal sahibi cənabınızın məhz bu fərmayişinə görə sizə xəbər verməyi özümə borc bilirəm ki, bu günlərdə mən öz kitablarımdan və yazılarımdan bəzilərini Maarif Nazirliyinə göndərmişəm və bunu da yəqin bilirəm ki, sizin nəvvab-müstətab Etizadüssəltənə ilə xüsusi dostluğunuz vardır. İltifat edib, onları oxuyun və sizə həqiqi ixlası olub, cənabınızın yaxşı tanışlarından biri kimi məni də layiq bildiyiniz şəkildə qiyabi olaraq tanış edin!
Məsələ köhnə islam əlifbasının dəyişdirilməsi barədədir. Əlifba məsələsi bu gün böyük bir məsələ olmuşdur. Hər tərəfdən, hər guşədən o barədə məqalələr yazırlar və qəzetlər çap edirlər. Bu məsələnin təzələnməsi ilə əlaqədar olaraq, mənim də qəlbimdə sönmüş atəş yenidən alovlanmışdır. Qəlbimdə olanları qələmə alıb maarif nazirinə göndərmişəm. İstəyirəm ki, bu böyük iş dövləti-əliyyeyi-İranın başçılarının hümməti ilə başa çatdırılsın və bu xeyir işin şöhrəti bu dövlətin adı ilə bağlansın.
Mən işin başlanğıcında arzu edirəm ki, bu işin iftixarı bütünlüklə mənim olsun. İndi artıq başqaları da müdaxilə etmişlər. Elə isə qoy nə mənim olsun, nə də başqalarının.
Alinəsəb cənabınızdan xahiş edirəm ki, həmin yazıları oxuduqdan sonra, lütf edib, mənim adıma bir məktub yazaraq, dövləti-əliyyeyi- İranın Tiflis baş konsulu Əli xana göndərəsiniz ki, mənə çatdırsın və bu xüsusdakı rəyinizi haman məktubda mənə bildirəsiniz.
Çox təəssüf edirəm ki, siz ikinci dəfə Avropadan İrana qayıdarkən, kimsə Qocur yaylağına teleqram vuraraq, Tiflisə varid olduğunuzu mənə bildirməmişdir ki, şəhərə gəlib sizi ziyarət edəydim.
Sizə ixlası olan Mirzə Fətəli Axundzadə
1868-ci il, sentyabr ayı, Tiflis şəhəri
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-heseneli-xana-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Filan ilin filan ayında mən öz böyüklərimin icazəsi və dövləti-əliyyeyi İranın baş konsulu vasitəsilə maarif naziri həzrət-əşrəf Əliqulu Mirzəyə öz tərtib etdiyim həm keçmiş, həm də yeni nüsxələrdən ibarət yeni əlifba layihəsini, habelə cənab Ruhül-qüdsün tərtib etdiyi layihəni göndərərək, xahiş etmişdi ki, Maarif Nazirliyində bu məsələni müzakirə etsinlər və nəticəni isə öz rəyləri və fikirləri ilə bərabər, mənə bildirsinlər. Bu günə qədər Maarif Nazirliyindən bu xüsusda mənə heç bir cavab yetişməmişdir. Ona görə də mən sizdən xahiş edirəm ki, haman yazıları Maarif Nazirliyindən geri alasınız...Qafqaz canişini Baş idarəsi depar-*
RəşidəSevimli Rəşid!Keçən məktubda mən ananın fotoşəklini sənə göndərmişdim. İndi isə Xanbaba xanın, Nisə xanımın, Mənsur Mirzənin və Mələksima xanımın şəkillərini göndərirəm. Mənim keçən məktubumda verdiyim suallara cavab yaz və fotoşəkillərinin çatması haqqında məlumat ver.
Sevimli RəşidSəbirsizlik və ruhi həyəcanla gözlədiyim 23 dekabr tarixli məktubunu aldım.Rəşid!
Fərhad Mirzəyə“Cami-Cəm” coğrafiya kitabını ingiliscədən farscaya tərcümə edən şahzadə Fərhad Mirzə Qacar, Nəsrəddin şahın əmisi, Məkkəyə gedərkən, 1875-ci ilin oktyabr ayında Tiflisə gəlmişdi. Görüşdüyümüz zaman islam əlifbasını dəyişdirməyin zəruriliyi barədə aşağıdakıları yazıb ona verdim:Birinci fikir: əvvəldə olduğu kimi, hərflər bitişir, erab, yəni hərəkələr hərflərin sırasına daxil edilir və bütün nöqtələr atılır.
Başqa şairlərin şeirləri
Nazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
De gəlsinHicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.
Dünyanın üzü toy, astarı yasdıKardioloq, prof. Fuad Əliyevə*Ölçüb təzyiqimi keçirsən belə,