Səhifə 2 / 5 · 20%

Dəxi hərgiz müqəyyəd deyil ki, əcnəbi məmləkətlərdə bədnamdır və hər biganə məmləkətin xalqı onun adın eşidəndə, onu xar tutur və onun təbəəsinə və mə’murlarına həqarət ilə baxır və olara nisbət məğruranə rəftar edir. Qeyrətmənd və sahibi-namus şəxs belə səltənətdən ar edər və belə padişahlıqdan bizar olur.

Ey İrani-biçarə, Firdövsi rəhmətullah sənin bu gününü səkkiz yüz il bundan irəli ilham ilə bilib, Hürmüzd şahın oğlu Rüstəmin dilindən xəbər verir:

[Rüstəmin öz qardaşına yazdığı məktubdan]

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21
[Bu ərəblər]

22

23

Sonra mərhum Firdövsi, Hürmüz şahın oğlu Rüstəmin dilindən Sə’d-Vəqqasə yazdığı namədə xəbər verir:

1

2

3

4

5

6

[Qeyd səh.50-də] 7

8

9

10

11

12

13

  • Ey Cəlalüddövlə, Sə’d-Vəqqas, Müğəyrəni elçi göndərib Rüstəmin naməsinin cavabında gör nə sözlər yazdı və gör nə xəyalatın və puç əqaidin xatiri üçün İran xalqının səadətini bu rahzənlər bərbad etdilər:

1

2

3

4

5

6

Sə’d Vəqqasın təklifi ilə dini – islamı qəbul etdik. Onun qövlünə görə gərək iki aləmdə dəxi şadlıqla və şahlıqla olaydıq. Axirət aləmindən hələ ki, xəbərimiz yoxdur; bir sözdür, Sə’d Vəqqas və sairələri deyir. Gələk dünya aləminə *. Hicrətdən bu zamana qədər İran xalqının başına müsibətlər gəlibdir ki, dünyanın heç bir səfhəsində xalq elə müsibətlərə və bəlalara giriftar olmayıbdır. Ərəblərinmi ləşgərkeşliyin və xunrizliyin deyim, ya Dəyalimənin və Səffariyanın və Samaniyanın və Qəznəviyanın və müluki-Təbəristanın və müluki- Mazandəranın və müluki-övladi-Ziyarın və müluki-təbəqeyi-İsmailiyyənin və müluki-Səlcuqiyanın və Atabəkiyanın və Xarəzmşahilərin, Çingizilərin, Ali-Müzəffərin, Teymurilərin, səlatini-Ğurun, müluki- Rüstəmdarın, müluki-Sərbədaranların, müluki-Kərtün, Şeybanilərin, Çobanilərin, Ağqoyunluların, Qaraqoyunluların, Səfəviyyələrin, Əfqaniyyələrin, Əfşariyyələrin, Zəndiyyələrin, Qacariyyələrin, hələ bulardan başqa aralıqda və guşə-kənarda o qədər təvaifi-müluk və sahibi-xüruc peyda olubdur ki, hesaba gəlməz.

Sə’d Vəqqasın xəbər verdiyi bəşarətin nəticəsi bu oldu. Yalqız İran əhli deyil, ərəblər özləri nə günə çatdılar? İndi dünyada ərəblərdən gümnamtər və bədbəxttər tayfa yoxdur. Bəs niyə dini-islam onların səadətinə bais olmadı? İndi ac və susuz, bielm və bihünər tollanıb qalırlar. Əgər bütpərəstliklə baqi qalsaydılar, yəhtəmil bir günə çıxardılar. Çox ehtimal var ki, islam əqaidinin əfsanələri, o biçarələri dəxi sivilizasyon tapan taifələrdən əqəb saldı.

Ey Cəlalüddövlə, bu sözlərdən sən güman eləmə ki, mən bəlkə başqa din və məzhəbi islama mürəccəh tuturam. İş ona qalsa, genə islam dini sair ədyandan bərgüzidə və mənim məqbulumdur *. Bu qədər var ki, mən külli-ədyanı puç və əfsanə hesab edirəm. [Olardan heç birisinə axirətdə qurtuluş ümidi ilə mail deyiləm. Mən o dini tərcih edirəm ki, onun vasitəsi ilə insan bu dünyada xoşbəxt və azadə ola bilsin]. İndi sən mənə cavab ver görüm ki, bu min iki yüz həştad ilin müddətində bu qədər silsilənin zühuru, millətin nə faydası üçün lazım idi və millət niyə gərək öylə natəvan olsun ki, hər bir dərədən baş qovzuyan it-qurd onun başına bu növ bəlaları gətirsin?

*Əhli-İranın bu gunə bədbəxtliyinə səbəb ərəblər oldu. Dörd yüz ildən ziyadədir ki, aləmdə basmaxana ixtira olunub, elmin intişa-

+

rına və literaturun kəsrətinə ümdə vasitə olubdur. İran xalqı dünən basmaxana bina edir, onu da səfahətdən daş basmaxanası ki, öz etiqadınca onda hüsni-xətt zahirdir. Dəxi o qədər şüuru yoxdur anlasın ki, hüsni-xətt əlzəm şey deyil və daş basmaxanasında kütüb qələt basılır və giranbəha olur və kütüb vüfur bəhəm etməz və hər binəva onun təhsilinə qadir olmaz və literaturu dəxi qaliba şamildir bu mətləbə ki, təharəti belə tut, nəmazı belə qıl və fitrə və zəkatı və xümsü belə ver və rəf’i-hacət edəndə ru-bəqiblə oturma və ağırlığını sol ayağının üstünə sal və buların adın əhkami-şər’iyyə qoyubdur və ya şamildir bir para əfsaneyi-biəslin nəqlinə ki, adını mö’cüzat yazıbdır və ya bir para iğraqatdan və mübaliğatdan və qafiyəpərdazlıqdan və [ölçusüz] təməllüqkarlıqdan məmlu təsnifata ki, adına təvarix deyibdir və hərgiz

+

bilmir ki, poeziya nə tövr gərək olsun və hər pərpuç nəzmi poeziya hesab edir. Belə zənn eləyir ki, poeziya ibarətdir bir neçə taraqqaturuqlu əlfazı bir vəzni-müəyyəndə nəzmə çəkib axırına qafiyə verməkdən və məhbubları qeyri-vaqe süfat ilə tə’rif etməkdən və baharı və xəzanı qeyri-təbii təşbihat ilə vəsf eləməkdən. Necə ki, Tehranın müəxxirin şüərasından Qaani təxəllüsündə bir şairin divanı bu növ cəfəngiyat ilə doludur. Dəxi fəhm edə bilmir ki, poeziyada məzmun gərək ki, bəməratib nəsrdə bəyan olunan məzamindən müəssirtər düşə və ya poeziya gərək ya hekayətə, ya şikayətə şamil ola; qayət cövdətdə, müvafiqi-mavaqəə, müvafiqi-övza və halati-fərəh-əfza və ya hüznəngiz, müəssir və dilnişin; necə ki, Firdövsi rəhmətullahın kəlamıdır. Əlhəq demək olar ki, milləti-islam arasında poeziya ibarətdir fəqət Firdövsinin əş’arından ki, misli heç bir bəşərə islam millətindən bu zamana qədər məqdur olmayıbdır.

Amma əgər xalq həqiqəti-poeziyadan və onun şürutundan xəbərdar olsa, yəhtəmil, Firdövsimanənd şe’r deməyə qüdrət hasil edə bilər. Zira ki, kəlami-fəsih və şe’ri-məqbul, xəvariqi-adat və mümtəniat qəbilindən deyil, bəlkə mümkünat qəbilindəndir.

Yunan millətinin içində əsri-qədimdən bir şair məşhurdur ki, adına Homer deyirlər. Milləti-yunanın əsri-qədimdə vüqua gələn müharibatını və hadis olan vəqayeini və pəhləvanlarının mübarizəsini və hünərlərini Firdövsi kimi nəzmə çəkibdir, belə ki, bu zamana qədər bir afəridə onun əş’arına nəzir deməyə qadir deyil və habelə ingilis millətinin içində bir neçə yüz il bundan irəli bir şair peyda oldu Şekspir adlı ki, səlatini-ingilisin məsaibini nəzm edibdir, bir növ müəssir ki, müstəme sima’ halətində, nə qədər şədidülqəlb olsa da, bükadan özünü saxlaya bilməz və sair bu misal şüəra külli-miləl arasında mövcuddur.

Nəsrdə dəxi gah-gah bu növ müəssir və fəsih və cövdətli kəlam ittifaq düşür; necə ki, Quran ərəb dilində. Bu növ qabiliyyət, təbiətibəşəriyyənin vədayeindədir ki, gah-gah bir para əfradi-bəni-növibəşərdən büruz edir və bu növ vədiəyə ilham nisbəti verilir.

Əhli-İran hətta səhhaflıq sənətini də bu zamana qədər dərk edə bilməyiblər ki, səhafət etdikləri kitablar iki günün içində öz dövlətlərinin əhkamı kimi pozulub vərəqələri pərakəndə olur; bavücudi ki, hər gün görürlər ki, Yevropada səhafət tapan kütüb necə möhkəmdir ki, yüz ildə müstə’məl olunsa, genə də pozulmaz və zəhməti dəxi bunların səhafət əməlinin zəhmətindən azdır və sair təvaif indi dünyada araba yoluna iktifa etməyib, hər yerdə dəmir yollar qayırırlar. Amma İran millətinin məmləkətində çox yerdə səvarə yolu da müşküldür və millət və rəisi-millət hərgiz dərk edə bilmir ki, məmləkətin abad olmağı və ticarətin rəvacı və millətin fəqrdən azad olmağı üçün tə’miri-türuq əlzəm vəsailin birisidir. Yollar xarab, qəryələr viran, şəhərlər birövnəq, küçələr [dar və] biəndam, qəbiristanlar küçələrin içində havanın kəsafətinə bais. Məhz bu xatirə ki, çürümüş sümüklərə tərəddüd edənlər hər gün beş-altı kəlmə ərəb dilində fatihə ismi ilə söz oxusunlar.

*Üyubi-məzkurədən əlavə, bir para məzarlarda məvaddi-heyvaniyyənin təhlilindən bir qaz peyda olur ki, adına qazi-müvəllidül-maikibriti deyirlər və ondan kiçik və zəif şö’lələr nümayan olur və habelə bir para məzbələlərdə və bataqlıqlarda dəxi palçıq və çamurdan məvaddi-nəbatiyyənin təhlilindən və təəffünündən məzkur qaz təkəvvün tapıb şam tərkibində öz-özünə yanar. Biçarə və bisavad və ülumdan bixəbər İran xalqı qəbristanlarda qazların şö’lələrini həml edərlər buna ki, sahibi-məzar günahkardır və məlaikeyi-əzab ona qəbirdə atəş ilə əzab verirlər və qazın şö’lələrini məzbələlərdə möcüzə sanıb etiqad edərlər ki, onun məhəlli-zühuru imamların, ya evliyayi-dinin birisinin qəbridir və tə’cili-tamam ilə məzbur məhəldə xərc edib böyük asar və əbniyə bərpa edərlər və haman məzbələni düaların məhəlli-isticabəti və mərəzlərinin məqami-istişfası bilirlər. Üləma dəxi onun əvəzinə ki, avamı bu puç e’tiqaddan mən’ edələr və olara deyələr ki, bu qism zadlara xərc etdikləri pullar ilə mərizxanalar qayıralar və elmi-tibb və hikmət və şimi və sair ülumi-nafiə tə’limi üçün mədarisi-aliyə yapıb, millətin zülmətdən nəcat tapıb işıqlığa çıxmağına bais olalar, oları belə ə’mali-bifaidə və napəsəndidəyə dəxi ziyadə tərğib edirlər.

*[Və həm də müsəlmanların çoxu, istər iranlı olsun, istərsə osmanlı, öz yanlarında saat saxlamağa adət etmişlər. Əgər bir vaxt, lazım olduqda bir tanışdan soruşsanız ki, filankəs, saat neçədir? O, sənə cavab vermədən əvvəl səndən soruşur ki, gün saat neçədə batır?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri