Mirzə Yusif xana məktub
Mirzə Yusif xana göndərilmiş məktubun surəti
Cəlal sahibi cənabınızdan Süavi əfəndinin qəzetini mənə göndərdiyiniz üçün çox razıyam.
Süavi əfəndinin qəzeti mənim əlimə belə bir zamanda çatdı ki, mən Ruhül-qüdsün əlifbasının yaxşı və çatışmaz cəhətlərinə dair öz fikrimi yazaraq, həmin əlifbanı son zamanlarda islam əlifbasını dəyişdirmək haqqında özümün düzəltdiyim başqa bir layihə ilə birlikdə Tehrana göndərməyə hazırlaşırdım.
Süavi əfəndinin qəzetini aldıqdan sonra öz fikirlərimi göndərmək işini bir neçə gün təxirə salıb, Süavi əfəndinin əqidəsinə tənqid yazmağa başladım. Həmin tənqid məqaləsini qəzetin əsli və farsca tərcüməsi ilə birlikdə, öz fikirlərimlə bərabər Tehrana Maarif Nazirliyinə göndərdim. Daha sonra həmin tənqidin surətini Süavi əfəndinin məqaləsinin surəti ilə birlikdə cənab Ruhül-qüdsə göndərdim. İndi isə Ruhülqüdsə göndərdiyim məktub və məqalələrin surətini cəlal sahibi cənabınıza göndərirəm. Ancaq mən bu məqaləni çap etdirmək üçün deyil, könlünüzün xoşluğu üçün sizə göndərirəm. Çünki, məqaləni lazım və münasib bilsə, çap etdirməyi Melkum xandan xahiş etmişəm. Lakin yazdığım tənqidi məqalə məzəsiz olmadığına görə, sizə göndərirəm ki, qulluq işlərinin çoxluğu nəticəsində yorulduqda oxuyasınız ki, ürəyiniz açılsın.
Bundan sonra əlifbanı dəyişdirmək haqqında Tehrandan cavab alınarsa və ya bu xüsusda əmr sadir olarsa, əhvalatın nə yerdə olduğunu yazıb, cənabınıza bildirəcəyəm.
Adres: Parisdə əzəmət, kəramət və cəlal sahibi, dövləti-əliyyeyi- İranın vəziri-muxtarı, cənab Mirzə Yusif xan həzrətləri, Allah iqbalını daimi etsin, oxuyacaqlar.
Sizə ixlası olan Mirzə Fətəli Axundzadə
1868-ci il, sentyabr ayı, Tiflis şəhəri
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-mirze-yusif-xana-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış məktubun surəti**Əzəmətli ağam, Allah səadətinizi daimi etsin!
Mirzə Yusif xana1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış ayrıca məktubun surəti**Əzəmətli ağam, Allah sizin ömrünüzü uzun eləsin! Dövləti-əliyyeyi-İranın İstanbuldakı səlahiyyətli naziri Həsənəli xan Gərrusi Tiflis yolu ilə qulluq yerinə gedirdi. Tiflisə çatdığı gecə görüşünə getdim. Mehribanlıq edib əhval soruşduqdan sonra hər tərəfdən söhbət açıldı və rəvayətlər söylənildi. O cümlədən, adını çəkdiyim əzəmətli şəxs buyurdu ki: “Məmunun xilafəti zamanı, hələ onun paytaxtı Xorasanda olduğu dövrdə, Əmir Əli adlı bir şəxs Həmədan mahalında hakim mənsəbi ilə başıuca olmuşdu. Həmin Əmir Əli Həsənəli xanın böyük babasıdır. Əmir Əli isə ərəb əmirlərindən Səsəə ibn-Qəqa adlı bir sərdarın oğlu imiş. Təsadüfən, Məmunun dəvəti ilə həzrət imam Riza əleyhissəlam ki, böyük cəlal və dəbdəbə ilə Mədinədən Xorasana gedirmiş, Əmir Əlinin hakim olduğu yerdən güzarı düşmüş və onun evində qonaq olmuşdur. Əmir Əli əsrin imamının onun evində mənzil etməsi nəticəsində nail olduğu böyük səadətin qarşısında öz minnətdarlığını bildirmək üçün iki oğlundan birini imamın ayağı altında qurban kəsmək istəmişdir. İmam isə bunu qəbul etməmiş, Əmir Əliyə xeyir-dua edib, onun ocağına bərəkət və səadət göndərməyi izzət sahibi olan Allahdan istəmişdir.
Mirzə Yusif xana1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış başqa bir məktubun surəti**Əzəmətli ağam!
Mirzə Melkum xana1871-ci il iyunun 8-də Melkum xana yazılmış məktubun surəti**Ruhi rəvanım, Ruhül-qüds!
Başqa şairlərin şeirləri
Hacı Filan öz qızını şövhərə verdi,Yəni ki bizim türki dilicən ərə verdi.
Gəlsin, gəlməsinSəba, məndən söylə o gülüzara,Bülbül gülüstanə gəlsin, gəlməsin?
Ay ata-ataAy bimürvət, aldın şirin canımı,Müjganın sinəmə ay ata ata.
Didəbanam rəhguzari-şahı gozlər gozlərimDidəbanam rəhguzari-şahı gozlər gozlərim,Baqmazam qeyri yola, şəhrahi gozlər gozlərim.