Mirzə Melkum xana
1871-ci il iyunun 8-də Melkum xana yazılmış məktubun surəti
Ruhi rəvanım, Ruhül-qüds!
İyun ayının 2-də göndərdiyim məktubda yazmışdım ki, qüdrətli Rusiya dövlətinin başçıları avar və çeçen dilləri üçün əlifba düzəltmişlər və Dağıstan vilayətinin hər tərəfində dövlət xərci ilə məktəblər və mədrəsələr açıb, dağlı müsəlman balalarına onların öz ana dillərini oxutdururlar. Dağıstan əhlinin uşaqları yaxın gələcəkdə elm və savad sahibi olacaqlar. Qafqazın geniş ərazisində yaşayan bizlər isə, ərəblərin yaramaz əlifbası sayəsində dünyanın sonuna qədər kor kimi cəhalətdə qalacağıq.
İndi həmin çeçen əlifbasından bir nüsxə Tiflisdən tapıb sizə göndərirəm. Eyni zamanda Dağıstana yazmışam ki, avar əlifbasından da bir nüsxə göndərsinlər. Alan kimi onu da sizə göndərəcəyəm.
İndi sizdən xahiş edirəm, vəkalətpənah sədr-əzəm cənablarına deyəsiniz ki, Dağıstan camaatı və çeçenlər 1280 ildir ki, islam dinini qəbul etmişlər və ərəb əlifbasının yarıtmazlığı nəticəsində bu günə qədər savadsız, mədəniyyətsiz qalmışlar. Böyük Rusiya dövləti isə yalnız bir neçə gündür ki, bu torpaqları ələ keçirmiş və əsla gecikmədən, fürsəti fövtə vermədən Dağıstanda yaşayan tayfaların təlim və tərbiyəsinə başlamışdır. Dövlətlərin öz təbəələri qarşısında borcu da bundan ibarətdir. Yəni onlar gərək öz təbəələrinin hər bir fərdinin tərbiyəsilə məşğul olsunlar və onları qaranlıqdan işığa çıxartsınlar.
Bunun müqabilində siz necə razı ola bilərsiniz ki, 300 milyonluq islam xalqları bizim köhnə əlifbamızın yaramazlığı nəticəsində əbədi olaraq kor olub cəhalətdə qalsınlar? 1280 ildir ki, cəhalətdə qalmışıq, kifayətdir! İndi ki dərdimizin əlacını tapmışıq, nə üçün gələcəkdə də elm və mərifət qapılarını üzümüzə bağlamaq istəyirsiniz? Nə üçün köhnə islam yazı qaydalarını və əlifbasını dəyişdirməyə mane olursunuz?
Böyük Rusiya dövlətinin hümməti və səyi sayəsində, 50 ildən sonra Dağıstanın bütün əhalisi savad və bilik sahibi olacaqdır. Onların yeniyetmə gəncləri ərəbcə olan dini, fiqh və tarix kitablarının əksəriyyətini həmin bu yeni əlifbaya keçirəcəklər. Öz dinlərini əvvəlkindən daha yaxşı mühafizə edəcəklər. Fiqh məsələlərini keçmişdəkindən daha yaxşı biləcəklər.
Biz yazıqlar isə, əlifbamız dəyişməzsə, yenə də əski cəhalətdə qalmağa məhkumuq. Bəzi hekayələr ərəbcədən çeçen dilinə tərcümə edilib, həmin əlifba ilə yazılmışdır. Ərəbcə kitabların əksəriyyətini də sözsüzşübhəsiz bir az sonra çeçenlər həmin yeni əlifbada yazıb-oxuyacaq və bu iş onların dininə zərrə qədər də xələl yetirməyəcəkdir.
Cənab Ruhül-qüds! Xahiş edirəm bu məsələni də İstanbulun qanmaz nazirlərinə başa salın və onlara belə bir sual verin:
Sual – Nazir həzrətləri! Xalis müsəlman, şafei-məzhəb və qiblə əhli olan çeçen tayfası bu gün öz dilində yazıları köhnə xətt və hərflərlə deyil, avropalıların yazısına oxşayan, həm də soldan-sağa yazılan, bax, sizə göstərdiyim bu əlifba ilə yazır, oxuyur və elmləri öyrənir. Ey nazirlər! Deyin görək, sizin fikrinizcə bu çeçen tayfası kafirdirmi, ya yox? Onlar islam dinindən çıxıb, mürtəd, kafir və məlun olmuşlar, ya yox?
Əgər desələr ki, bəli, kafərdirlər və lənətə layiqdirlər, onda bu sözləri onlara oxuyun:
“La ilahə illəllah və Mühəmmədən Rəsulüllah – deyib, üzü qibləyə namaz qılanın peyğəmbər əleyhissəlamın dediyinə əsasən, təkfir edilməsinə icazə verilmir”.
Peyğəmbər əleyhissəlamın sözləridir ki: “Qiblə əhlindən bir fərdin belə haqqında lənət oxumaq, yəni onu təkfir etmək olmaz”.
Əgər desələr ki, xeyr, kafər və məlun deyildirlər, onda onlardan soruş ki, elə isə, ey nazirlər, siz hansı dəlilə və hansı əsasa görə yazımızda bitişməz hərflərin işlədilməsini fransız yazısına oxşatmağı və köhnə islam yazısını və ərəb hərflərini ləğv etməyi küfr əlaməti hesab edirsiniz? Siz hansı sənəd əsasında ərəb əlifbasını dinin bir hissəsi sayırsınız? Halbuki, bizim tətbiq etmək istədiyimiz yeni hərflərin hamısı, cüzi bir dəyişiklik ilə şəkilcə həmin sabiq hərflərimizin özlərindən ibarətdir. Məsələn: hərfi, yeni əlifbada yenə də hərfi olaraq qalır.
hərfi sabiq hərfi, hərfi də yenə hərfimizdir ki, onların görünüşündə cüzi dəyişiklik olmuşdur.
Bütün əlifbamızda olan hərflərin hamısı da bunlar kimi. Əcnəbi xalqların hərflərindən heç bir hərf və heç bir əlamət alınmamışdır. Heç bir vəchlə demək olmaz ki, bu yeni hərflər avropalıların hərfləridir. Əgər bir nəfər bizə qarşı belə bir töhmət vurarsa, açıq-aydın iftira və böhtana əl atmış olar.
Ruhül-qüds! Xahiş edirəm ki, bu mübahisənin nəticəsini yazıb, mənə bildirəsiniz. Əgər nazir həzrətləri zorakılığa və hədə-qorxuya əl atarlarsa, o, tamamilə başqa işdir.
Hər halda siz əlifba məsələsinə dair fransız dilində bir məqalə yazıb çap etdirin və qəzetdən bir neçə nüsxəsini mənə göndərin!
Mən də, cənab Şeyxülislam da xahiş edirik ki, mükəmməl tərtib etdiyiniz yeni samit və sait hərflərinizin şəkillərini çap nüsxəsi olarsa, çap olunmuş halda olmazsa, qələmlə yazılmış halda çox zəhmətə səbəb olan təfsilat ilə deyil, bir-iki səhifədə yazıb bizə göndərəsiniz ki, nəzərdən keçirək.
Mənim bütün məktublarımı əvvəldən axıra qədər xüsusi bir dəftərə köçürüb saxlayın ki, biz öldükdən sonra gələcək nəsillər üçün tarixi və əntiqə sənədlər olacaqdır.
Qardaşınız Mirzə Fətəli
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-mirze-melkum-xana-6
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
ÜÇÜNCÜ MƏCLİSÜçüncü məclis genə haman yerdə Molla İbrahimxəlilin çadırında vaqe olur. Molla
Dördüncü məclisDÖRDÜNCÜ MƏCLİSDördüncü məclis genə haman yerdə vaqe olur. Nuxulular vədə verilmiş otuzuncu gündə sübh çağı uzaqdan görünürlər. Molla İbrahimxəlil tez belinə bir ağ fitə bağlayır, biləklərin çırmayır, mütəarif ev libasında, çit şəbkülah başında, əmmaməsiz çadırın qabağında durub, şagirdi Molla Həmidi çağırır. Molla Həmid qabağına gələndən sonra bu növ ilə ona buyruq verir.
Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhurthumbnailYəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir.
Birinci məclisBİRİNCİ MƏCLİSƏvvəlinci məclis Qarabağ vilayətində min iki yüz altmış üçüncü ildə yazın əvvəlində, novruz bayramından bir gün keçmiş Təklə-Muğanlının qışlağında vaqe olur. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır, kiçik bacısı Gülçöhrə yanında oynayır.
Başqa şairlərin şeirləri
Bir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər