Cəlaləddin Mirzəyə
Fətəli şah Qacarın oğlu şahzadə Cəlaləddin Mirzəyə göndərilmiş məktubun surəti
Həzrət-əşrəf, alinəsəb, azadə şahzadə Cəlaləddin Mirzə, Allah onun ömrünü uzun eləsin, hüzuruna ərz edirəm.
Mübarək məktubunuz yetişdi. Son dərəcədə sevinc və başıucalığıma səbəb oldu. Şahzadə naxoşluqdan sağaldığı üçün hədsiz dərəcədə şad oldum. Xəbər vermişsiniz ki, Allahın evini ziyarət etmək qərarına gəlmişsiniz. Xahiş edirəm ki, həm gedəndə, həm də gələndə Tiflis yolu ilə keçib, bəndənizin evində mənzil edəsiniz ki, qonaqpərvərlik vəzifəmizi yerinə yetirək və bir neçə gün burada qalmağınız fürsətindən istifadə edərək, həzrət-əşrəfinizin mübarək görüşü və söhbətindən şad və xoşhal olaq.
Şahzadənin dövlətindən, yaraşıqlı və səliqəli çoxlu otaqlarım vardır ki, həzrət-əşrəfinizin mənzil etməsinə layiq ola bilər. Kərim Allah bir parça çörək əta etmişdir ki, sizin kimi əziz və şəniyüksək qonaqların qarşısında xəcalət çəkib başıaşağı olmayaq. Xahiş edirəm ki, yola düşəcəyiniz vaxtı əvvəlcədən yazıb mənə bildirəsiniz.
Həzrət-əşrəfinizin məktubunu “Nameyi-xosrovan”ın iki cildi ilə birlikdə Şeyxülislam cənablarına çatdırdım. Mən hazırda yaylaqdayam. Şeyxülislam şəhərdə qalxmışdır. Görüşümüzdən sonra cavabını həzrətəşrəfə yazaram.
Əlifba hələlik çap olunmamışdır. Bir çox məsələlər və maneələr meydana çıxmışdır. Əhvalatın nə yerdə olduğunu əzəmətli ağam Mirzə Yusif xan cənablarına yazmışam. O, əlbəttə, həzrət-əşrəfə nəql edəcəkdir.
Yazıq Ruhül-qüds mənə yanıqlı bir məktub yazmışdır. Müasirlərinin tərsliyindən, yolagəlməzliyindən dad çəkib, fəryad edir. Görək, işin sonu nə olacaqdır. “Sarısifət kişicik” həmin adamdır ki, tapmışsınız.
“Nameyi-xosrovaı”ın ikinci cildin aldıqdan sonra, bir gün İranın dövlət xadimlərindən biri Tiflis yolu ilə hara isə gedirdi. Əvvəldən tanış olduğumuza görə görüşünə getdim və söhbətarası həmin mənzuməni oxudum. Elə ki:
“Birdən sarısifət bir kişicik mənim murad piyaləmə zəhər qatdı...” beytinə çatdım, müsahibim “Sarısifət kişiciyin” kim olduğu barədə mənim izahatıma macal vermədən dedi:
“Birdən sarıtük kişicik o olar ki, indi İrana yollanmışdır. O natəmiz oğlunun şərindən Allah öz bəndələrini saxlasın!”.
Mən onun ağıl və fərasətinə əhsən dedim.
Tiflis yaxınlığındakı Qocur yaylağında
həzrət-əşrəfə ixlası olan Mirzə Fətəli
Axundzadə tərəfindən yazıldı.
29 iyul 1871-ci il
Əziz dostum Manukci Sahibin məktubunu açıq qoyuram ki, cənabınız da oxuyasınız.
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-celaleddin-mirzeye-4
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cənab Boris Andreyeviç!Müsəlman əlifbasının natamamlığı şərqşünasların çoxuna məlumdur; müsəlman yazısını öyrənmək, demək olar ki, Çin heroqlifi kimi, zehnə deyil, yaddaşa möhtacdır. Əvvəla, sözlərdə tamamlanmış səslərin əmələ gəlməsi üçün lazım olan hərflərin bir neçəsi əlifbada yoxdur. İkincisi, saitlərin böyük hissəsi onların yardımı ilə tələffüz olunmalı samitlərin yanında yazılmır, bunu oxucu özü nəzərə almalıdır. Bu da oxucu üçün o vaxt müyəssər olacaq ki, yazılmayan saitləri oxumağa qədər kamilləşə bilsin. Bununla da illər keçir, qiymətli vaxt boş yerə hədərə gedir. Üçüncüsü, hərflərin çoxunun yazılış şəkli eynidir və yalnız nöqtələrlə fərqlənirlər. Bu nöqtələr də çox vaxt katiblər tərəfindən yazılmır, onları ayırd etmək oxucunun öz öhdəsinə buraxılır.
Mirzə Hüseyn xanaMəhəbbət yolu ilə məni yada salıb göndərdiyiniz məktub gəlib çatdı. Könlümün güzgüsünə sizdən sarı qonmuş inciklik tozu silindi. İndi gileygüzarlıq məqamında deməliyəm ki, siz mənim haqqımda çox cəfa rəva gördünüz. Mən sizə sədaqət və məhəbbət göstərdim. Onun əvəzində cövrü cəfa layiq deyildi. Özünüz insafla deyin, Tiflisdə sakin olduğunuz müddətdə məndən sizin istəyinizin xilafına olan bir hərəkət baş verdimi? Amma siz cənabın mənimlə rəftarından mənim şikayət etməyə haqqım var. Məndən aldığınız o əlifba kitabçalarını nə elədiniz? Mənə verdiyiniz o bollu vədlər necə oldu? İndi yazırsınız ki, İstanbula gəlim. Nə ümidlə, hansı inamla?Hər halda möhtərəm Mirzə Əbdürrəhim xana gahdan yazıb göndərdiyiniz məktubun qırağında yazıb bildirin görək gələn ilin payızında sizə məlum olan mətləblərə görə iki-üç ay müddətinə İstanbula gəlməyim məsləhətdir, ya yox?
Akademik Dorna cavabHəzrət-əşrəf! Zati-alinizin göndərdiyi məktubdan aldığım gözəl təəssüratı ifadə etmək üçün söz tapa bilmirəm. Mən bu məktubda yeni əlifbama dair birinci dəfə olaraq, təsəlliverici sözləri oxudum. Açıq deməliyəm ki, mən öz layihəmin faydalı və əsaslı olmasına o qədər möhkəm əmin idim ki, onun tezliklə və hər yerdə tətbiq ediləcəyinə zərrə qədər şübhə etmirdim. Belə bir əhvali-ruhiyyə ilə mən özümü elə bir şəxslə müqayisə edirdim ki, o, özünün bütün zəifliyi ilə qarşısında duran ən böyük çətinlikləri aradan qaldıra bilər. Lakin sizin məktubunuzu oxuduqdan sonra, sizə bəslədiyim tam etimada baxmayaraq, öz fikrimi dəyişdim. Məndəki coşqunluq və sonsuz enerji, əql-səlim və sakitliklə əvəz edildi. Mən öz layihəmi bəşəriyyət üçün faydalı olan bir zəhmətin nəticəsi kimi müdafiə etmək haqqında düşünərək, aşağıdakı qərara gəldim.Mənim layihəm hazırda islam Şərqinin ruhuna uyğun olaraq, rəhbər kimi qəbul edilə bilməz. Çünki o qəbul edildikdə hazırda Asiya və Avropada mövcud olan əlifba ilə çap edilmiş və həmin əlifbada olan bütün kitabları ləğv etmək lazım gələrdi. Ona görə də olmazmı ki, həmin bu əlifbanı hazırda mövcud olan köhnə əlifba ilə bir sırada tətbiq edərək, cüzi zəhmətlə öyrənmək fikri qəbul edilsin. Necə ki, rus mülki əlifbası kilsə əlifbası ilə birlikdə bir-birinə mane olmadan eyni xalq tərəfindən yazılır və oxunur. Belə bir ehtimalın mümkün olacağını düşünərkən mən müsəlmanların onsuz da şikəstə, reyhani və sairə kimi, həm də oxumağı bacaran adamların əksəriyyətinə tanış olmayan xətlərə malik olduğunu nəzərdə tuturdum. Lakin burada bir fərq var ki, adlarını çəkdiyim xətlər, mənim əlifbam tətbiq edildiyi təqdirdə, hazırkı yazıdan fərqləndiyi qədər fərqli deyildirlər. Ancaq mənim əlifbamın çox mühüm üstünlüyü vardır. Onun vasitəsilə bütün tarixi və coğrafi əsərlərdə bol olan xüsusi adları doğru və düzgün oxumaq və yazmaq mümkün olacaqdır.
A.F.KruzenşternəQafqaz canişini baş idarəsi rəisi A.F.Kruzenşternə**Baş idarənin yazılı mütərcimi kapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi*
Başqa şairlərin şeirləri
Çığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
نارونی بود به هندوستانزاغچهای داشت در آن آشیان
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın