Müstövfiyül-Məmalikə məktub
Dövləti-əliyyeyi-İranın birinci şəxsi Müstövfiyul-Məmalikə yazılmış məktubun surəti
Dövləti-əliyyeyi-İranın birinci şəxsi cəlal sahibi Müstövfiyül- Məmalik cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!
Dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu Əli xan alinəsəb bir cavandır və mənə böyük hörməti və mehribanlığı vardır. O, həmişə cəlal sahibi cənabınızın gözəl sifətləri və yüksək əxlaqını tərif etməklə üns məclislərimizə zinət bəxş edir. O, məni cənabınızın fəzilət məqamı, yüksək şəni, xalqsevərliyi və vətənpərvərliyi ilə tanış edib, mənə təlqin etdi ki, xeyirli nəticələri vəsfəgəlməz olan köhnə islam əlifbasını dəyişdirmək haqqında Maarif Nazirliyinə ayrıca ərizə göndərməklə bərabər, ixlasımı bildirən bir məktubla da özümü vəzarətpənah cənabınıza tanıtdırım.
Cəlal sahibi olan cənabınızın hüzuruna ərz edirəm: Mən şiə məzhəb müsəlmanlardan biriyəm. Doğulduğum yer Azərbaycan olmuşdur. Bəzi hadisələrin baş verməsi nəticəsində əvvəlcə Meşgin və Qaradağ mahalına düşüb, sonra isə böyük Rusiya dövləti torpağına gəlib, Şəki şəhərində sakin oldum və anamın əmisi Axund Molla Ələsgərin yanında müsəlman dillərini öyrənməyə başladım. Bir müddətdən sonra isə rus dilini öyrənməyə meyl edib, onu da öyrəndim. Fars və ərəb dillərini yaxşı bildiyimdən, Qafqazdakı Rusiya sərdarlarının yanında mütərcimlik vəzifəsi ilə başım ucaldı. Hazırda Qafqaz canişini nəvvabi-əfxəm imperatorzadənin xidmətində Şərq dilləri mütərcimi vəzifəsində çalışmağımla fəxr edirəm. Qulluqda olduğum müddətdə də fitri marağıma görə təhsil və təlimdən qəflət etməyərək, bəzi maraqlı əsərlər də yazmışam ki, onlardan ən məşhuru və ən faydalısı gözəl dram fənni, yəni teatr sahəsindədir ki, onun da məqsədi və nəticəsi insanların əxlaqını islah edib yaxşılaşdırmaqdır.
Bu cür əsərlər indiyə qədər müsəlmanlar arasında yaranmamışdı. Əsərlərimdən ən vaciblisi isə köhnə islam yazı qaydalarını dəyişməyə aid yazdığım kitabçadır. Başqa xalqların yazısı ilə tanışlığı olanlar yaxşı bilirlər ki, bizim əlifbamız nə qədər nöqsanlıdır və elmlər sahəsində inkişafımıza nə dərəcədə maneə törətməkdədir. Bu məsələnin təfsilatı tam aydınlığı ilə əlifba haqqındakı kitabçada və habelə indicə Maarif Nazirliyinə göndərilən ayrıca məruzəmdə yazılmışdır.
Tamamilə yəqinimdir ki, bu məsələni müzakirə və həll etmək üçün müşavirə məclisi cəlal sahibi cənabınızın hüzurunda təşkil olunacaqdır. Bu münasibətlə ümidim qətidir ki, cənabınız insanpərvərliyiniz, xalqsevərliyiniz və dövlətxahlığınızın tələbinə görə əlinizdən gələn hər şeyi bu işin icrasında edəcəksiniz.
Sizə ixlası olan Mirzə Fətəli Axundzadə
1868-ci il, sentyabr ayı
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-mustovfiyul-memalike-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əvvələn – bir dövlətin, ixtira sahibi olan bir şəxsə öz ixtirasının nəticələrindən fayda görməsi üçün imtiyaz verməsi lütf sayılmamalıdır. Ona görə ki, imtiyaz ixtira sahibinin haqqını qorumaq üçün verilən bir şeydir və belə bir imtiyazı verən dövlət ixtira sahibinə mərhəmət etmir, onu öz minnət və ehsan yükünün altına almır, ancaq ədalətin şərtlərini yerinə yetirir.İkinci – dövlət ixtira sahibinin mə’nəviyyatını, səlahiyyətini, yaxşı və pis olmasını təhqiq və təsdiq edərsə və bu xüsusda öz fikrini bütün təbəələrinə e’lan edərsə, böyük bir səhvə yol vermiş olar. Çünki belə olarsa, iki məsələdən biri mütləq ortaya çıxa bilər. Ya dövlət öz təhqiq və təsdiq fəaliyyətində səhvə və xətaya yol verərək, xalqı həmin ixtira yolunda çaşbaş salar ki, bu da dəfələrlə müşahidə olunmuş və xalqın böyük zərərinə səbəb olmuşdur. Təcrübələr əsasında dəfələrlə belə hadisələrin baş verdiyi görünmüşdür. Məsələn, Fransa dövləti bir neçə il bundan qabaq bir nəfər bankirin ixtirasını təhqiq və təsdiq edib, onun düzgün olduğunu bütün təbəələrinə e’lan etmişdir. Xalq isə dövlətin sözünə inanaraq, qazanc təmənnası ilə həmin bankirə çoxlu pullar tapşırdılar. Lakin ixtiranı təcrübədən keçirmək məsələsi ortalığa gələrkən mə’lum oldu ki, ixtira düzgün deyildir, dövlət isə öz təhqiqatında yanlışlığa və səhvə yol vermişdir, bu səhv də xalqı böyük zərərə salmışdır.
Mürafiə vəkillərinin hekayəti(ŞƏHRİ-TƏBRİZDƏ)*Təmsili-guzarişi-əcib ki, keyfiyyəti üç məclisdə
Əvvəlimci məclisƏvvəlimci məclis vaqe olur Təbriz şəhərində, Bağmeşə küçəsində, Hacı Qafurun*imarətində. Onun bacısı Səkinə xanım pəncərə qabağında durub, qaravaşı Gülsəbani*
İkimci məclisİkimci məclis vaqe olur Ağa Mərdan halvaçı oğlunun evində.*Ağa Mərdan** (yalqız). Görəsən Ağa Kərim niyə gec gəldi? Bəlkə Ağa Səlmanın vəkillik işi onu əyliyibdir? Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşi-fələkə çıxacaq! Külli pula çatdığımdan başqa, yəni vaqiən bu vəkillik bir tükənməz xəzinədir, yollarını bilənə. Əlhəmdüllah ki, mənim bu xüsusda qüsurum yoxdur.
Başqa şairlərin şeirləri
Mən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim
Çay mahnısıKimin ağrıyır canı,Qoy çay içsin mərcanı,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən