Əvvəlimci məclis
Əvvəlimci məclis vaqe olur Təbriz şəhərində, Bağmeşə küçəsində, Hacı Qafurun
imarətində. Onun bacısı Səkinə xanım pəncərə qabağında durub, qaravaşı Gülsəbani
çağırır.
Səkinəxanım. Gülsəba, Gülsəba, huy!
Gülsəba (daxil olur). Nə buyurursan, xanım?
Səkinəxanım. Gülsəba, heç bilirsən ki, mənim bu bihəya qardaşım arvadı başıma nə iş gətiribdir?
Gülsəba. Xeyr, xanım, bilmirəm.
Səkinəxanım. Hakimi-şərə adam göndərib bildiribdir ki, qardaşından qalan pulları mənə verməsin ki, mənim ilə onun davası var; o pul gərək ona yetişə. Gülsəba, belə iş olurmu? Vallah, mən bilmirəm ki, tarı yanında nə günahın sahibiyəm ki, həmişə bir səbəb düşər, mənim bəxtim bağlanar.
Gülsəba. Xanım, nə cəhət belə güman edirsən?
Səkinəxanım. Gülsəba, özün bilirsən ki, mən Əziz bəydən ötrü biixtiyaram. Biçarə iki il sərasər mərhum qardaşıma yalvardı ki, məni ona versin; vermədi ki, əhli-zələmə oğludur. İndi ki, qardaşım ölüb, ixtiyarım düşüb öz əlimə; istirdim ki, qardaşımdan qalan pulu alıb, tədarükümü görüb arzuma çatam. Bu bihəya qardaşımın arvadı mənə müddəi çıxıb, pulun yetişməyini təxirə saldı. Gərək indi dava çəkməyə məşğul olam.
Gülsəba. Xanım, qardaşın arvadının məgər irsdə payı var?
Səkinəxanım. Xeyr, heç payı yoxdur. O, qardaşıma kəbinli arvad deyildi ki, irs apara. Övladı yoxdu ki, irsə şərik ola. Heç bilmirəm ki, nə səbəbə mən müddəi çıxıbdır?
Gülsəba. Xanım, inşallah bir iş bacara bilməz. Mənə bir nəzir elə dua edim, Allah tez sənin bu işinə feysəl versin, arzuna yetirsin.
Səkinəxanım. Nə nəzir edim?
Gülsəba. Nəzir elə ki, işin tamam olub pul yetişsə, mənim də toy xarcımı çəkib ərə verəsən.
Səkinəxanım. Çox yaxşı, dua elə, davamız tez qurtarsın, səni də ərə verrəm. İndi dur, get Əziz bəyi bura çağır, görüm bu işə nə bina qoyur. Hakimişər adam göndərib mənə xəbər edibdir ki, vəkil tutub mürafiəyə göndərim. İndi Əziz bəydən başqa mənim bir adamım yoxdur. Biz Təbrizdə qəribik, əgərçi, bir bibim var; amma arvad tayfasının əlindən nə iş gələcək?
Gülsəba tez çölə çıxıb geri qayıdır.
Gülsəba. Əziz bəy özü gəlir.
Səkinə xanım pəncərəni salır, bu halda Əziz bəy içəri girir.
Əzizbəy (tünd). Səkinə xanım, axır mənim günümü bu yerə yetirdin!
Səkinəxanım (təəccüblə). Əziz bəy, məgər nə vaqe olubdur acıqlanmısan?
Əzizbəy. Səkinə xanım, sən bilirsən ki, mən iki ildir məktəbdən çıxıb, sənin dərdi-eşqinə giriftar olub Təbrizdən ayaq bir yana qoya bilməmişəm! Nə qədər ki, sənin qardaşın mənə sitəm edib məni səndən uzaq eləməyə çalışırdı, o qədər mənim məhəbbətim artıb, onun cövr və cəfasına səbr edib dayanmışam; bu ümidlə ki, sənin vüsalın mənə müyəssər olacaq. İndi ki, vüslət zamanı yaxınlaşıb, arzuma çatmaq ümidilə xəyalımı xoş edib aram tutmuşam, istəyirlər ki, genə məni bədbəxt etsinlər.
Səkinəxanım. Nə danışırsan? Vazeh danış görüm mətləbin nədir? Anlamıram nə deyirsən?
Əzizbəy. Necə anlamırsan? Məgər sənin xəbərin yoxdur? Dünən Ağa Həsən tacir malikütüccarın və kəndxudanın və Molla Bağırın arvadını bibin yanına elçi göndərib, səni xastkarlıq edibdir və bibin də söz veribdir ki, səni ona versin.
Səkinəxanım. Bibim boş söyləyibdir. Kimdir onun sözünə baxan!
Əzizbəy. Xeyr, bu sözlər ilə mən sakit olmanam. Ya gərək bu saatda bibini çağırdıb mənim qulağım eşidə-eşidə deyəsən ki, sən Ağa Həsənə getməyəcəksən, yainki gərək bu gün mən Ağa Həsəni öldürəm! Nə karədir bir arşın ölçən mənim adaxlıma göz tikə! Vallah bu saat gedib bu xəncər ilə onun bağırsaqlarını ayağına dolaram!
Səkinəxanım. Çox yaxşı, mən bu saatda bibimi çağırdıb deyərəm ki, mən Ağa Həsənə gedən deyiləm. Bibim gələndə sən gir o biri otağa, öz qulağınla eşit. Gülsəba!
Gülsəba. Bəli!
Səkinəxanım. Gülsəba, get bibimi bura çağır! (Gülsəba gedir). Yaxşı, indi de görüm, biz kimi vəkil tutaq?
Əzizbəy. Nə işdən ötrü?
Səkinəxanım. Necə nə işdən ötrü? Axır eşidibsən ki, qardaşım arvadı qardaşımdan qalan irsə müddəi çıxıb, məni mürafiəyə çağırır.
Əzizbəy. Bəli, eşitmişəm! İndi ağlım başımda yoxdur, bibin gəlsin getsin, sonra mən vəkil taparam.
Bu halda ayaq tappıltısı gəlir. Əziz bəy girir o biri otağa. Səkinə xanımın bibisi
Zübeydə içəri daxil olur.
Səkinəxanım. Səlam-əleyk, bibi!
Zübeydə. Əleykəssəlam, Səkinə! Nə qayırırsan, əhvalın yaxşıdırmı?
Səkinəxanım. Yaxşı deyil, bibi! Sənə mən nə zaman izn vermişəm ki, məni Ağa Həsənə verəsən? Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm.
Zübeydə. Utan, utan! Qız uşağına yaraşmaz ki, böyüyünün yanında belə danışa! Sənin nə vecinə? Sənə ər lazımdır, hər kəsə verirlər, ona gedərsən!
Səkinəxanım. Xeyr, danışacağam! Dəxi mən ixtiyarımı əldən verən deyiləm. Məni heç kəsə vermək olmaz.
Zübeydə. Bəs, balam, ərə getməyəcəksən?
Səkinəxanım. Yox!
Zübeydə (təbəssüm ilə). Çox sənin kimiləri “Yox” deyibdir, amma genə gedibdir.
Səkinəxanım. Mən zarafat eləmirəm, bibi! Vallah, mən Ağa Həsənə gedən deyiləm! Bu niyyətlərdən düş!
Zübeydə. Olmaz, əzizim, qardaşım qızı! Təbrizin mötəbər adamlarını bizə düşmən elərsən.
Səkinəxanım. Cəhənnəmə düşmən olsunlar! Ağa Həsəndən mənim zəhləm gedir!
Zübeydə. Niyə?
Səkinəxanım. Nadürüst adamdır!
Zübeydə. Nadürüst adamdır özgələrinə. Bizə görə yaxşıdır. Ticarətdə səriştəsi var, dövləti var. Pul qazanmaqda zirəkdir. Təbrizin tamam mötəbərləri ilə aşna, dost və qohumdur. Dəxi bundan artıq əri hardan tapacaqsan?
Səkinəxanım. Ağa Həsən istir məni başdan ayağadək cavarhirə də tuta, mən ona gedən deyiləm. Get ona bildir ki, bu niyyətdən düşsün!
Zübeydə. Bu heç vaxt olan iş deyil! Sən nə karəsən ki, mənim sözümdən çıxasan? Kişi Təbrizin mütəşəxxis adamlarının arvadlarını mənim yanıma göndərmişdi. Mən uşaq deyiləm. Mənim ağlım qəbul elədi ki, ona getmək sənin məsləhətindir. Ona söz verdim. İndi istirsən ki, mənim Təbriz arvadlarının içində bir pulluq edəsən? Axır mənim də özümə görə adım, abrım var!
Səkinəxanım. Sənin adına və abrına zərər yetişməsin deyən, mən gərək ömrüm olduqca özümü qara günlü edim? Qəribə təklif edirsən mənə, bibi! Vallah, istər aləm tufana gedə, mən Ağa Həsənə gedən deyiləm! Mən deyirəm ki, sən ona bildir ki, bu niyyətdən düşsün! Yoxsa, vallah, özüm onu çağırdıb beş yüz söyüş üzünə qarşı deyərəm. Onu itdən biabır edərəm!
Zübeydə (ikiəlli üzünı cırıb). Bıy, zamananız çevrilsin, ay qızlar! Üzlərində bir tikə həya və şərm qalmayıbdır. Səkinə, mən sənin kimi qızıl-qırmızı qız görməmişəm. Bizim də axır qızlıq zamanımız var idi; həyadan baş qaldırıb böyüyümüzün üzünə baxa bilməzdik. Sizin üzünüzün susuzluğundandırki, Təbrizdə vəba və taun əskik olmur!
Səkinəxanım. Xeyr, vəba və taun haramzadə kişilərin nadürüstlüyündəndir. O nadürüst oğlu altmış min tümən adın eşidib, onun üçün məni istəməyə talib olubdur! Yoxsa o məni sevdiyindən ki, almaq istəmir. Əgər o məni alan idi, niyə qardaşım sağlığı heç bir ağız açmadı?
Zübeydə. Qardaşın sağlığı bəlkə arvad almaq fikrində deyildi. Altmış min tümən nəqlin yaxşı yadıma saldın. Ağa Həsənə getməsən, bilirsənmi ki, altmış min tümən batar?
Səkinəxanım. Niyə batır?
Zübeydə. Ondan ötrü ki, o da gedər qardaşın arvadına kömək elər. Dostları və qohumları ilə onun işinə çalışar, sənin haqqını itirərlər.
Səkinə xanım. Yaxşı imiş. Dəxi mən bilmirəm ki, bir mütə necə gəlib mənə irsdə şərik olacaq. Məgər ölkədə haqq və hesab yoxdur?
Zübeydə. A balam, xalqın hiyləsindən nə baş açmaq olur? Hacı Rəhim arvadının Hacı Rəhimin dövlətində nə haqqı var idi ki, on iki min tümən pul, bir həmmam onun oğlu Ağa Rzadan alıb o arvada verdilər? Vəkili hiylə ilə bir hibənamə dürüst edib göstərdi ki, Hacı Rəhim sağlığında arvadına on iki min tümən, bir həmmam hibə edibdir. Beş-altı nəfər də bu xüsusda şəhadət elədi. Biçarə Ağa Rzadan çığırda-çıbırda o qədər pul aldılar, o arvada verdilər. Amma tamam Təbrizə məlum oldu ki, bu iş məhz hiylədir. Sən məgər Ağa Rzadan zorlusan ki, fəryadı heç bir yerə çatmadı? Təbrizin şeytan fikir vəkillərinin hiyləsindən heç baş çıxarmaq olurmu?
Səkinəxanım. Mənim haqqım yerli-dibli batsa da, mən Ağa Həsənə gedən deyiləm! Get ona bildir ki, qız razı olmur!
Zübeydə. Səkinə, nə danışırsan? Mən sənin fikrini bilirəm! Sənin qərəzin budur ki, gedəsən Əziz bəyə, o əhli-zələmədən törəyənə, tamam ölülərimizin ruhunu özünə qarğadasan. Bizim qanımızı əhlizələmə qanına qarışdırasan. Belə iş heç bizim ocağımızda görükübdürmü? Mömin və müttəqi tacirin qızı nədir, əhli-zələməyə getdi nədir?!
Səkinəxanım. Hamı Allah bəndəsidir. Əziz bəyin dədəsi əhli-zələmə idi; Özü ki, hələ divan qulluğuna girməyibdir? Nə məlumdur ki, o da əhli-zələmə olacaq?
Zübeydə. Nə təfavütü? Nütfəsi ki, əhli-zələmə nütfəsidir.
Səkinəxanım. Sənə nə məlumdur ki, mən Əziz bəyə gedəcəyəm? Nə ona gedirəm nə başqasına; oturacağam evimdə. Sən dur get, mənim sifarişimi Ağa Həsənə yetir!
Zübeydə. Sən qız uşağısan, ağlın başında yoxdur, öz xeyrini anlamırsan! Mən ona gedib deyən deyiləm ki, qız razı olmur. Səni vermişəm, gedəcəksən, artıq danışma! (Durur ayağa yola düşür).
Səkinəxanım (suznaq). Vay, dədəm vay, bu nə danışır!
Zübeydə qapıdan çıxır, uzaqlaşır. Əziz bəy o biri otaqdan içəri girir.
Əzizbəy. İndi gördün mənim iztirabım yerində idi. Ya yox? Mən gedirəm.
Səkinəxanım. Hara?
Əzizbəy. Gedirəm o nadürüst oğlu Ağa Həsəni cəzasına yetirməyə, dəxi məndə tab yoxdur!
Səkinəxanım. Nə söyləyirsən? Sən dayan, getmə, əlindən xəta çıxar. Mən özüm bu saatda o nadürüst oğlunu çağırıb deyəcəyəm ki, bu xəyaldan düşsün. Gülsəba! (Gülsəba hazır olur). Gülsəba, get
Ağa Həsən tacirə xəlvət de ki, səni çox vacib işdən ötrü ünas tayfasından bir şəxs çağırır. Adımı nişan vermə. (Gülsəba gedir). Əziz bəy, vallah, sən hələ lap uşaqsan! Bir güzgüyə bax, gör gözlərin acıqdan qan çanağına dönübdür. Niyə belə kəmhövsələlik edirsən? Bu nadürüst oğlu ki, məni güc ilə alıb aparmayacaqdır!
Əzizbəy. Hamı sözün doğrudur, amma çifayda ürək aram tutmur.
Bu halda ayaq tappıltısı gəlir. Əziz bəy girir o birisi otağa. Səkinə xanım üzün
bürüyür, oturur. Gülsəba və Ağa Həsən içəri girirlər.
Ağa Həsən. Səlam-əleyk.
Səkinəxanım (ahəstə). Əleyküməssəlam. Ağa Həsən qardaş, bilirsən ki, mən kiməm?
Ağa Həsən. Xeyr, xanım, bilmirəm.
Səkinə xanım. Ağa Həsən, mən Hacı Qafurun bacısı Səkinəyəm.
Ağa Həsən (təəccüb ilə). Bəli, xanım, tanıdım. Fərmayişini buyur! Mən sənin bəndənəm, qulunam!
Səkinəxanım. Xeyr, Ağa Həsən, sən mənim nə bəndəmsən, nə qulumsan! Sən axirət dünya mənim qardaşım ol. Məndən əl çək! Səni bundan ötrü çağırmışam. Sözüm sənə budur.
Ağa Həsən (heyrətə düşüb). Xanım, niyə məni bəndəliyə qəbul etmirsən? Məndən nə xəta baş veribdir?
Səkinəxanım. Heç bir xəta baş verməyibdir. Söz açıq gərək: sən məndən ötrü bibimin yanına elçi göndəribsən, o da əbəs yerə razı olub, söz veribdir. Amma, əzizim, mən deyirəm ki, sənə gedən deyiləm! Bu xəyaldan düş, bundan sonra bu sözləri ağzına alıb danışma.
Ağa Həsən. Xanım, bir səbəbini bildirəydin ki, mən niyə sizin iltifatınıza və mərhəmətinizə layiq olmuram?
Səkinəxanım. Səbəbi öz yanımdadır. Ancaq sözüm budur ki, məndən əl çək!
Ağa Həsən. Xanım, nə təqsir məndən sadir olubdur ki, məni özündən uzaq edirsən?
Səkinəxanım. Qardaş, heç bir təqsir sadir olmuyubdur. İndi mən özüm öz vəkiliməm. Mən sənə getmək istəmirəm! Mən səni sevmirəm! Könülə ki, güc yoxdur?
Ağa Həsən. Xanım, bu söz sənə çox zərər gətirər, belə buyurma!
Səkinəxanım. Bilirəm nə deyirsən, hər nə bilirsən elə, əlindən gələni əsirgəmə! Əsirgəsən, namərdsən!
Ağa Həsən. Sonra peşman olarsan. Bir fikir elə ki, nə sözlər mənə buyurursan...
Səkinəxanım. Fikir yeri deyil. Get bildiyin elə! Eləməsən, səndən əskik adam yoxdur.
Ağa Həsən (darılıb). Yaxşı, sənə mən bir oyun tutum ki, tamam dastanlarda deyilsin, ölənədək dadı damağından getməsin! (Ayağa durur).
Səkinəxanım. Get, get! Səndən qorxan səndən əskikdir! Əlindən gələni beş qaba çək!
Ağa Həsən gedir. Səkinə xanım və Əziz bəy.
Səkinəxanım. Di indi bir fikir elə, kimi vəkil edək? Bir düşmən də özümüzə artırdıq.
Əzizbəy. Belə düşmənlərdən yüzü olsun. Yüz qarğaya bir sapan daşı! Bu saatda gedərəm, şahzadəyə bu əhvalatı müfəssələn bildirrəm. Özü bu işə tədbir eləsin.
Səkinəxanım. Şahzadə ki, mürafiəyə mane olmaz; genə gərək bir vəkil ola.
Əzizbəy. Şahzadə mürafiəyə mane olmaz, amma Ağa Həsən kimi nadürüstlərin hiyləsini və zərərini dəf edə bilər. Gərək bu işi şahzadəyə bildirəm. Mənim atam onun yanında çox qulluq edibdir. Mənim xatirimi istəyir və vədə edibdir ki, mənə xidmət rücu edib vəzifə qərardad eləsin və atamın tiyul kəndləri də mənə vagüzar etsin.
Səkinəxanım. Səlah budur ki, əvvəl bir vəkil tutaq, sonra bu əhvalatı şahzadəyə məlum edəsən ki, o da haqqa kömək eləsin.
Əzizbəy. Çox yaxşı. Vəkil kimi tutaq?
Bu halda Gülsəba içəri girir.
Gülsəba. Qapıda bir kişi durubdur; deyir ki, mən gərək Səkinə xanım ilə danışam. Bir kişi tayfası varmı ki, aralıqda vasitə ola, çox vacib əmr var.
Səkinəxanım. Əcəb oldu. Əziz bəy də burdadır. Get çağır gəlsin, görək nə deyir.
Gülsəba gedir.
Əzizbəy. Hər gələn məni gərək sənin yanında görə?
Səkinəxanım. Nə bilirlər ki, sən kimsən? Elə güman edərlər ki, sən mənim yaxın qohumumsan.
Ağa Kərim içəri girir, Səkinə xanım çadirşəbə bürünür.
Ağa Kərim. Səlam-əleyküm!
Əzizbəy. Əleykəssəlam. Xoş gəlibsən. Buyur əyləş!
Ağa Kərim bir tərəfdə oturub Əziz bəyə mütəvəcceh olur.
Ağa Kərim. Məxdum, ismi-şərifinizi buyurun.
Əzizbəy. Mənim adım Əziz bəydir.
Ağa Kərim. Mübarək addır. Əziz bəy, mən sizinlə göftgu edim, Səkinə xanım da eşitsin.
Əzizbəy. Buyur, Səkinə xanımın özü ilə də göftku edə bilərsən. Onu özgə qızlar ayağına aparma. Yeri gələndə o özü də danışmaqdan çəkinən və qısqanan deyil.
Ağa Kərim. Vallah, çox yaxşı eləyir. Əziz bəy, məlum ola ki, mənə Ağa Kərim dəllalbaşı deyərlər. Mən mərhum Hacı Qafur ilə çox dost idim. İndi bu saatda bir işdən ötrü Ağa Mərdan halvaçı oğlunun yanında idim. Birdən tacir Ağa Həsən içəri girdi, səlam verib dedii ki, Ağa Mərdan, eşitmişəm Hacı Qafurun arvadı Zeynəbin vəkilisən. Mənim bu işdə sənə çox köməyim dəyəcək. İstirəm səninlə xəlvət danışam. Mən gördüm ki, olar danışacaqlar, çölə çıxdım və bildim ki, oların tədbiri Səkinə xanımın ədavəti üçündür. Çün Hacı Qafur ilə duz-çörək yemişdim, o xatirə gəldim ki, bu işdən Səkinə xanımı xəbərdar edim.
Səkinəxanım. Çox-çox razıyam. Ağa Kərim ki, aşnalığı unutmuyub, öz dostunun bacısını belə vaxtlarda yad edirsən!
Ağa Kərim. Əlbəttə, xanım, dostluq belə vaxtlarda lazımdır. Çünki Ağa Mərdan yerin-göyün haramzadasıdır. Mən özümə vacib bildim ki, piş əz vəqt sizi onun hiyləgarlığından xəbərdar edim. Yoxsa iş işdən keçər, sonra çarə tapılmaz.
Səkinəxanım. Ağa Mərdan mənə nə eyləyəcək, Ağa Kərim?
Ağa Kərim. Nə eyləyəcək? Axır eşitdim ki, qardaşın arvadına vəkil olubdur, onun tərəfindən mürafiəyə duracaq. Belə işlərdə o, çox mahirdir. Onunla bacarmaq çox müşküldür.
Səkinəxanım. Mürafiəyə durub nə eləyəcək? Qardaşımın övladı yoxdur ki, puluna varis ola; arvadı da ki, ona varis ola bilməz; çünki mütədir, belə işdə Ağa Mərdan və ya başqa düşmən mənə nə zərər yetirə biləcək?
Ağa Kərim. Xanım, sizin təcrübəniz belə işlərdə azdır. Ağa Mərdan hər nə istəsə, ona yol tapar; onun müqabilində gərək qəflət eləməmək.
Səkinəxanım. Necə edək ki, qəflət olmasın?
Ağa Kərim. Məsələn, vəkillərinizi mənə tanıdın ki, kimdir. Mən onu Ağa Mərdanın bir para hiyləsindən başa sallam. İşdə huşyar olar, qəflət eləməz.
Səkinəxanım. Bizim hələ heç vəkilimiz məlum deyil.
Ağa Kərim. Necə məlum deyil? Bəs bu işdə vəkil tutmuyubsunuz?
Səkinəxanım. Xeyr, bilmirik kimi vəkil tutaq. Elə özümüz də bu fikirdəyik.
Əzizbəy. Doğrudan, Ağa Kərim, heç bir adam bilirsənmi ki, bizə tanıdasan, onu bu işdə vəkil tutaq?
Ağa Kərim. Xeyr, xatirimə bir belə adam gəlmir ki, Ağa Mərdana hərif ola. Bəs mən elə bilirdim ki, sizin vəkiliniz hazırdır.
Əzizbəy. Xeyr, hazır deyil, axtarırdıq ki, bir kamil adam tapaq vəkil edək. Bir fikir elə gör xatirinə bir adam düşürmü?
Ağa Kərim. Vallah, heç bir kamil adam fikrimə gəlmir. Adam çoxdur, amma Ağa Mərdana hərif ola bilməz. Ba! Bir adam fikrimə düşdü, əgər razı ola; çünki vəkil olmaqdan neçə zamandır əl çəkibdir. Ancaq məgər Ağa Mərdana o hərif ola bilər.
Səkinəxanım. O kimdir?
Ağa Kərim. Ağa Səlman ələkçi oğlu. Əgər razı olsa, onu vəkil edin.
Səkinəxanım. Onunla kim görüşsün, danışsın?
Ağa Kərim. Başqa adam lazım deyil, xanım. Onu çağırdın bura, özünüz danışın. Olur ki, sizin nəfəsinizin təsirindən razı ola. Ünas tayfasının nəfəsində başqa təsir olur.
Səkinəxanım. Bəs olmazmı onu bura göndərəsən, Ağa Kərim?
Ağa Kərim. Xeyr, xanım, ayrı adam göndər. Mən bir çüzi işdən ötrü onunla küsülüyəm.
Səkinəxanım. Bəs ona sən necə bir para zad təlim edərsən?
Ağa Kərim. Özgə vəkil olsaydı, mənim təlimim lazım idi. Amma Ağa Səlmana mənim təlimim lazım deyil. O özü şeytana papuş tikər. Mən əgərçi ondan narazıyam, amma hünərini danmaq olmaz. Təki sizin işiniz əmələ gəlsin.
Əzizbəy. Mənim özüm bu saatda gedərəm, onu çağırram.
Səkinəxanım. Çox yaxşı, bəs get.
Əziz bəy və Ağa Kərim ayağa durub getmək istirlər.
Ağa Kərim. Xudahafiz, xanım!
Səkinəxanım. Xoş gəldin, Ağa Kərim. Mən sənin bu yaxşılığını heç vaxt unutmayacağam!
Əziz bəy və Ağa Kərim gedirlər.
Səkinə xanım. Gülsəba, yerə bir döşək sal, dalısına bir püştü qoy!
Gülsəba tez döşəyi salır, püştünü qoyur. Bu halda ayaq tappıltısı gəlir. Əziz bəy
və Ağa Səlman içəri girirlər. Yuxarıda Səkinə xanım oturub, Gülsəba böyründə ayaq
üstə durubdur.
Ağa Səlman. Səlam-əleyk!
Səkinəxanım. Əleykəssəlam. Ağa Səlman, xoş gəldin, səfa gətirdin, buyur əyləş!
İşarə edir, döşək üstə Ağa Səlman oturur, ondan aşağıda Əziz bəy əyləşir.
Səkinəxanım (nazik səs ilə). Ağa Səlman, mən Hacı Qafurun bacısıyam. Ümidim budur ki, məni qızlığa qəbul edib, mənim bu dar günümdə köməyini məndən əsirgəməyəsən.
Ağa Səlman. Xanım, buyur görüm mətləbin nədir.
Səkinəxanım. Ağa Səlman, özünüzə məlumdur ki, altı-yeddi ay bundan irəli Təbrizə vəba düşmək səbəbilə tamam xalq qaçıb dağılmışdı. Qardaşım Hacı Qafur bir təvəkküllü adam idi. Dedi ki, mən heç tərəfə gedən deyiləm. Amma bərai-ehtiyat tamam pulunu ki, altmış min tümən idi, sandıqlar içində aparıb şahid və sübut ilə hakimi-şərə tapşırdı ki, əgər əhyana mən ölsəm, bu pulu sonra mənim hər kəs şəri varisim qalsa, ona rədd elə. Hakimi-şər haman məbləği götürüb, sair xalq kimi, o da şəhərdən çıxıb başqa yerə getdi. Bizim qonşularımız da tamam uzaqlaşdılar. Bizim evdə qaldı bir qardaşım, bir onun mütəsi və bir də mən. İttifaqən qardaşım naxoş oldu, bir kimsə yox idi, məgər şəhərdə difan tərəfindən bir dəstə sərbaz qoymuşdular ki, hər evi yoxlasınlar, ölənləri qəbiristana nəql etsinlər. O gün sərbazlardan dördü bizim evə gəldi. Qardaşım onlara dedi ki, mən ölürəm, mənim bir bacımdan başqa dünyada bir varisim qalmır. Mən öləndən sonra, məni qəbiristana nəql edin. Qardaşım allahın rəhmətinə getdi. İndi qardaşımın arvadı ki, mütədir və ona heç irs yetişməz, istiyir ki, mənim qardaşıma varis ola, mənim ilə mürafiəyə dura. Ağa mərdan halvaçı oğlu ona vəkil olubdur. Təvəqqe edirəm ki, zəhmət qəbul edib bu işdə sən də mənə vəkil olasan.
Ağa Səlman. Səkinə xanım, mən vəkil olmaqdan əl çəkmişəm. Dəxi bir kimsənəyə vəkil olmuram.
Səkinəxanım. Ağa Səlman, bu iş çox tez qurtarası işdir. Az müddətdə mürafiəsi tamam olur. Əgər qardaşımın dilindən şahid lazım olsa, o sərbazları şahid göstərə bilərsən. Təvəqqe edirəm ki, mənim xatirim üçün bu işi boynundan tullamayasan.
Ağa Səlman. O sərbazların adı və məkanı sizə məlumdurmu?
Səkinəxanım. Bəli, Əziz bəy kağızda oların adlarını və yerlərini yazıb sənə təslim edər.
Ağa Səlman. İndi ki təvəqqe edirsən, qəbul edərəm. Ümidim budur ki, uzun iş olmasın. Yoxsa mənə çox məəttəl olmaq mümkün deyil.
Səkinəxanım. Xeyr, inşallah bir gündə qurtaracaqdır. Ağa Səlman, həmin bu bir gün zəhmətin üçün sənə beş yüz tümən həqqülnəfəs vədə edirəm.
Ağa Səlman. Onsuz da olar. Xanım, mən məhz sənin xatirin üçün bu işə iqdam edirəm. Tamah ucundan deyil.
Səkinəxanım. Bilirəm, Ağa Səlman, bu məbləği mən ancaq sənin uşaqlarına cib xərci verirəm.
Ağa Səlman. Xanım, indi məni mürəxxəs buyur, gedim sərbazları görüm. Əhvalat xəbər alım ki, mürəfiə vaxtında şəhadətlərini əda etsinlər və siz də mənim adıma vəkalətnamə yazdırıb göndərin.
Səkinəxanım. Çox yaxşı, hazır edib göndərrəm. Amma, Ağa Səlman, deyirlər ki, Ağa Mərdan çox mühil adamdır. Onun hiyləsindən qafil olmayasan.
Ağa Səlman. Xatircəm ol, onun hiyləsi mənə kar eləməz. Əziz bəy, o sərbazların adlarını və yerlərini, yaz, mənə göndər.
Əzizbəy. Çox yaxşı, bir saatdan sonra yetişər.
Ağa Səlman durub gedir. Əziz bəy və Səkinə xanım.
Əzizbəy. Mən də durub gedim, əhvalatı şahzadəyə bildirim.
Səkinəxanım. Otur, sərbazların adların, yerlərin kağıza yaz, Ağa Səlmana göndər, sonra get.
Əziz bəy oturur yazmağa.
Pərdə salınır
Происходит б городе Тебризе, на улице Баги-Меше, в доме Хаджи-Гафура, Его сестра Секина-ханум стоит у окна.
Секина-ханум. Гюльсеба! Эй, Гюльсеба!..
Гюльсеба входит.
Гюльсеба. Что прикажете, ханум?
Секина-ханум. Ты знаешь, Гюльсеба, что затеяла против меня моя бесстыжая невестка?
Гюльсеба. Нет, ханум, не знаю.
Секина-ханум. Она послала человека к казню с требованием, чтобы тот не выдавал мне оставшихся после брата денег. Она оспаривает мои права и заявляет, будто эти деньги принадлежат ей. Разве это возможно, Гюльсеба? В чем я провинилась перед аллахом, что каждый раз что-нибудь мешает моему счастью!..
Гюльсеба. Но почему вы так думаете, ханум?
Секина-ханум. Ты знаешь, Гюльсеба, — я без памяти люблю Азиз-бека. Бедняжка два года подряд просил у покойного брата моей руки, но тот отказывал ему как сыну служителя деспотов. Теперь, когда брат умер и я могу распоряжаться своей судьбой, я хотела получить оставшиеся после брата деньги и устроить наконец свою жизнь. А бесстыжая моя невестка затеяла кляузу и задерживает получение денег. Придется судиться.
Гюльсеба. А разве ваша невестка имеет долю в наследстве?
Секина-ханум. Никакой. Она не была законной женой брата и не имела от него детей. Не могу понять, с чего она вздумала затевать эту тяжбу.
Гюльсеба. Бог даст, она ничего не добьется, ханум. Обещайте мне что-нибудь, и я буду молиться, чтобы аллах поскорее разрешил ваше дело и привел вас к счастью.
Секина-ханум. А что тебе пообещать?
Гюльсеба. Обещайте выдать меня замуж и оплатить свадебные расходы, когда выиграете дело и получите деньги.
Секина-ханум. Согласна! Помолись, чтобы поскорее кончилась наша тяжба, тогда я и тебя выдам замуж... Теперь иди за Азиз-беком, надо принимать какие-то меры. Казий уже присылал ко мне человека с предложением послать в суд своего адвоката. Кроме Азиз-бека, у меня здесь нет близких людей. Ведь мы не коренные тебризцы. Правда, есть у меня тетка, сестра отца, но чем может помочь женщина?
Гюльсеба выходит и тут же возвращается. Гюльсеба. Вот и сам Азиз-бек!
Секина-ханум закрывает окно. Входит Азиз-бек.
Азиз-бек (возбужденно). Вот до чего ты довела меня, Секина-ханум!
Секина-ханум (удивленно). А что случилось? Почему ты сердишься?
Азиз-бек. Ты хорошо знаешь, Секина-ханум, что вот уже два года, как я кончил училище и, полюбив тебя, ни на шаг не мог удалиться из Тебриза. Чем больше твой брат мучил меня, стараясь разлучить с тобой, тем больше крепла моя любовь, и я терпеливо сносил все страдания, надеясь на соединение с тобой. А теперь, когда так близок час нашего счастья и я спокойно жду исполнения моей мечты, меня снова хотят обездолить.
Секина-ханум. Не понимаю, о чем ты говоришь? Скажи яснее.
Азиз-бек. Разве ты не знаешь? Вчера купец Ага-Гасан послал к твоей тетке жену купеческого старшины, жену частного пристава и жену Молла-Багира сватать тебя. И тетка твоя-обещала выдать тебя за Ага-Гасана.
Секина-ханум. Обещание тетки ничего не стоит. Кто ее станет слушаться?..
Азиз-бек. Н'ет, этим ты меня не успокоишь. Или ты сейчас же позовешь свою тетку и при мне заявишь ей, что не пойдешь за Ага-Гасана, или я сегодня же убью его. Как смеет какой-то ничтожный аршинник добиваться моей невесты? Клянусь аллахом, сейчас же пойду и этим вот кинжалом выпущу ему кишки!..
Секина-ханум. Хорошо, я позову сейчас тетку и скажу» что не пойду за Ага-Гасана. Когда придет тетя, ты зайдешь в ту комнату и все услышишь собственными ушами, Гюльсеба!
Гюльсеба. Что вам угодно?
Секина-ханум. Ступай, позови тетку.
Гюльсеба выходит.
Ну, теперь посоветуй, кого нам взять защитником?
Азиз-бек. По какому делу?
Секина-ханум. Что значит, по какому делу? Разве ты не слышал, что моя невестка заявила о своих правах на наследство брата и вызывает меня в суд?
Азиз-бек. Да, слышал, но сейчас мне не до того — не могу собраться с мыслями. Вот поговоришь с теткой, тогда буду думать об адвокате.
Слышатся шаги. Азизбек уходит в соседнюю комнату. Входит тетка Секины-ханум — Зубейда.
Секина-ханум. Здравствуй, тетушка!
Зубейда. Здравствуй, Секина. Что поделываешь? Как поживаешь?
Секина-ханум. Плохо. Кто дал тебе право выдавать меня замуж? У меня нет ни отца, ни матери, ни брата, и я могу сама распоряжаться собой.
Зубейда. Стыдись, Секина! Не годится молодой девушке так разговаривать со старшими. Не твоего ума дело — мужа искать. За кого выдадут, за того и пойдешь.
Секина-ханум. Нет, так не будет. Больше я не уступлю своих прав. Меня ни за кого выдать нельзя.
Зубейда. Ты что же, девочка, совсем не хочешь выходить замуж?
Секина-ханум. Не хочу.
Зубейда (с усмешкой). Многие вроде тебя говорили, да все замуж повыходили.
Секина-ханум. Я не шучу, тетя! Клянусь аллахом, за Ara-Гасана я не выйду! Об этом даже не думай!
Зубейда. Нельзя, милая моя племянница! Самых уважаемых людей Тебриза ты сделаешь нашими врагами.
Секина-ханум. К черту! Пусть сделаю! Все равно не пойду за Ага-Гасана. У меня отвращение к нему.
Зубейда. Но почему?
Секина-ханум. Непорядочный он человек.
Зубейда. Для других он, может, и непорядочный, а для нас очень даже порядочный. Он опытный человек в торговле, богат, умеет зарабатывать деньги, в родстве и в дружбе со всеми почтенными людьми Тебриза. Где ты найдешь мужа лучше?
Секина-ханум. Пусть Ага-Гасан осыплет меня с головы до ног драгоценностями, я все равно не выйду за него. Скажи ему, чтобы он перестал и думать об этом.
Зубейда. Это невозможно. И как ты смеешь не слушаться меня?! Человек прислал ко мне жен самых влиятельных людей Тебриза. Я же не девчонка! Я посчитала, что тебе выгодно выйти за Ага-Гасана, и дала согласие. Неужели ты хочешь осрамить меня перед женщинами Тебриза? Ведь я тоже имею определенное положение, меня все уважфот...
Секина-ханум. Выходит, что ради твоего положения я должна сделаться несчастной на всю жизнь? Странные вещи ты мне предлагаешь, тетя. Клянусь аллахом, пусть хоть весь мир перевернется, я за Ага-Гасана не пойду. Или ты сама предложи ему отказаться от своих притязаний, или я позову его сюда, обругаю и прогоню, как собаку.
Зубейда (обеими руками царапает себе лицо). Ай-яй-яй! Какое настало время! У нынешних девушек ни стыда, ни совести! И мы были молодыми, но мы не смели поднять головы, стыдились взглянуть на старших! Вот из-за вашего бесстыдства не прекращаются в Тебризе холера и чума.
Секина-ханум. Ничего подобного! Холера и чума не прекращаются в Тебризе из-за жульничества мужчин. Этот сын негодяя пронюхал про шестьдесят тысяч туманов и загорелся желанием заполучить меня в жены. Не по любви же он хочет жениться на мне. Если он так хотел стать моим мужем, то почему при жизни брата ни разу не заикнулся об этом?
Зубейда. А может, при жизни брата он вообще не собирался жениться. Да, кстати, о шестидесяти тысячах. А знаешь ли ты, что не видать тебе этих денег, если не пойдешь за Ага-Гасана?
Секина-ханум. Почему же это?
Зубейда. А потому, что он примет сторону твоей невестки, вместе с друзьями и родственниками будет всячески помогать ей и ты проиграешь дело.
Секина-ханум. Ловко!.. Как это временная жена может иметь право на наследство?.. Разве нет в стране закона и справедливости?
Зубейда. Дитя мое, как ты разберешься во всех этих хитросплетениях?! Какие права имела вдова Хаджи-Рагима на его имущество, а у его сына Ara-Рзы отобрали двенадцать тысяч туманов наличными и баню и отдали этой женщине? Ее адвокат сфабриковал документ о том, что еще при жизни Хаджи-Рагим обязался отдать жене двенадцать тысяч туманов и баню. Это подтвердилр еще пять-шесть свидетелей. И вырвали деньги у Ara-Рзы и отдали этой женщине. Всему Тебризу было известно, что тут сплошной обман. Разве ты сильнее Ara-Рзы, который криком кричал и ничего не добился. Кто разберется в дьявольских кознях тебризских адвокатов?
Секина-ханум. Пусть я потеряю все, но замуж за Ага-Гасана не пойду. Ступай и сообщи ему, что девушка не соглашается.
Зубейда. Что ты говоришь, Секина? Ты хочешь выйти замуж за Азиз-бека, сына слуги деспота, хочешь чтобы души наших предков прокляли тебя? Ты хочешь смешать нашу кровь с кровью слуги деспота. Такого никогда не было в нашем роду. Пристойно ли дочери честного и добродетельного купца выходить замуж за слугу деспота?
Секина-ханум. Все люди слуги аллаха. Слугою деспота был отец Азиз-бека, а сам он еще ведь не поступил на государственную службу. Откуда тебе известно, что и он будет служить деспоту?
Зубейда. Весь их род такой.
Секина-ханум. Но с чего ты взяла, что я собираюсь выйти за Азиз-бека? Ни за него, ни за кого другого я замуж не пойду, буду сидеть дома. Пошли передать Ага-Гасану о моем решении.
Зубейда. Ты еще ребенок, своей выгоды не понимаешь. Я не могу сообщить ему, что девушка не соглашается. Я тебя просватала, и ты должна выйти замуж. Разговаривать больше не о чем! (Встает.)
Секина-ханум (взволнованно). О, боже мой, что она говорит!
Зубейда скрывается за дверью. А з и з-б е к появляется из соседней комнаты.
Азиз-бек. Теперь ты убедилась, что я имел основание беспокоиться? Я иду...
Секина-ханум. Куда?
Азиз-бек. Я должен расправиться с этим негодяем! Больше мне ничего не остается!..
Секина-ханум. Что ты говоришь? Постой, не уходи, еще натворишь чего-нибудь... Сейчас я сама позову этого подлеца сюда и скажу, чтобы он отказался от своих притязаний. Гюльсеба!
Входит Гюльсеба.
Гюльсеба, ступай и потихоньку скажи купцу Ага-Гасану, что по весьма важному делу вызывает его неизвестная женщина. Моего имени не называй.
Гюльсеба выходит.
Ты совсем еще ребенок, Азиз-бек! Посмотри в зеркало — глаза налились кровью. Ну чего ты так огорчаешься? Ведь не возьмет же он меня насильно.
Азиз-бек. Ты права, но что мне делать, если сердце того гляди разорвется.
Слышатся шаги. Азиз-бек уходит в соседнюю комнату. Секина-ханум закрывает лицо. Входят Гюльсеба и Аг а-Г а с а н.
Ага-Гасан. Салам-алейкум!
Секина-ханум (вполголоса). Алейкум-салам! Братец Ага-Гасан, ты знаешь кто я?
Ага-Гасан. Нет, ханум, не знаю.
Секина-ханум. Ага-Гасан, я сестра Хаджи-Гафура, Секина.
Ага-Гасан (удивленно). Теперь я узнал тебя, ханум! Приказывай я твой слуга, твой раб!
Секина-ханум. Нет, Ага-Гасан, ты мне не слуга и не раб. Будь мне братом до конца жизни, откажись от меня. Это я хотела тебе сказать. Для этого и позвала тебя сюда.
Ага-Гасан (пораженный). Ханум, почему ты не хочешь, чтоб я был твоим рабом? В чем я провинился перед тобой?
Секина-ханум. Ни в чем ты передо мной не провинился. Будем откровенны. Ты посылал к моей тетушке сватов и она опрометчиво дала согласие. Но я тебе говорю прямо, что не выйду за тебя. Даже не заикайся об этом.
Ага-Гасан. Но объясни мне, ханум, почему я не удостоен твоего расположения и милости?
Секина-ханум. Это мое дело. Я повторяю: оставь меня в покое!
Ага-Гасан. Но, ханум, какое преступление я совершил, что ты отвергаешь меня?
Секина-ханум. Брат мой, никакого преступления ты не совершил. Но я сама распоряжаюсь собой, и я не желаю быть твоей женой, не люблю тебя. Сердцу ведь не прикажешь.
Ага-Гасан. Ханум, ты можешь очень пожалеть об этих словах. Не говори так.
Секина-ханум. Понимаю, на что ты намекаешь. Поступай, как тебе угодно, угрозами меня не испугаешь.
Ага-Гасан. Как бы ты потом не раскаялась, ханум. Подумай, какие слова ты мне говоришь.
Секина-ханум. Нечего мне думать! Иди и поступай, как знаешь.
Ага-Гасан (вспылив). Ну ладно! Я с тобой такую шутку сыграю, что ты до самой смерти будешь помнить! (Встает.)
Секина-ханум. Иди, иди! Пусть тебя боится тот, кто хуже тебя. Делай, что хочешь!..
Ага-Гасан уходит. Секина-ханум и Азиз-бек одни.
Давай подумаем, кого бы нам взять адвокатом? Теперь у нас одним врагом стало больше.
Азиз-бек. Таких врагов пусть будет хоть сотня. На сотню ворон достаточно одного камня. Сейчас же я отправлюсь к Шахзаде и подробно расскажу ему обо всем. Он сам примет меры.
Секина-ханум. Но суда-то Шахзаде не отменит, все равно нам надо будет взять адвоката.
Азиз-бек. Суда он не отменит, но пресечет все интриги и козни Ага-Гасана и подобных ему подлецов. Надо сообщить Шахзаде об этом деле. Отец мой долго служил у него. Шахзаде хорошо ко мне относится, он обещал мне дать службу и вернуть деревни моего отца.
Секина-ханум. Прежде всего нам необходимо взять адвоката. А затем уже ты можешь сообщить обо всем Шахзаде, чтобы он помог выяснить истину.
Азиз-бек. Хорошо, но кого мы возьмем в адвокаты?
Входит Гюльсеба.
Гюльсеба. Какой-то мужчина у ворот говорит, что хочет поговорить с Секиной-ханум. Спрашивает, есть ли в доме мужчина, который мог бы быть посредником при разговоре. Говорит, важное дело.
Секина-ханум. Очень кстати, что Азиз-бек здесь. Ступай, позови. Посмотрим, что он хочет.
Гюльсеба уходит.
Азиз-бек. Зачем нужно, чтобы нас с тобой видели вместе?
Секина-ханум. Откуда они знают, кто ты. Могут подумать, что ты близкий мой родственник.
Входит Ага-Керим. Секила-ханум накрывается чадрой. А г а-К е р и м. Салам-алейкум!
Азиз-бек. Алейкум-салам! Добро пожаловать! Садитесь, пожалуйста.
Ага-Керим (садится в стороне и обращается к Азиз-беку). Будьте любезны назвать ваше благословенное имя!
Азиз-бек. Меня звать Азиз-бек.
Ага-Керим. Прекрасное имя. Азиз-бек, я буду разговаривать с вами, а Секина-ханум пусть слушает.
Азиз-бек. Извольте. Но вы можете разговаривать и с самой Секиной-ханум. Она не такая, как все девушки. Когда нужно, она сама вступает в разговор.
Ага-Керим. И отлично делает, ей-богу! Азиз-бек, меня зовут Ага-Керим, старший маклер. С покойным Хаджи-Гафуром мы были большими друзьями. Только что я был по одному делу у Ага-Мардана Халвачи-оглы, когда пришел к нему купец Ага-Гасан, поздоровался и сказал: Ага-Мардан, я слышал, что ты являешься адвокатом вдовы Хаджи-Гафура, Зейнаб, и пришел предложить тебе свою помощь; мне надо поговорить с тобой без свидетелей. Ну, после таких слов я вынужден был уйти, но сразу сообразил, что они собираются выступить против Секины-ханум. Помня, что мы с Хаджи-Гафуром делили хлеб-соль, я и решил предупредить об этом Секину-ханум.
Секина-ханум. Я очень, очень тебе благодарна, Ага-Керим, за то, что ты не забыл о дружбе и в такое трудное время вспомнил о сестре своего друга.
Ага-Керим. Конечно, ханум. Друзья познаются в тяжелый час. Ведь Ага-Мардан плут, какого свет не видал. Вот почему я счел своим долгом предупредить вас о его кознях. Потом будет поздно, и тогда ничем не поможешь.
Секина-ханум. Ага-Керим, а что может мне сделать Ага-Мардан?
Ага-Керим. Как что? Я слышал, что он адвокат жены вашего брата и будет в суде защищать ее. В подобных делах он большой мастак и справиться с ним очень трудно.
Секина-ханум. Что с того, что он будет защищать ее? У брата не было детей, чтобы наследовать ему, а вдова не может быть его наследницей, потому что она была временной женой. Чем может повредить мне Ага-Мардан или любой другой в таком правом деле?
Ага-Керим. У вас мало опыта в таких делах, ханум. Что бы ни захотел сделать Ага-Мардан, он всего добьется. Поэтому надо быть начеку.
Секина-ханум. А что надо сделать для этого?
Ага-Керим. К примеру, назовите мне вашего адвоката, чтобы я мог предупредить его о некоторых каверзных приемах Ага-Мардана. Он будет подготовлен и не попадется на удочку.
Секина-ханум. Мы еще не знаем, кто будет нашим адвокатом.
Ага-Керим. Как не знаете? Неужели вы еще не выбрали себе адвоката?
Секина-ханум. Нет, не выбрали и не знаем, кого выбрать. Об этом сейчас и думали.
Азиз-бек. И в самом деле, Ага-Керим, не можешь ли ты назвать человека, который бы мог быть нашим адвокатом?
Ага-Керим. Нет, не могу вспомнить ни одного человека, который бы мог справиться с Ara-Марданом. Я думал, что вы уже имеете адвоката.
Азиз-бек. Нет, не имеем и ищем опытного человека, чтобы поручить ему наше дело. Подумай, может, вспомнишь кого-нибудь.
Ага-Керим. Право, ни одного достойного человека не вспомню! Людей много, но все они не чета Ага-Мардану. Пожалуй... Вспомнил я одного человека, если только он согласится, потому что он давно не занимается судебными делами. Разве что он мог бы пбтягаться с Ага-Марданом.
Секина-ханум. Кто же он?
Ага-Керим. Ага-Салман Алекчи-оглы. Попросите его, если только согласится.
Секина-ханум. Но кому бы повидать его и поговорить с ним?
Ага-Керим. Никого не надо, ханум. Сами позовите его сюда и поговорите с ним. Быть может, вам удастся уговорить этого человека. У женщин особая сила воздействия.
Секина-ханум. А не можешь ли ты прислать его сюда, Ага-Керим?
Ага-Керим. Нет, ханум, пошлите за ним кого-нибудь другого. Я как-то повздорил с Ara-Салманом, и с тех пор мы не разговариваем.
Секина-ханум. Но как же ты его научишь разным хитростям?
Ага-Керим. Будь это кто-нибудь другой, он нуждался бы в моих советах, а Ага-Салману они не нужны. Он способен самому черту башмаки сшить. Хоть я и зол на него, но отрицать его достоинств не могу.
Азиз-бек. Сейчас я сам пойду и приведу его сюда.
Секина-ханум. Хорошо, иди за ним.
Азиз-бек и Ага-Керим уходят.
Ага-Керим. Всего хорошего, ханум.
Секина-ханум. Будь здоров, Ага-Керим. Я никогда не забуду твоей услуги.
Азиз-бек и Ага-Керим уходят
Гюльсеба, постели на пол тюфяк и положи подушку.
Гюльсеба, быстро стелет тюфяк и кладет подушку. Слышатся шаги. Входят А з и з-бек и А г а-С а л м а н. Секина-ханум сидит в глубине сцены. Гюльсеба
стоит возле нее.
Ага-Салман. Салам-алейкум!
Секина-ханум. Алейкум-салам, Ara-Салман! Добро пожаловать, очень вам рада. Прошу садиться. (Указывает ему место на тюфяке.)
Ага-Салман садится на тюфяк. Пониже садится Азиз-бек.
{Негромко.) Ага-Салман, я сестра Хаджи-Гафура и надеюсь, что вы будете мне отцом родным и не откажете в помощи в тяжелый для меня день.
Ага-Салман. Расскажите, ханум, какое у вас дело?
Секина-ханум. Вам [хорошо известно, Ага-Салман, что месяцев шесть-семь тому назад, когда здесь свирепствовала холера, многие бежали из Тебриза. Брат мой, Хаджи-Гафур, был человек благочестивый и, уповая на милость аллаха, объявил, что он никуда с места не сдвинется. Не осторожности ради он все свои наличные деньги в сумме шестьдесят тысяч туманов положил в сундук и при свидетелях вручил казию с тем, чтобы в случае его смерти деньги были переданы законному наследнику. 'Приняв эти деньги, казий так же, как и прочие жители города, уехал из Тебриза. Все соседи тоже уехали. В нашем доме остались мой брат, его временная жена и я. Брат заболел. В городе никого не было, кроме нескольких сербазов, которых правительство оставило здесь, чтобы проверять дома и отвозить покойников на кладбище. В тот день четверо из этих сербазов пришли к нам, и брат им сказал: я умираю и кроме единственной сестры у меня никаких наследников не остается. Когда я умру, похороните меня. Брат скончался. Теперь его вдова, что была ему «мутэ», и не имеет никаких прав на его наследство, объявила себя наследницей и оспаривает мои права. Адвокатом ее будет Ага-Мардан Халвачитоглы. Я хочу просить тебя принять на себя труд и быть моим защитником.
Ага-Салман. Секина-ханум, я уже оставил профессию адвоката, и не выступаю в суде.
Секина-ханум. Ага-Салман, это дело долго не затянется и разрешится очень быстро. Если понадобятся свидетели, чтобы подтвердить слова брата, то можно позвать тех сербазов. Прошу тебя, ради меня, не отказывайся от этого дела.
Ага-Салман. А имена и адреса этих сербазов вы знаете?
Секина-ханум. Конечно. Азиз-бек запишет их имена и адреса и вручит тебе.
Ага-Салман. Ну раз вы так просите, я согласен. Надеюсь, дело не затянется, а то времени у меня совсем нет.
Секина-ханум. Думаю, с помощью аллаха дело это закончится в один день. За этот один день труда обещаю тебе пятьсот туманов.
Ага-Салман. Это не важно, ханум. Я берусь за это дело исключительно ради вас, а не из корысти.
Секина-ханум. Верю, Ага-Салман, но эти деньги я дарю твоим детям на карманные расходы.
Ага-Салман. Теперь разрешите мне уйти, ханум. Мне надо повидать сербазов, поговорить с ними, узнать, какие показания будут они давать в суде. А вы составьте доверенность на мое имя и пришлите мне.
Секина-ханум. Хорошо, доверенность я тебе пошлю. Но, Ага-Салман, говорят, Ага-Мардан очень хитрый человек. Смотри, поосторожнее.
Ага-Салман. Будьте покойны. Его хитрость мне не страшна. Азиз-бек, запиши имена и адреса тех сербазов и пришли мне.
Азиз-бек. Хорошо, через час вы все получите.
Ага-Салйан уходит. Азиз-бек и Секина-ханум одни.
А я пойду и расскажу все Шахзаде.
Секина-ханум. Пока садись, напиши имена и адреса сербазов и отошли Ага-Салману, а потом можешь идти.
Азиз-бек садится писать.
Занавес
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-murafie-vekillerinin-hekayeti-evvelimci-meclis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mirzə Hüseyn xana yazılmış məktubun surəti**Mənim əzəmətli ağam, səadətiniz daimi olsun!
Həsənəli xana məktubHəsənəli xana yazılmış məktubun surəti**Mənim əziz ağam, yüksək iqbalınız daimi olsun!
Nəsirül-mülk Mahmud xana məktubNasirül-mülk Mahmud xana yazılmış məktubun surəti**Ali səadətiniz həmişəlik olsun! Yüksək nəsəbli cənabınızın mənim haqqımdakı mehribanlıq və iltifatına şübhə etmirəm. Dəfələrlə dostlardan və tanışlardan eşitmişəm ki, cənabınız məndən və mənim əsərlərimdən çox xoşlandığınızı və sevindiyinizi söyləmişsiniz. Buna görə də sizin iltifatınıza bel bağlayıb, ixlasımı bildirən bu məktubu yazmaqla, sizə başağrısı verirəm. Mən əlahəzrət şahənşahın Maarif Nazirliyinə köhnə islam əlifbasını dəyişdirmək məsələsinə dair bəzi kitabçalar və məktublar göndərmişəm. Sizdən xahiş edirəm ki, öz əziz vaxtınızdan bir qədərini onları oxumağa sərf edərək özünüzə xas olan iltifatla, layiq və lazım bildiyiniz bir şəkildə məni böyük şahzadə Etizadüssəltənəyə tanıtdırasınız.
Melkum xana məktubMelkum xana yazılmış məktubun surəti**Cənab Ruhül-qüds!
Başqa şairlərin şeirləri
Aləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Baş götürüb gedim hansı diyaraNecə rəva gördün, ey mələkzada,Döndün aşinadan, dil verdin yada.
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün