Mən paxıllıq edirəm quş və qarıncayə müdam
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mən paxıllıq edirəm quş və qarıncayə müdam,Ki, xoş, asudə yatırlar yuvada hər axşam.
Belə sonsuz görünən göydə də bir vüsət yox,Bəlkə orda ola bir azca bu könlüm aram.
Saqiya, bu gecə ver badələri peydərpey,Ta ki, qəlbimdəki bu dərdlərimi yarə açam,
Belə məclisdə necə dinü bilik əldə edim,Ki, ədəb qalmamış əsla bu gözəllərdə tamam.
Yarımın surəti cənnət kimidir, zülfü ləbə,Kölgə salmış, biri baldır, o biri vermədə kam.
Zülfünün hər bükümündən görünür bir göz bax,Zülfü olmuş necə gör bixəbər aşiqlərə dam.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qüdsi, təbin pozular, nəfsinə uysan, ayıq ol,Su tapıb çirki təmizlə, elə bu nəfsini ram.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-men-paxilliq-edirem-qus-ve-qarincaye-mudam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Halım etmiş məni həyatdan bizar,Sağlamkan, etmişdir sağalmaz bimar.
Allahım istəsə qurtarram qəmdənAllahım istəsə qurtarram qəmdən,Qəzanın əksinə, şad olaram mən,
Bürümüş tənimi, canımı fəraqBürümüş tənimi, canımı fəraq,Ağırdır, günlərim keçsə bu sayaq.
Odunla alışdı bu can xirmənimOdunla alışdı bu can xirmənim,Min ələm bürüdü qəlbimi mənim.