Mədinə Gülgünə

Sənin arzuların, hissin, ilhamınNeysan yağışına bənzər hər zaman.Tez yağıb, tez keçər, bağı, çəməniƏtirli güllərlə bəzər hər zaman.

Sevincin, kədərin bir dağ selidir,O, sakit axmamış, axmaz bir an da.Qəlbinin odundan qaynayar, inan,Şimal qütbündəki buzlu ümman da.

Qəzəbin, nifrətin şimşək kimidir,Sal daşı parçalar, qayadan keçər.Qəlbin deməyəni deməz dilin də,Səni boğazından assalar əgər.

Fikrində, sözündə xəsis olanlarYüz il yaşasa da, bil, gözə dəyməz.Duyğusuz yazılmış yüzlərlə əsərÜrəkdən deyilmiş bir sözə dəyməz.

Bu odlu xislətin sözünə axmış,Dostu isindirər, yadı yandırar.Alov parçasıdır hər misran sənin,Onu oda atsan, odu yandırar.

Sən bu ilhamınla, təxəyyülünləBir il də yaşasan, yüz il də qalsan,Sönməz hərarətin, sönməz atəşinSəni şair doğmuş əzəldən anan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar