Sən gedəli neçə vaxtdır,Saysam əgərZaman çatmaz, il çatmaz.Sən gedəndə çoxu dedi:“Getdi, daha qayıtmaz...”İnanmadım,İnansaydımHəsrətinə, hicranına dözməzdim.Zaman-zaman,Məkan-məkanSoraqlaşıb gəzməzdim.Sən gedəli neçə vaxtdırHəsrətindir, məhəbbətinBir də mən.Gözləyirik,Sən nə zaman dönərsən.Sən dönəndə həsrət gedər,İntizarı, hicranı da aparar.Mən qalaram,Sən qalarsan,Bir də məhəbbət qalar.Sən qayıt gəl,Gedən getsin.İstəmirəm minnət edim,Yol kəsim.Sən qayıt gəl,Təki bizi məhəbbət tərk etməsin.İnanıram gələcəksən bir səhər...İlk eşqinlə,İlk sevginlə qayıt sən.Məhəbbətsiz dönüb gəlsən,Nə sən varsan,Nə də mən...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran