Gəraylı
Yaxşı deyib aşıq Cuma:“Dost bir olar, ya da iki”,Aşıq, mən də bu dünyadaDost gəzirəm sənin təki.
Dost istərəm arif ola,Qəlbi güldən zərif ola.O, dərdimdə vaqif olaSirr olmaya qəlbindəki.
Qınamayın məni nahaq,Söyləmişlər məndən qabaq,Çətin işdir dost saxlamaq,Mən o dostu tapım təki!
Yüz illərdir yanıb Kərəm,Unutmamış onu aləm.Dost içində dost gəzirəmBelə ola əsli, kökü.
Hər baxanda sağ-soluma,Düşür yada aşıq Cuma.Hər adamdan dostluq umma,“Dost bir olar, ya da iki”.
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-gerayli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu şeir 1946-cı ildə Təbrizdə “Şairlər məclisi”nin*təşkil etdiyi müsabiqədə ikinci dərəcəli mükafata*
Vətən məhəbbətiMən hicranla dolu ömür sürmüşəm,Min əzab çəkmişəm, min qəm görmüşəm.
Təbrizin baharıGurşad təzə dayanmışdır... hava durulur,Bulud keçir, göyün üzü görünür təmiz.
Yaltadan məktubSevgilim, yağışlı bir yaz günüdür,Tutmuş hər tərəfi yenə çən, duman.
Başqa şairlərin şeirləri
Çığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
CahandaVar-dövlət bir yana, haqq bir yanadı,Bizdən üz döndərib, dönüb cah anda.