Yaman yerdə...
Yaman yerdə qoyub getdin,Qaldım yaxıla-yaxıla.Bu hicranın əzablarıSığmaz ağıla, ağıla,
Həsrətinlə ayaq tutdum,Hara gəldi getdim, getdim.Yaşa doldum, boya yetdim,Qaldım yıxıla-yıxıla.
Məhəbbətdə oldum naşı,Ürəyimin yandı başı.Gözlərimin dondu yaşı,Qaldım boğula-boğula.
Sənsiz günüm talan oldu,Yandım, Kərəm yalan oldu.Kərpic-kərpic viran olduÖmrüm dağıla-dağıla.
Mən ki səni əzizlərdim,Gül becərdim, tikan dərdim.Həsrətindən sonsuz dərdimDöndü nağıla-nağıla.
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-yaman-yerde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Məni gizli imtahana çəkirsən,lazımdımı açıq deyim hər sözü?
Məhəbbət əşarıBir lalərüxəm, eşqimə sultan ola bilsən,Məndən qaç uzaq, vəslimə mehman ola bilsən.
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.