Atatürkün atası! Adi cəfakeş bir ata,Öz kiçik külfətinin cövrünü çəkmiş bir ata,Bir böyük millətə ancaq ata əkmiş bir ata!Atatürkün anası! Adi bir insan, bir ana.Zaman ötdükcə nədən səcdə qılır hər kəs ona?Bir böyük millətə bir gün ata doğmuş o ana.Atatürkün sinəsi, yurdun alınmaz qalası!Atatürk millətinin həm atası, həm balası!Nədir arzum, diləyim tanrıdan imanla bu gün?Talanan, bağrına dağlar çəkilən xalqım üçün:Yeni fikrin küləyindən qoca millət darana,Bizi birləşdirəcək bir Atatürküm yarana!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən