Vicdan xəstəsiyik
A vicdan əzabım, üsyanəzabım, öldürmə məni.Musa Yaqub
Musa, vicdanından əlhəzardasan.Bu ovqat necə də mənə tanışdır.Bizim qəlbimizi ağrıdan vicdanUmulan kəsləri ağrıtmamışdır.
Dünya - bir bilməcə, dünya - bir təzad,Arifın dərdi çox, bir qəmxarı yox.İxtiyar sahibi - vicdandan azad,Vicdan sahibinin ixtiyarı yox.
Qənimi olsa da əyri, düzlərin.Doğruluq dərsini keçmə oğruya.Xalqı çalıb-çapan qeyrətsizlərinVicdanı varmı ki, bir an ağrıya?
Millət öz dərdinə əsir oldusa,Bizim qismətimiz iztirab, ələm.Mən də sənin kimi, əzizim Musa,Vicdan əzabından xəstə düşmüşəm.
Vətən qarşısında bilək bir kərəHamının danılmaz haqqı, borcu var.Millətin düşdüyü bu zillətlərəMən də günahkaram, sən də günahkar.
Gah olur gördüyüm bu zillətləri,Şahidi olduğum müsibətləriGörmək istəməyib gözümü yumdum,Onun əlacını özgədən umdum.Mümkünmü?..Deyincə, qaraldı qanım,Məni ilan kimi sancdı vicdanım.Vicdanın səsindən dəng oluram mən,Ağrılar içində qovruluram mən."Əlimdən nə gələr?", deyincə,ağrıAzalır, ağlım da haqq verir mənə.Gözümü yumduğum haqsızlıqlarıVicdansa, birəbir göstərir mənə.
Vicdan saldı məni, bax, belə dərdəMən ondan qaçanda qaçdım özümdən.İçimdə başlanan çəkişmələrdəGizlənpaç oynadım vicdanımla mən.
Vicdan yaxşı seçir əyridən düzüYaxşıdan yamanı, dostdan düşməni.
O qovdu, mən qaçdım, itidir gözüHarda gizləndimsə, o tapdı məni.Vicdanım zamana uymur ki, uymur,Məni yaşamağa qoymur ki, qoymur.
Bizim içimizi belə göynədən,Bizi əldən salıb, bizi qəhr edən,Haqqın öz səsidir, haqqın öz səsiVicdan xəstəsiyik, vicdan xəstəsi.
Gözümüz önündə haqq çiliklənirHaqqın qəbri üstə nahaq diklənir.Bağırdıq: - Dayanın, haqq divanı varGördük, eşitmədi kimsə bu səsi.
Hələ üstümüzə çirkab atdılarOlduq bu millətin "xain bəndəsi".İllər gəlib keçdi, ömür gödəldi,Baharı gözlədik, təqvimlə gəldi.
Təqvim baharını neyləyirik biz?Könül bağçamızı basdı ot, alaq.Ömrümüz boyunca gözlədiyimizSəadət gülləri açmadı ancaq.
Zülmün məhvərinə dolanır zamanGöydəki buludlar insan ahıdır.Göydə aramasın Allahı insan,Hər kəsin vicdanı öz Allahıdır.
Ay Musa, özünü yorma boş yerə,İş ki, belə gedir, nə gerçək, nə haqq?Allahı qəlbində görməyənlərəVicdan kəlməsini necə anladaq?
İyul, 1999.
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-vicdan-xestesiyik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xəyalım yenə də öz səfərində,Onun söykək yeri dərdim, məlalım.
ÖmürY. Məmmədəliyevə ithaf*Deyirlər, çox ardır yüz il, əlli il,
Qara saçlar, ağ saçlarSaçlarıma dən düşür, dən düşür, yaman düşür,Hər baxanda anamın ürəyinə qan düşür.
Dünyamı, mənmi?Uşaqlıq şəklimə hey baxıram mən,İllər xəyalımdan süzülüb keçir.
Başqa şairlərin şeirləri · İlahi eşq
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
آنچه ایزد خواست کرد و آنچه مردم خواست دادشاه را بالنده کرد و تن درستش کرد شاد
Ulu peyğəmbərim, Rəsulallahım!Hamı “Mən” deyəndə, Sən ümmət dedin,Qardaşlıq, dəyanət, sədaqət dedin.
Cami-Cəm, fəsil 96Riyayla Allaha tutma üzünü,Hiyləylə araya soxma özünü,