“Zəhlə töküb yazma” – deyənlərə

Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm,Məni əfv et, yazıram hərzəvü-hədyan, bilirəm!

Nə ədibəm, nə mühərrir, kişi, şair deyiləm,Şüəra və üdəbalar kimi mahir deyiləm.Ciddi yazmaqla Hadi, gülgüdə Sabir deyiləm,Xamədən dürrü-gövhər tökməyə qadir deyiləm.Yazıram çünü-cəra, hərzəvü-hədyan, bilirəm,Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm!

Mən də az-maz bilirəm yazmağı, bir pürhəvəsəm,Çün neçə sahibi-xamə ilə mən həmnəfəsəm.Məcburam töhmətin ilə səsimi mən də kəsəm,Məni əfə eylə, itaət sözünə eyləməsəm.Mən də çün-çün yazmağıma yoxdu bir imkan, bilirəm,Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira