El ədəbiyyatı toplaşdırılmalıdır
Bu yaxınlarda “Kommunist”in ədəbiyyat dərnəyində el ədəbiyyatı xüsusinda məruzə edilirdi. Burada hər şeydən əvvəl gözə çarpan bir şey vardısa, o da bugünkü iclasda nə qədər adam çox olsa da hər halda adətən Rudəki və sair böyük yazı ədibləri və ədəbiyyatı xüsusində edilən məruzələrdə böyük ciddiyyətlə iştirak edən yazıçılarımızın, ədib və şairlərimizin məclisdə görünməməsi idi.
İstər-istəməz ədib və ədəbiyyatçılarımızın el ədəbiyyatımız ilə bir o qədər də hesablaşmamaları, el ədəbiyyatımıza iki saatlıq vaxt itirməyəcəyimiz kimi təsvir etmələri və daha yüksək və büləndpərvaz yazı ədəbiyyatı ilə maraqlanmaları fikri doğuyur. Halbuki, bəlli olduğu kimi, bir xalqın həyatı, onun məişət və güzəranı, ədəbi bacarıq və istedadını, bir sözlə, bütün xalq psixolojisini öyrənmək üçün ilk əvvəl onun el ədəbiyyatına müraciət edilir və edilməlidir. Ona görədir ki, bu gün Avropa elm və ədəbiyyat dünyasında da başqalarının olduğu kimi, türklərin də yazı ədəbiyyatından daha əvvəl el ədəbiyyatları toplaşdırılmışdır. Bu pək təbii və doğrudur. Çünki bir xalqın yüksək yazı ədəbiyyatı nə qədər müstəqil olursa-olsun, hər halda başqa xalqların təsirini havi oxuyur. Bir ölkədən o biri ölkəyə düşən yazılı əsərlər, kitablar öz fikir və fəlsəfələrini və ya başqa bir şəkildə qismən o biri ölkənin və xalqın ədəbiyyatına təsir etdirmiş olurlar. Təbii, buradan daha yüksək fikir və fəlsəfəyə malik olan xalq və ölkə önə kimi yeniyor və orada hökmranlıq qazanıyor. Zəif bir fəlsəfə, bir fikir, bir sənət əsəri isə daha qüvvətli bir xalqın içərisinə atılınca, təbii, əhəmiyyətsiz buraxılıyor, təbii, bu səyyar fikirlər, fəlsəfələr və sənət əsərləri olduğu kimi deyil, çox vaxt büsbütün dəyişdiriliyor. Başqa bir dona geyindirilir, çox vaxt hətta bir ölkədə ümumi şərait üzərinə tam müxalif bir cərəyan, birə əks təsir vücuda gətiriyor. Halbuki, el ədəbiyyatı belə deyildir. Bu ədəbiyyat xarici təsirdən ən az mütəəssir ola bilər. Çünki hər halda dağlar başında, sürü yanında tütək çalaraq oxuyan bir el şairi bir Sədi, bir Hüqo, bir Şekspirin təsirilə bir o qədər əlaqədar olmaz. Onun yaratdığı ədəbiyyat da əksərən yüksək yazı ədəbiyyatı olduğu kimi, həyat və fikrin müştərək fəaliyyətindən doğmuş bir şey deyil, əqli fəaliyyətin ibtidai dərəcəsində bulunan bir kütlənin coşqun və daşqın saf həyatından doğmuş bir şeydir. Buna görədir ki, bu ədəbiyyat olduqca sadə göründüyünə baxmayaraq, çox vaxt yüksək yazı ədəbiyyatından daha artıq təsir buraxıyor. Çünki bu sadə sözlər ilə səmimi bir duyğunun ifadəsidir. Bu ədəbiyyatın yaradılması üçün bəlkə də düşünülməmiş, o, acı bir təsiratın qopardığı fəryadlardan, iniltilərdən bilaixtiyar doğulmuşdur.
Burada bir ananın ninni çaldığı çocuğuna qarşı duyğuları soyuq bir fikrin yapma çərçivələrinə salınmamış olduğu kimi, gəldiyi kimi, bu həyatın bilaixtiyar fırlatdığı sözlər ilə ifadə edilmişdir.
Sənə mən gül demərəm,
Gülün ömrü az olur.
Sənə bülbül deyərəm,
Bülbül oxur yaz olur.
və ya bir şairin aldığı ilk təsirata qarşı:
Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir qərib ölmüş,
Göy kişnər bulud ağlar.
və yaxud böylə bir şairin öz sevgilisinə qarşı:
Mən aşiq neylim sənə,
Düşübdür meylim sənə.
Mən dönsəm üzüm dönsün,
Sən dönsən neylim sənə. –
dedikləri istər-istəməz şairin duyduğu təsiratı başqasına nəql ediyor. Burada bir yapmalıq yox, burada elin, daha doğrusu, onun tərcümanı olan, onun yasını, kədərini və sevincini yaşayan, onun sevinc və iztirablarının tərcümanı olan bir şairin bilavasitə həyatdan, məişətdən aldığı təsiratın hissiyyat və duyğunun səmimi bir ifadəsi görülə bilər ki, oxucuya bədii bir həyəcan verən də bu səmimiyyətdir.
Böylə bir şair mövzu üçün aramamış, xəmnə görmüş, kotan görmüş, gözəl bir qadın mini-mini bir çocuq, at, öküz, inək, ilxı, sürü, yas, bayram, toy, qaçaq, quldur, qıtlıq, müharibə, bir sözlə, ətrafında hər nə görmüş isə, hankı bir mənzərədən, bir vəqədən mütəəssir olmuşsa, bəlkə də əhəmiyyətini düşünmədən, bəlkə də qeyd etdiyi məsələnin böyük bir siyasi-ictimai və i.a. əhəmiyyəti olduğunu sezmədən ona qarşı duyduğunu söyləmiş, özünün, elinin, xalqının başına gələn macəraları, sevinc və kədərləri və bunların xalqa və ya onun həssas bir müməssili olan şairə duydurduğunu ifadə etmişdir. Onun mövzusu sadə, məişət və həyat içərisində, qoynunda yaşadığı təbiətdir. Ona görədir ki, bir xalqın keçirdiyi dövrləri, yas və bayramlarını, adət və ənənatını, tərzi-təfəkkürünü, bu və ya başqa bir vəqəyə qarşı münasibətini, qonağa nasıl baxdığını, düşmənlə rəftarını, müaşiqəsini, intiqamını, məhəbbətini, bütün əhvali-ruhiyyəsini, bütün psixolojisini, eyni zamanda, onun mədəni səviyyəsini, ədəbi istedad və bacarığını öyrənmək üçün ilk vasitə və ən doğru bir tərcüman varsa, onun dillərdə dastanlar, mahnılar, tapmacalar, nağıllar və ilaxir kimi dolaşan el ədəbiyyatıdır.
Buna görə də başqalarda bu el ədəbiyyatı hər şeydən artıq qiymətləndirilərkən və son bir kəlməsinədək toplanıb hər bir bəndi üçün cildlər ilə kitab yazılmışkən, bizdə bu el ədəbiyyatı əhəmiyyətsiz buraxılmış, toplaşdırılmamış, öyrənilməmiş, təhlil edilməmiş, hətta təhlil üçün tam əldə edilməmişdir. Halbuki, bizdə bu el ədəbiyyatı təsəvvür fövqündə olaraq zəngin və incidir:
Burda bir qərib ölmüş,
Göy kişnər, bulud ağlar.
Burada nə qədər böyük bir sənətkarlıqla təbiətin qüvvələri insanın məişətindəki amillər şəklində təsvir edilmiş kişilər, ağlar bir halda göstərilmişdir. Həm də nə qədər aydın təsəvvür etdirəcək bir halda qeyd edilmişdir. Hələ büsbütün, realnı, canlı romanlar, hekayələr, dastanlar vardır ki, ədəbiyyatımız üçün tükənməz bir xəzinədir. Bunların hərəsinə qarşı el ədəbiyyatımızdan məruzə edilirkən ədiblərimizin, ədəbiyyatçılarımızın maraqlanmaması olduqca acınacaqlı bir haldır.
Hələ bu yaxınlarda “Ədəbiyyat dostu” və “Maarifçi” yoldaşın bu xüsusda “Kənd müəllimlərimizin ictimai vəzifələri” adıyla yazdığı məqalədə həmin el ədəbiyyatı məsələsi irəli sürülmüşkən ədəbi həyatımızı idarə edənlərin və təşkilatların heç birisindən bu xüsusda bir əks-səda görülmədi. Zavallı “Ədəbiyyat dostu”nun sözləri:
Dəyəndə zülfi-ənbər barı yarə şanələr bir-bir,
Cünun zəncirinə bənd oldular divanələr bir-bir. –
kimi qəzəllərin gurultuları arasında itib getdi. Halbuki, bu şeir nə qədər müqtədir sandığımız bir şair tərəfindən deyilmiş olsa da, nə qədər gözəl təşbehlərə malik olsa da, bir çox qəzəllərimizdən qüvvətli sanılsa da, bir el şairinin sadə sözlər ilə dediyi:
Mən dönsəm üzüm dönsün,
Sən dönsən neylim sənə. –
deyə buraxdığı ədəbi əsər, səmimi bir hissiyyat yaxıcı, bədii olması cəhətincə heç bir halda geri qalmayır. Həm də birinci, bir çox başqa təsirlərə təqlidən söylənmişkən, ikinci, bilavasitə elin, xalqın səmimi hissiyyatından doğmuş, onun əsl zövq kədərini ifadə edən bir əsərdir. Buna görə də bizim el ədəbiyyatına nə qədər böyük əhəmiyyət verməmiz lazımdır.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-el-edebiyyati-toplasdirilmalidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Öz 50 illiyini keçirmiş Azərbaycan türk teatrosu yaşayışının ilk günlərindən başlayaraq 1873-cü ilin türk dramaturqu Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesini öz səhnəsində görməyə alışmışdır. Günün orijinal türk pyeslərinin babası olan bu pyes başlıca olaraq 19-cu əsrin yarılarında pozulmaqda, ölməkdə olan feodalizmin boş və məqsədsiz həyatını, o biri tərəfdən də güclənməkdə olan ticarət burjuaziyasının nə qədər canlı və çevik olduğunu təbii və tünd boyalarla təsvir edir.Öz pul sandıqlarına öz allahlarından daha möhkəm səcdə edən və bir qəpik qazanc üçün hər bir alçaqlığa və hətta oğurluğa belə razı olan bütün bu xəsis tacirlər, əməyi ayıb bilən, hər bir oğurluğu, soyğunçuluğu və hər cür alçaqlığı əməkçilikdən yaxşı sanan quru bəylər, öz Quranını bir baqqalın kartof kisəsi kibi alverə qoyan mollalar və nəhayət, çar Rusiyasının bütün o uryadnik, kəndxuda və bu kibi müftəxor parazitləri, o dövrün həqiqi həyatından o qədər doğru və düzgün alınıb təsvir edilmişdir ki, tamaşaçılar vaxtilə dramaturqun iti qələmi və acı gülüşü altına salınıb rüsvay edilən və imdi keçmişin malı olub aradan qalxan bu gün bu oğrular cəmiyyətini çox aydın təsəvvür edə biliyor.
Qızıl Tatarıstan mövzusunda məruzəYoldaşlar, Qızıl Tatarıstanın işçi və əməkçilərinə, hazırda burada qonaq olan Özbəkistan teatrosunun əməkdaşlarına, Azərbaycan işçi və əməkçilərindən və onları təmsil edən Türk Bədaye teatrosu əməkdaşlarından atəşin salamlar.Yoldaşlar, bizim, Bakıdan çıxarkən marşrutumuza Edil boyunu və ayrılıqda Qızıl Tatarıstanın mərkəzi olan Kazan şəhərini salmağımız təsadüfi bir şey deyildir.
Hara gedir AzərkinoAzərkino qədər Azərbaycanın fəhlə-kəndli kütlələrindən uzaq olan ikinci bir müəssisə yoxdur. Azərkino rəhbəri kimə istəyirsə inanıb iş tapşırır, təki o, azərbaycanlı – türk olmasın. Belə bir vəziyyətin nəticəsində Azərkino öz simasını tamamilə itirmişdir. On il ərzində o bircə nəfər belə türk operatoru yetişdirə bilməmişdir və indi yerli kadrları hər vəchlə uzaqlaşdıraraq öz işini bütünlüklə “dəvət olunmuş mütəxəssislərin” üzərində qurur.1. Dəvət olunmuş mütəxəssislər bir qayda olaraq zəifdirlər. Axı, heç bir təşkilat öz yaxşı işçilərini əldən buraxmaz. Buna görə də, tam əlillik və ya kino sənətində səriştəsizlik üzündən bekar qalmış işçilər dəvət olunurlar.
Ağac aktyorlarHazırda Şuralar İttifaqının teatr aləmində geniş intişar tapmış yeni sahəsi varsa, o da kukla teatrıdır. Əsas etibarı ilə bu yeni bir sahə deyildir. Bu teatrın kökü çox dərindir və bunun böyük bir tarixi vardır. 1904-cü ildə Misirdə həfriyyat yapılarkən devrimizdən XVI əsr əvvələ aid ən köhnə kukla aktyorları tapılmışdır. Gərək Şərqdə və gərəksə Qərbdə kukla teatrı böyük şöhrət qazanmışdır. Hindistanda bu teatr öz qəhrəmanı Bikuşak, Rusiyada – Petruşka, Çində – Kvo, Yaponiyada – Ninka-Pukay, Türkiyədə – Karagöz, İtaliyada – Fülçinello, Fransada – Polişinel, Almaniyada – Hansvuri-Kasperlə, İngiltərədə – Teatr-Pancer, İranda – Kangal Pəhləvan, Türküstanda – PəhləvanKeçəl və sair ölkələrdə başqa adlarla çıxışda bulunurlar.Heç bir teatrın kukla teatrı qədər tam, kütləvi xalq teatrı olması üçün böyük üstünlüyü yoxdur. Bu keyfiyyətə ən əvvəl teatrın çox yığcamlığı və yüngüllüyü yardım göstərir. Bu teatrın bütün aktyorlar dəstəsi bir kisəyə və ya bir çamadana yerləşir, istər xüsusi teatr sahələrində və istərsə hər cür meydanda, məktəb sinfində, klub binalarında və sair məhəllələrdə tamaşa verilə bilər. İştə buna görə də haman teatr köhnə zamandan bəri xalqın fikrini və zalimlər – istismarçılar əleyhinə protestini ifadə edən vasitələrdən biri olmuşdur. Keşişlər, mollalar, sultanlar, şahlar, saray xadimləri, tacirlər, zənginlər və sair bu kimi ünsürlər Karagöz, Petruşka, Pəhləvan-Keçəlin ənənəvi zonasını az dadmamışlar.
Başqa şairlərin şeirləri
Dur, saqi, qədəhi al ələ, doldur!Kimsəyə içməkdən başqa yol yoxdur.
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır