Hara gedir Azərkino
Səhifə 1 / 2
Azərkino qədər Azərbaycanın fəhlə-kəndli kütlələrindən uzaq olan ikinci bir müəssisə yoxdur. Azərkino rəhbəri kimə istəyirsə inanıb iş tapşırır, təki o, azərbaycanlı – türk olmasın. Belə bir vəziyyətin nəticəsində Azərkino öz simasını tamamilə itirmişdir. On il ərzində o bircə nəfər belə türk operatoru yetişdirə bilməmişdir və indi yerli kadrları hər vəchlə uzaqlaşdıraraq öz işini bütünlüklə “dəvət olunmuş mütəxəssislərin” üzərində qurur.
Dəvət olunmuş mütəxəssislər bir qayda olaraq zəifdirlər. Axı, heç bir təşkilat öz yaxşı işçilərini əldən buraxmaz. Buna görə də, tam əlillik və ya kino sənətində səriştəsizlik üzündən bekar qalmış işçilər dəvət olunurlar.
Öz sənətlərini bilməməkdən əlavə, bu işçilər, ümumiyyətlə tanımadıqları mühitə düşdüklərinə görə daha da çaşbaş qalırlar, qısa bir müddətdə içərisində işləməli olacaqları xalqın həyatı, şəraiti ilə uyğunlaşa bilmirlər və nəticə həmişə faciəli olur. Haradansa dəvət olunmuş rejissor və aktyorlar bir neçə yüz manat pulu havayı yerə xərcləyərək çıxıb gedirlər və Azərkino həm məhsulsuz, həm də işçisiz qalır. Bu faciə Ümumittifaq İncəsənət Olimpiadasında bütün kəskinliyi ilə üzə çıxdı, burada Azərkinonun rüsvayçılığı o dərəcəyə çatdı ki, onun il ərzində bircə müstəqil film də meydana çıxara bilmədiyi məlum oldu.
Azərdövlət kinonun öz işini istinasız olaraq Azərbaycana kənardan gəlmiş, hazır kadrlarla aparmaq metodu, biabırçı bir tərzdə iflasa uğramışdı və son zamanlar ağırlıq mərkəzinin yerli işçilərdən irəli sürülən qüvvələr üzərinə keçirilməsi üçün cəhdlər göstərilirdi. Lakin onun varisi olan Azərkino bu yeni (və şübhəsiz ki, daha doğru) yolu ləğv etməyi lazım bildi və nəinki yerli işçiləri cəlb etdi, əksinə, onsuz da sayca çox az olan türklərin əksəriyyətini ixtisara saldı (halhazırda Azərkinonun 125 işçisindən yalnız 15-i türkdür, onların da əksəriyyəti dülgərdir, kuryerdir və s.).
“Birinci komsomolçu” filmi üzrə Azərkinonun təşkil etdiyi çəkiliş qrupu yerli qüvvələrə etinasızlıq baxımından bütün rekordları vurub keçdi. Rejissor Moskvadandır. Özü də necə. Heç vaxt, heç yerdə heç nə çəkməyib. Demək olar ki, elə bütün qalanları kimi o da Azərbaycanda ilk sınaqdan keçir. Azərkinonun rəhbərlərinə sual verəndə ki, nə üçün Siz, heç olmasa, təcrübəli, sınanmış işçiləri dəvət etmirsiniz, onlar heç sözlərinin fərqinə varmadan bildirirlər:
– Gəlmirlər, yoldaş! Bir rejissor da bizə gəlmək istəmir, hamı iş başındadır. Işçilər sarıdan böhrandır. Həm də heç bir fabrika, heç nəyin xatirinə öz rejissorunu əldən buraxmır və Medvedyevi də yalnız ona görə dəvət etmək mümkün oldu ki, o, işsiz idi. Qəribədir, işçilərin çatışmadığı bir şəraitdə birdən-birə işsiz adam. Və heç bir yerdə, heç bir vaxt rejissor kimi bir film də çəkməmiş bu işçini dəvət edib, ona 100 min manatlıq iş tapşırırlar. Əslinə qalsa o, hətta rejissor deyil, rejissorlardan biri təyin olunmuşdu, baş rejissor vəzifəsi isə Frolova həvalə edilmişdi. Ümumiyyətlə, qəribə işdir. Frolov – operatordur, heç bir vaxt rejissor işi ilə məşğul olmayıb və bu barədə fikirləşmək də istəməyib. Lakin gözəl günlərin birində onu (özünün söylədiyi kimi) Azərkinonun direktorlarından biri yanına çağırıb deyir:
– İvan Sergeyeviç, Siz altı aydır ki, bizdə işsiz gəzirsiniz, rejissor isə yoxdur, fabrikin tamamilə dayanması da yaxşı düşməz. Rejissorluğu qəbul edin və bir təhər işə başlayın.
– Axı mən rejissor olmamışam, özü də ümumiyyətlə, həm operator, həm də rejissor işini bir yerdə apara bilmərəm.
– Eybi yox, eybi yox, Ivan Sergeyeviç. Siz elə gözdən pərdə asmaq üçün özünüzü göstərin, sonra bir adam taparıq. Və Medvedyevi tapdılar. Onun haqqında isə biz artıq danışmışıq.
Fabrika işləyirmiş kimi görünməlidir, kim işləyir və necə işləyir isə heç də əsas məsələ deyil, onsuz da nəticəsi hələ bir ildən sonar məlum olacaq. O vaxt isə yenə də bir şey fikirləşib taparıq. Və zavallı Ivan Sergeyeviç istər-istəməz işə başlamalı oldu. Ssenari üzərində əvvəlcə üç nəfərlik bir qrup, sonra iki nəfərlik başqa qrup işləyirdi və nəhayət, köhnə ənənəyə görə ssenariçi Vinoqradskaya dəvət olunmuşdu.
Ssenari üzərində belə əsaslı surətdə iş apardıqdan sonra “Birinci komsomolsu” filminin çəkilişinə başladılar. Üç ay yarım müddətində filmin 90 faizini çəkdilər və birdən dayandılar. Necə deyərlər, lövbər saldılar. Nə olub? Sən demə, ssenari üzərində üç qrup və hətta məşhur ssenariçi işlədiyinə baxmayaraq, onda bəzi yanlışlıqlar aşkar olunub. Birincisi, bu üç qrupun heç birində bir nəfər də türkün olmaması belə bir nəticəyə gətirib çıxartdı ki, ssenarini təsadüfənmi, ya qəsdənmi oxuyan elə ilk türk, dəqiq desək, Əli Məmmədov türk qadınını ssenaridə nəzərdə tutulan şəkildə çəkməyi “qadağan etdi”. Filmin quruluşçuları beləcə də bildirdilər. Bu birinci dəfə deyil. Bu eyni bir prinsipial səhvin bəlkə artıq onlarla dəfə təkrarıdır. Məsələ burasındadır ki, Azərkino yerli qüvvələrdən ssenari hazırlamaq üzərində işləmir və yalnız dəvət olunanlara ümid bağlayır, onlar isə yerli həyatla tanış olmadıqlarından türk kişisi və ya qadını haqqında hər cür uydurmalar yazırlar, sonra da ssenarini oxuyan elə ilk türk buna etiraz edir və hər şey alt-üst olur. “Gilan qızı” ilə də eyni hal baş vermişdi. Burada da elə ağlasığmaz cəfəngiyat yazmışdılar ki, sonra heç cürə vəziyyətdən çıxa bilmirdilər. O vaxt məsələ, gərək ki, yoldaş R. Axundovun müdaxiləsi ilə həll olundu. Elə həmin səhv, eynilə “Birinci komsomolçu” filmində də təkrar olundu. Bundan başqa, ümumiyyətlə, filmin ideoloji baxımdan heç bir tələbə cavab vermədiyi məlum oldu. İşi bir aydan artıq müddətə dayandırmaq lazım gəldi. On-on beş adam dövlətli dayının cibindən rahatca pul alaraq özləri üçün boş-bekar gəzirdi. Ssenari üzərində isə yenidən başqa bir qrup işləməyə başladı. Və nəticədə üç ay yarıma çəkilmiş bütün materialın güc-bəla ilə 35 faizini saxlamaq mümkün oldu, qalanı isə zibil qabına getdi. İşə yenidən girişdilər, sonra nə olacaq, məlum deyil.
Rejissora gəldikdə isə o belə deyir:
– Məni gözdən pərdə asmaq, vəziyyətdən çıxmaq xatirinə qoyublar. Və mən də bu rejissor rolundan rəsmən imtina etməsəm də, əslində rejissor kimi işləmirəm və mənim bütün işim haqq-hesablara qol çəkməkdən ibarətdir.
Bəs, eyni bir səhvin təkrar edilməsi, yeni mühitlə tanış olmayan işçilərin, rejissorların, ssenaristlərin və başqalarının dəvət olunması, yerli qüvvələrə etinasızlıq göstərilməsi nəticəsində on minlərlə manatın havaya sovrulmasına görə kim cavab verməlidir.
Hazırda Azərkino öz işini kökündən dəyişmək və türk işçilərinə müraciət edərək türk həyatı, mühiti ilə tanış olmayan, işçilərdən yaxa qurtarmaq əvəzinə, tamamilə başqa bir istiqamət götürmüşdür, yəni öz iş sistemində elə dəyişikliklər etmişdir ki, indi Rusiya, rus kəndlilərinin həyatından filmlər çəkməyə cəhd göstərir. Əgər türk olmayan işçilər türk həyatını çəkə bilmirlərsə, çəkməsinlər, heç bu işə girişmək də lazım deyil. Azərkinonun işçilərinə tanış olan həyatdan, yəni rus həyatından çəkmək olar. Qeyri-adi məktəbdir, qəribə ixtiradır. Azərkino həmişəlik olaraq özünü və öz işçilərini bu lənətə gəlmiş, tanış olmayan, bütün başqa kino təşkilatlarının fəaliyyət dairəsindən kənarda qalan Azərbaycan, türk həyatını, türk fəhlə və kəndlilərin quruculuq işlərini və nailiyyətlərini əks etdirmək əzabından qurtarmaq yollarını arayıb tapdı və məsələni həll etdi. Aydındır ki, bütün kino təşkilatları başlıca olaraq içərisində işlədikləri zəhmətkeşlərin həyat və mübarizəsini əks etdirirlər. Türk fəhlə və kəndliləri Azərkinonun öhdəsində qalır. Lakin Azərkino bu vəzifənin öhdəsindən gələ bilmir, çünki onun türk işçiləri yoxdur, türkləri işə cəlb etmək istəmir və asan bir yola üz tutaraq öz işini işçilərinə tanış olan həyatın əks edilməsinə yönəldir. Bax, elə buna görə də “Birinci komsomolçu”nun yaradıcılıq heyətində iki nəfər istisna olarsa, türk yoxdur, “rejissor” (o da kino sənətində işçilərin çatışmadığı bir şəraitdə işsiz qaldığına görə bizə gəlməyə razı olan yeganə adamdır) burada ilk dəfə olaraq assisentlikdən əvvəlcə rejissorlardan biri vəzifəsinə irəli çəkilmiş, filmi korladıqdan və üç aylıq işi puç etdikdən sonra isə qısa olsun deyə, sadəcə olaraq, rejissor adlanmağa başlamışdır. Lakin aktyorlar da Leninqraddan, Odessadan, Azərbaycan və Bakıdan başqa Rusiyanın hər bir yerindən dəvət olunublar. Çəkilişə hazırlanan “Rusiya məhv oldu” filmində isə, hətta bir nəfər bakılının cəlb edilməsinə baxmayaraq, rahatlıq və asanlıq naminə türk həyatından da, kəndindən də imtina edilib.
Əlbəttə, heç bir eybi yoxdur ki, o da yerli həyatı bilmir və türk deyil (axı onsuz da film Nijeqorod həyatındandır), narazılıq doğuran yalnız odur ki, onun heç vaxt, heç yerdə kino ilə heç bir əlaqəsi olmayıb və Azərkino bu işə yarayan türklərin olmaması üzündən onu tədricən rejissorluğa hazırlamağı lazım bilib.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-hara-gedir-azerkino
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cümə günü, oktyabrın 22-də hökumət teatrında Dövlət Teatrı aktyorları tərəfindən ərəb həyatından götürülmüş türkcə “Əbülüla” pyesi oynandı.Görünüşdən aldığımız təəssürat nəticəsi olaraq, xüsusilə, səhnə, ümumiyyətlə, sənayei-nəfisəyə dair bir neçə kəlmə söyləmək məcburiyyətini hiss etdiyimiz kimi, məəttəəssüfanə vaxt namüsaidliyindən bunu xüsusi bir məqaləyə buraxmaq məcburiyyətində də məruz qaldığımızdan, indilik yalnız oyunun gedişini müxtəsərən yazmaqla iktifa edəcəyik.
“Pəri cadu”Seşənbə günü, oktyabrın 26-da Dövlət Teatrında türk aktyorları tərəfindən türk dramaturqlarından Əbdürrəhimbəy Haqverdiyevin “Pəri Cadu” adlı əsəri oynandı.Oyundan aldığımız təəssüratı yazırkən, mütəəssir olmaq üçün, təfərrüatdan vaz keçib də, bir neçə mühüm nöqtələrə toxunacağıq.
Hacıbaba ŞərifzadəBu noyabr ayının 3-də türk səhnəsinin ən dəyərli zəhmətkeşlərindən biri olan Hacıbaba Şərifzadəni əbədilik itirdik. Hacıbaba Şərifzadə kimdir? Ümumiyyətlə, vəfat edənlər üçün təziyət məqaləsi yazırkən, adətən, bu sorğunu verir və bunun ardınca mərhumun tərcümeyi-halını yazırlar. Biz isə bu adətdən keçib, mərhum Hacıbabanın səhnəmizdə tutduğu mövqeyi və ona etdiyi xidmətləri bir neçə kəlmə ilə qeyd edəcəyik ki, bununla da, zənnimizcə, həyatının bütün əsası və canlı nöqtələrimi demiş olarıq. Çünki diqqət olunursa, mərhumun bütün yaşayışı Azərbaycan səhnəsi ilə mərbut olduğu təzahür edər.İndilik səhnəmizdə iki yüz aktyor vardır ki, bunlardan bir qrupu yalnız pul xatirəsi üçün, maddi bir mənfəət üçün səhnəyə gəlmiş, onun, səhnənin mənəvi cəhətləri ilə işi yox, təkcə pulunu güdər və bu gün səhnə onun maddi tələblərinə cavab verməz olursa, buraxar, gedər, baqqallığı, ya bəzzazlığı tərcih edər. İkinci qrup isə bunun əksinə olaraq, səhnədən maddi heç bir şey gözləməz, ancaq oradan aldığı mənəvi bir zövq ilə yaşayar, bütün diriliyini səhnəyə vəqf edər, bütün dolanacağını səhnə ilə mərbut edər. Belə ki, tox da olsa səhnədə, ac da olsa səhnədə, yaxşı da yaşarsa səhnədə, ac qalırsa da, ölərsə də səhnədə.
“Dağılan tifaq”Cümə günü, oktyabrın 29-da Hökumət Teatrında Dövlət teatrı aktyorları tərəfindən türkcə “Dağılan tifaq” adlı pyes oynandı. Əsərin özündə bir çox qeyritəbiiliklər və qarışıq nöqtələr vardır ki, bunları nə qədər yazmaq arzusunda olsaq da, şərait namüsaidliyindən, məəttəəssüfanə, bacarmırıq. Fəqət gələcəkdə bu xüsusda yazmaq üçün mümkünat olacağı zənnindəyik. Bu dəfə isə yalnız aktyorların oyununu yazmaqla irtifa edəcəyik.Oyun qəhrəmanı Nəcəfbəy rolunda Abbasmirzə Şərifzadə idi. Hər bir şeydən əvvəl onu xatırladım ki, birinci pərdədə tək danışırkən və ikinci pərdədə kağız oxuyurkən, rəcz oxurcasına, bərkdən və yersiz olaraq sərt danışırdı. Bizə qalırsa, bu sözləri yalnız düşüncə olduqları üçün qırıq-qırıq təzahür edilərək, olduqca kölgəli və dumanlı deməli idilər. Əvvələn, bir aktyorun səhnədə tək danışdırılması, əsasən, qeyri-təbii bir şeydir. Biz həyatda öz-özü ilə danışan (normal) bir adam görmərik. Fəqət madam ki, əsər köhnə məktəb ilə yazıldığından belə nöqtələrə təsadüf edilir, o zaman bunu heç olmasa, bir rəcz kimi deyil, bulanlıq bir tövr ilə söyləməlidir. Biz, məəttəəssüfanə, təsəvvür etdiyimizi olduğu kimi təsəvvür edə bilmirik. Fəqət bir qədər düşünülərsə, dediklərimizin anlaşılacağı zənnindəyik.
Başqa şairlərin şeirləri
Bir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Qəmginsən nədətı? Söylə, dildar bircə gülQəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,