Səhifə 2 / 2 · 50%

P r i s t a v . Dayanın! Nə qayırırsınız?
Hamısının əli göydə durub dayanırlar.

P r i s t a v . Bu nə hadisədir?

H ə m z ə. A, a, ay ağa, vallah bu oğlan evimizə oğurluğa gəlib; bizi öldürmək
istəyir, odur qızı vurub öldürüb. Hü s n i y y ə . S ə r i y y ə, gözəl bacım, məgər səni öldürüblər? Yox, ölməyib.

P r i s t a v . Qızı kim vurub?

H ə m z ə. Vallah, billah, bu bizə oğurluğa gəlmişdi. Qızımı da öldürüb.

P r i s t a v . A kişi, yalandan nə üçün and içirsən? Qızı o (Qurbanı göstərir.)
vurmaq istəyirdi ki…

H ə m z ə. Yox, imanım, dinim haqqı o qoymurdu qızı öldürsünlər.
Bu halda S ə r i y y ə yavaş-yavaş ayılır.

Hü s n i y y ə . Kişi, bu oğlanmı o qızı öldürmək istəyirdi?

H ə m z ə. Ay ağa! Balalarının başına dolanım, vallah, billah, getdiyim Beyt
haqqı, iki nəfər şahidim var, istəyirsən gedim çağırım ki…

P r i s t a v . Kəs səsini! Cinayətkarlığı bəs deyil, yalan da danışır! Yalan
danışmağı bəs deyil, and da içir.

S ə f ə r . And bir şey deyil ki!

H ə m z ə. Başına dönüm, ay ağa!..

P r i s t a v . Səsini kəs, bəsdir. Bağlayın bunların qollarını!

S ə r i y y ə . Cənab pristav, məlumunuz olsun ki, cinayətkarların əvvəlincisi bu
arvad, mənim anamdır.

Çi m n a z . Başına dönüm, ay qız, bu vaxtımda məni qazamata göndərmə.

S ə r i y y ə . Get, xain! Mən sənin qızın deyiləm!

P r i s t a v . Sizin başınıza bir divan gətirim ki, özünüz mərhəba deyəsiniz.
Yoxsa siz ədalət qanununu unutmuşsunuz nədir?

M ə h ə r r ə m (daxil olur). Hə… Əleyküməssalam… Mən sizə demədim ki,
belə iş eləməyin Allahın bəlasına gələrsiniz? Indi gedin, hərənizin belinə on iki il
katorqa gələr, onda ağıllı olarsınız.

H ə m z ə. M ə h ə r r ə m! Sən də gəl bizimlə gedək, çünki biz yaxşı urusi
dilini bilmirik.

M ə h ə r r ə m. Xeyr, bəndə məzurdur! Uşaq deyilsiniz ki, divandərə
görməmişsiniz məgər? Canınız bu divanlarda çıxıb.

P r i s t a v (Rüstəmə). Siz evinizə gedə bilərsiniz. (Məhərrəmə.) Bu ev də
sənindir?

M ə h ə r r ə m. Bəli! R ü s t ə m. Biz siz alicənabdan çox razıyıq, zira bizim hər ikimizi doğru ölümdən qurtardınız.

P r i s t a v . Razılığınıza qarşı təşəkkür edirəm. (Kazaklara.) Hə… sürüyün
bunları! (Getmək istədikdə.)

S ə f ə r . Ay ağa, ay ağa!

P r i s t a v . Adə , nə var?

S ə f ə r . Ağama demək istəyirəm. (H ə m z əyə.) Ay ağa! Sən bayaq dedin ki, Rüstəmi də, Səriyyəni öldürərik, tullarıq. Əgər Rüstəm olmasa, Səriyyəni öldürərik, sonra iki nəfər şahid tutub hərəsinə üç manat verərik, gedib deyərlər ki,
Səriyyə Rüstəm ilə gedib gəlməyib. İndi mən də deyirəm ki, üç manatı mənə ver,
bir şahid məni elə.

P r i s t a v . A! A! A! Dəlidən doğru xəbər. Qoçaq, gəl sən də bizimlə,
məhkəmədə elə bu sözləri de.

S ə f ə r . Nə eybi, gedim də.
Hamı gedir.

S ə r i y y ə (Məhərrəmə). Mən sizdən çox razıyam. Çünki siz mənim azad
olmağıma çox çalışıbsınız.

M ə h ə r r ə m. Təşəkkür edirəm!

R ü s t ə m. Yaxşı, indi götür çarşabı biz də gedək. (Qapı ağzında.)

Qoyma, ya rəbb, zalimi bir kimsəni xar etməyə!
Bir kəsə zülm eləyib, dərdə giriftar etməyə!
Pənceyi-zalimdən, ey rəbbim, qutar məzlumu sən,
Qoy heç İsanı Yuda təneyi-zar etməyə!

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri