Bəs, o sən deyildin
Bu gün bir ayrı cür hava çalırsan,Bəs, o sən deyildin, o sən deyildin?Dünən özgə ruhda nəfəs alırdın,Bəs, o sən deyildin,o sən deyildin?
Nə yerə sığırdın,nə də ki, göyə,Bəs, o sən deyildin, o sən deyildin?Döyürdün döşünə azadıq deyə,-Əhsən, bu dövrana, əhsən-deyirdin…
bəs, o sən deyildin, o sən deyildin,əlində olmuşdu sözlər oyuncaq?Dünən btr böyüyə ləbbey deyirdin,Bu gün başqasına deyirsən ancaq…
Nəzərə gələrsən özünü gözlə,O zaman başqaydı, bu zaman başqa…O vaxt da üzdəydin, indi də üzdə,Dünəndə başdaydın, bu gün də başda…
Bu gün ayrı cürə hava çalırsan,Nə qədər sözünə toy tutacaqsan?..Sabah bir balaca dəyişsə dövranOnda bir ayrı cür züy tutacaqsan…
1992.
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-bes-o-sen-deyildin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Aşıq Nəsiblə Aşıq Heydərin deyişməsi (3)Aşıq Heydər:Bu dünyada dərd görmüşəm,
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.