Suallar… Suallar
Hansı havadan udasan?Hansı ətəkdən tutasan?...Hansı pulla dolanasan,Hansı haqqa inanasan?...Hansı dərdə tablaşasan,Hansı yasa toplaşasan?..Düz deyəsən hansı sözə,Dik baxasan hansı gözə?..Hansı qapını döyəsən,Hansı dosta dost deyəsən?..Hansı havanı çalasan,Necə öləsən, qalasan,Hansı tamahı kəsəsən,Hansı ilanı əzəsən?..Hansı düşməni yıxasan,Hansı dağlara çıxasan.Ora dərd çıxa bilməsin,Bir namərd çıxa bilməsin?..Hansı gününə güləsən,Necə yaşayıb öləsən?..Cavab çətin, sual asan,Hansı xalqa tapınasan?..Sənə qatil kəsilməsin?Hansı şəxsə, hansı kəsə,İnsan deyib çağırasan?...Cavab çətin, sual asan?...Deyin xoşbəxt sayaq kimi,Varlığımı, zənginimi?Zalımımı, fağırımı?!Dünya qorxunc nağıl imiş,Sual imiş başdan-başa,Basın bu dünyanı daşa,Başdan-başa o bir oyun,Özülünə bomba qoyun,Boğun onu bələyindəBəlkə onda əl götürdüFitnəsindən, kələyindən…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-suallar-suallar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yüregüm kanlu göziyçün kana gelmez nideyümZülfi kâfirdür anun îmâna gelmez nideyüm
OlsunYeri, gözəl, yeri, sənə qarğaram.Ölənədək işin ahü-zar olsun.
Ha bular, bularSəhər dost zülfünə şanə çəkəndə,Yayılar aləmə ha bular, bular.
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi