İnam öldü, insan öldü
İnam öldü, insan öldü,Dönüb oldu bir yığın ət,Cismi qaldı, ya qalmadı,Zərrə xeyri yoxdu fəqət…İnam öldü, insan öldüDaha dərman-dəvası yox…Ondan sonra yaşamağınMənası yox…Ondan sonra ta əzrayılNə karədir,İnamsızlıq dövrümüzünƏn qorxulu azarıdır.İnsanlardan öncə indiİnamları öldürürlər,İnamları öldürməkləİnsanları öldürürlər…Yamanları əfv edirlər,Yaxşıları məhv edirlər…Bütün ölən inamlarınTaleyinə ağlayıram,Bütün şəhid inamlarınMatəmini saxlayıram,Gündə yüz yol qollarımaQara lentlər bağlayıram…Dayanıram sanki fəxriQarovulda…İnam, inam, qoyma məni,Yarı yolda…
İnamsızlıq sökür biziNeçə ildir,İnam öldü, insan öldü,İnsan öldüİnam öldü…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-inam-oldu-insan-oldu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Bir gecə ölümlə baş-başa yatdım,Bir gecə qoymadım işıqlar sönə.
LeninəAfağı ağladırsa da tə’siri-matəmin,Asudə yat, bu mövt ilə sarsılmaz aləmin.
Kimi bu gülxanaya çəkdilər, görən, yenə də?Baxır ardınca onun bir dəfə görən yenə də.
SalmasGəzdim İsfahanı,Vanı, İranı,İndi də qalıbdı ay ağa Salmas1.