Daha dəhşət…
Millətimiz öz yurdunda əsir-yesir,Anaların, bacıların ahı-dəhşət…Bu torpağı yada vermək dəhşətdirsə,Vərdiş etmək bu dəhşətə daha-dəhşət…
Şuşasızlıq ağrısına hamı dözür,İtirilmiş mahalların sayə-dəhşət,Minlər ilə şəhid görmək dəhşətdirsə,Şəhidliyə vərdiş etmək daha dəhşət…
Ölənləri ağlamayır artıq kimsə,Saymır Allah, çoxu qonşu vayın – dəhşət…Çöl düşmənim qorxuncdursa, dəhşətdirsə,İç düşmənim daha qorxunc, daha dəhşət…
Nə ki, Laçın, Ağdamda da yadlar gəzir,Kəlbəcərdə oldu düşmən payı-dəhşət…Cəbrayılı satmaq əsl dəhşətdirsə,Xocalının soyqırımı daha – dəhşət…
Geri torpaq almayacaq heç kim bizə,Biz də olduq Fələstinin tayı-dəhşət…Özümüzə güvənməmək dəhşətdirsə,Özgələrə arxalanmaq daha-dəhşət…
Yağılara yalvarırıq durub bəzən,Dünya bizi gücsüz, yazıq sayır-dəhşət.Vəhşi olmaq, cəllad olmaq dəhşətdirsə,Miskin olmaq, naçar olmaq daha dəhşət…
Yastıq verin, yorğan çəkin üçtümüzə,Yuxudayıq ilin on bir ayı-dəhşət…Qəflətlərdə yatmağımız dəhşətdirsə,Durmağımız daha müşkül, daha dəhşət!
Azərbaycan yarı yadda, yarı bizdə,Eşidən yox bu harayı – hayı – dəhşət…Bu günümüz ağırdırsa, dəhşətdirsə,Sabahımız kaş olmaya daha dəhşət…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-daha-dehset
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qızılgül anam əsl Allah adamı idi. Doxsan dörd yaşında belə məscidə gedər, heç vaxtnamazını buraxmazdı. Nəql eləyirdi ki, atası Hüseyn kişi əsrimizin əvvəllərində Kərbəla ziyarətinə
Atamdır əqidəm- Atamın oğluyam…Heç zaman ağlıma gəlməzdi, heç zaman,Əqidə dəyişmək bu qədər asanmış…
İşli, işsiz günlərim…Iİşli günlərimin dostları boldu,
Ay qızımSevdiyin aldadıb səni, gözündə yaşdı,Ay qızım,