Qana-qan
Millətin beli bükülü,Hamının gözü kölgəli…Vətənin qanı tökülübHamı bu qanda çimməli.
O qan acidə qan deyil,Nalədir, ağıdır o qan…İntiqam, intiqam deyir,Qisasa çağırır o qan…
Ya dözüb, sağ qalıb, ya daÖlüb həlak olaq gərək:Girib çıxaq bu dəryadan,Yuyunub pak olaq gərək…
O qan şəhidlərin qanı,Yanın torpaqların qanı.Başsız meyidlərin qanı,Sönən ocaqların qanı.
Sinəmizə dağ çəkilib,Yad əllər ana, gəlin…Qeyrət qanımız tökülüb,Hamı bu qanda çimməli…
Odur ümid, odur xilas,Bilir Allah, bilir fələk…O qan yerdə qala bilməz,O qana qan alaq, gərək.
Bu qurtarar eli qandan,Haray çəkir Vətən qanı,Öz qanına edib qəltan,Tökməliyik itin qanın…
Çoxunda insan qanı yox,Zəhərli yadların qanı.Halaldır, gəl, tökəni yox;O qan soranların qanın.
Bir hüceyrəsi saf deyil,Cövhəri şər, ziya, kələk.Allah özü savab deyib,O qanı biz tökək gərək…
Ən sonuncu qətrəyəcən,Ən sonuncu damlayacan…Yalnız azca götürəsən,Tarix üçün saxlayasan…
Haydı, vətən oğulları,Sən də xalqım, eşit məni…Öz qanında boğulmalı,Soyumuzun qan düşməni…
Bircə mikrobu saf deyil,Cövhəri şər, riya, kələk…Allah özü savab deyib,O qanı biz tökək gərək…
Ən sonuncu qətrəyəcən,Ən sonuncu damlayacan…Yalnız azca götürəsən,Tarix üçün saxlayasan…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-qana-qan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nəyimiz var alt-üst oldu,Bu boyda millət xar oldu.
QayıtdılarÇox irəli yüyürdülər,Yenə ilkə qayıtdılar.
Hansı haqla daşıyırsan bu adı sən…Dünya bərqərar olandan bəri ulu insan*adına ləkə gətirənlər və kölgə salanlara*
Cabir, bu da azdı sənəNiyə doğdu səni ana,Cabir, bu da azdı sənə…
Başqa şairlərin şeirləri · Vətən
Gör nə əcayib gülü var Təbrizin,Dil-dil ötən bülbülü var Təbrizin,
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
Çalsın Azərbaycan haray zənginiKəsib qabağımı camaat mənim.Vəziyyət necədir? - xəbər alırlar.
VətənHalını soruram dağlar dalından,Ürəyim alışır bu əhvalından.