Sevənləri qoru, dünya
Mus: Oqtay Kazıminindir
Məhəbbət dərindən dərində olur,Dayazda məhəbbət olmur heç zaman.Hər könlün ən gizli yerində olur,Axır hər bədənin qan damarında.
Nəqarət
Yaşa məhəbbətlə dolu, a dünya,Eşqi tükənməzsən, üzü gülərsən.Əvvəl sevənləri qoru, a dünya,Sevməyən kəslərlə özün bilərsən.
Məhəbbət ən büllur könüldə açar,Ləkəli ürəkdə açmaz heç zaman.Məhəbbət ən isti iqlimdə açar,Şaxtada, küləkdə açmaz heç zaman.
Nəqarət
Zərifdir, kövrəkdir, verməyin bada,Saralar tökülər, həşəm kimidir,Birini sevməyən adam dünyadaGözümdə hamıya düşmən kimidir.
1987.
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-sevenleri-qoru-dunya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qoy kor olsun ürəyiniz,Gözləriniz,
Bir də,bir də doğmayacaq məni anam…Bu ağ saçlar bir də qara olmayacaq,Bir də kimsə görməyəcək məni cavanam…
SaymırSiz hələ dəhşətə, təzada baxın,Adi pivə satan şairi saymır.
Nə biləydim…Nə biləydim, dünya belə dönəcək,Fələk cövlan edəcəkdir tərsinə…