Murdarın da təmiz olan vaxtı olur,Papağını qabağına qoyur hərdən…Mənliyin də bir sızıltı, ağrı olur,Günahını başa düşür, duyur hərdən…O öz çirkin xislətindən, peşəsindən,Elə bil ki, uzaqlaşır bir anlığa…

Ürəyinin ən qaranlıq guşəsindən,Görürsən ki, baş qaldırır insanlığı…Baş qaldırır bakir qalan duyğuları,Üsyan edir, tüğyan edir ara-sıra…Öz-özünə yalqız qalır,tənha qalır,Deyinir yox vicdanının qarasına…Sonra hər şey unudulur, çıxır yaddan.Qalır yenə o əvvəlki kirli cəsəd…Elə bil ki, adam yoxmuş belə adda,Yenə məkr, yenə hiylə, riya həsəd…Uşaqlığı arzulardan yoğrulmuşdu,Kim sındırdı bəs qolunu, qanadını…O, anadan mələk kimi doğulmuşdu,Murdarlığa sövq elədi həyat onu…Cəlladın da nəcib olan vaxtı olur.Qılıncını qabağına qoyur hərdən…Bu özünə onun ölüm aktı olur,Az qala öz dərisini soyur hərdən…O öz cəllad peşəsindən, xislətindən,Elə bil ki,uzaqlaşır bir anlığa…Ürəyinin ən qaranlıq guşəsindən,Lap az qala zühr edir insanlığı…Bir balaca adam olur müvəqqəti…Öz zərbəsi əzir onu, boğur onu,O düşünür: özü qatil,qılınc iti,Öz tişəsi kəsəcəkdir axır onu…Sonra hər şey yaddan çıxır, unudulur.Yenə əmr: edam elə, işə başla…Yenə həmin cəllad haqqı,cəllad pulu,Yenə qılınc, çiyinlərdən uçan başlar…Ana onu necə məsum bəsləmişdi,Necə təmiz doğmuş idi balasını…Uşaqlıqda qarışqa da əzməmişdi,Baş kəsməyə sövq elədi həyat onu…Qafil insan, bu aləmi duy dərindən,Biz anadan saf, günahsız doğuluruq…Xəmirləyir həyat bizi əllərində,İstədiyi kimi əzir, yoğurur o…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri