Quşlara
Yavaş uçun, nazlı quşlar, sizə mənim bir sözüm var,Doydunuzsa bu yerlərdən, kimə qaldı bu yuvalar?Siz də bəlkə insan kimi buraxdınız yuvalarda,O gül üzlü balanızı… Yoxsa nə var havalarda?Aman, quşlar, mən yanıldım, sizdə ürək nur parçası,Bizdə murdar yığınır, o məhəbbətin Kərbəlası!Sizdə heç bir baba yapmaz bele müdhiş cinayeti,Bizim kimi sizdə yoxdur anaların xəyanəti.Gedin, quşlar, gedin, Allah yaxşı yollar versin, gedin,Siz kim sədən inciməyin, kimsə sizdən incimosin!Aman, quşlar, bilməm nə var bu məzarlıq aləmində?Ruhum aydm bir iz arar bu qaranlıq çöl içində.Varsa sizdə artıq qanad, Allah üçün, verin mana,Mən də sizsiz qəribsədim, uçmaq istər ruhum daha!Heç olmasa, onu alın — çox yazıqdır — yanınıza,Nazlı quşlar, sığınmışam adımza, şanınıza!-5 fevral, 1914*
Kitabxana.az · https://kitabxana.az/works/cavad-quslara
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əvvəl Allah – imdi qüvvətHind elinin saf ürəkli ərləri!
Birləşən iki nəhrTarix boyu axdığı yerdən alıb izini,Qoşmuş dəli Quzğuna Kür çağlaya-çağlaya.
Bir deyənBir deyən yoxdur, ey xudavənda,Bu bədən qurquşundu, ya misdi?
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,