1906-cı ildəGəldim Gəncəyə AT ilində.Qalxdım Dilbozun tərkinə mən,Keçdim düzlərdən, boz çöllərdən;Qotazlı atı sürdüm də, gəldim,Gəncəyə könül verdim də, gəldim!Oxumaqdı ancaq diləyim,Şəmkirdə qalmışdı ürəyim.Anam da mənlə köçdü gəldi,Nə mən yatdım, nə o dincəldi.Zərrabıda qaldıq ilk gündən,Sahibi getmişdi öyündən.Sanki düşmüşdük evimizə,Dəyib dolaşan yoxdu bizə.Anam işləyər, mən oxuyardım,O, xalı, mən şeir toxuyardım.Günümüz keçərdi ağlı, qaralı,O, ərindən, mən atamdan yaralı.Yadımdan heç çıxmaz, o gəldiyim gün,Başlandı tarixi mənim ömrümün!..Gəncə, 1908, 9 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən