Belçikada sülh qurultayı... Salonun sağ tərəfində rəyasət hey’ətinə məxsus masa və
qoltuqlar qoyulmuş. Hey’ət ə’zaları dürlü millətlərə mənsubdur. Yanlarda mühərrirlər
və katiblər yerləşmiş. Ortadan sola doğru nümayəndələr oturmuşlar.

Sədr (ingiliz lordu ayağa qalqaraq). Həzərat! Mən Avropanın mərkəzində qurulan böyük sülh qurultayını açıq e’lan edirəm. Buraya hər dövlətdən nümayəndələr gəlmiş, hər kəsin mə’lumu olduğu üzrə son zamanlardakı müharibə qorqusu 1914-cü ilə görə daha ağır, daha dəhşətlidir. Biz sülh uğrunda yaqşı mübarizə etmək için millətlər məclisinə tə’sir göstərməliyik və beynəlxalq tərk-silah məqsədilə tərtib olunmuş plan əsasında hərəkət etməliyik. Imdi hörmətli Sovet nümayəndəsinə söz verilir.

Alqışlar.

Sovetnümayəndəsi (xitabət kürsüsünə çıqaraq). Möhtərəm cənablar! Bizə aydındır ki, yer yüzündə sülh istəyənlər müharibə tərəfdarlarından qüvvətlidir. Çünki onların arqasında hərbə qarşı kin və nifrət bəsləyən xalqlar durmuşdur. Lakin bu yetərmi?.. Xayır. İçimizdə öylə hökumətlər var ki, yeni əsrə qan və dəmir əsri – deyə dodaq gəmirməkdədirlər.

B ə’ zinümayəndələr (yerlərindən). Rədd olsunlar.

İb lis (kibar qiyafətli, ortayaşlı, qurnaz baqışlı bir papas... Papa vəkili rolunda olaraq, yanında oturan nümayəndə qılıqlı üçüncü, dördüncü şeytana). Bu təcavüzdür.

Üçüncü və dördüncüşeytan (yüksəkdən). Bu təcavüzdür.

Birincialmannümayəndəsi (yerindən qalqaraq). Əvət, təcavüz!.. Başqalarının hüququna təcavüz!..

Arif (yerindən). Xayır, deyil.

Sədr (zilə basaraq məclisdəkilərə). Oturun! (Natiqə) Sözünüzə dəvam edin!

Sovetnümayəndəsi. Əvət, “qan! qan!” deyən bu hərbcular imdiyə qadar millətlər cəmiyyəti tərəfindən ciddi bir qarşılıq görmədi. Öylə hökumətlər var ki, bu zəifliyə qarşı susmaq istəyir. Bu isə acınacaq bir haldır. Biz keçmiş cihan müharibəsinin qanlı qurbanlarını və doğurduğu millətlər ayrılığını unutmamışıq. Bə’zi dövlətlər Şərqdə və Qərbdə yeni fitnələr törətməkdən çəkinmirlər. Hər gün sülhə tərəfdar olduqlarını söyləyərək, yeni hücumlar hazırlayırlar.

Üçüncüşeytan (yerindən). Kimdir onlar? Kimdir onlar?

Dördüncüşeytan. Açıq söylə, kimdir onlar?

Çinnümayəndəsi. Çin ölkəsini parçalayan quldurlar!..

Həbəşnümayəndəsi. Həbəşistanı yaqıb-yıqan azğınlar!..

Yaponnümayəndəsi (diplomat... qalqaraq). Bu kinayələr yersizdir.

Almannümayəndəsi. Natiq susdurulsun!

İt alyannümayəndəsi. O yenə təcavüzə başlayır.

Sədr (zilə basaraq). Həzərat!.. Sükut!.. Hər kəs öz sırasında söylər. (Sovet nümayəndəsinə) Buyurun!

Sovetnümayəndəsi. Əvət, bir çoqları təhlükəsizlikdən bəhs etdikləri halda, gecə-gündüz silahlanırlar. Dünyanın hər bucağına ədavət toxumu səpməkdən utanmırlar. Biz buna baqmayaraq daha sarsılmaz bir qüvvətlə çalışmalıyıq. Bütün ölkələrə, bütün insanlara qurtuluş yolları göstərməliyik. O yol da ancaq işçi sınıflarının, dünya əməkçilərinin birləşməsilə olur. Yaşasın həqiqi sülh və əmək birliyi!.. (Gurultulu alqışlar altında xitabət kürsüsündən çəkilir)

Sədr (sol tərəfi göstərir). Həzərat! Gözləriniz aydın! Sülh pərisi gözəl Sima məclisimizi şərəfləndirdi.

Arif (qalqar, əl çalaraq ilərilər). Alqış sevgi və dilək pərisinə!

Nümayəndələr. Yaşa, var ol! Yaşa, var ol!

Deyə hər yandan Simayı alqışlayaraq sədrin yanına qadar gətirirlər. Tuncər də onun
ardınca gəlir. Qollarını köksündə çapraz edərək bir yanda durur.

Sovetnümayəndəsi. Ona söz verilsin.

Fransıznümayəndəsi. İspaniya haqqında Simaya söz verilsin.

Nümayəndələr. Söz verilsin.

Sədr. Buyurun, sizi dinləmək istəyirlər.

Sima. Nə söyləyim mən? İspaniyadakı qan fırtınalarını, dəhşət yanğınlarını təsvirə sözmü bulunur? Bu bədbaxt ölkə fəlakət pəncəsində qıvrılaraq hər gün yeni-yeni faciələrə şahid olmaqdadır. Yurtsuz qadınlar, ac və kimsəsiz çocuqlar ayaqlar altında çignənib getməkdədir. Faşizm cəlladları şübhələndikləri işçilərə, onların öz əllərilə məzar qazdırırlar, sonra yüzlərcə, minlərcə yaylım atəşi altında məhv edirlər. İmdi o gözəl diyar bir xərabəzardan başqa bir şey deyildir. (Göz yaşını silərək, titrək səslə) Ah, ispanlar çoq alçaldılar, çoq alçaldılar. Sizlər bəxtiyarsınız ki, o vəhşiləri görmədiniz. Uf, kaş ki, mən də görməyəydim, mən də!.. (Hönkür-hönkür ağlayaraq yerindən çəkilir. Hey’ətə məxsus sandaliyələrdən birinə oturur)

Arif. Gözəl Sima! Ağlama! Bəşəriyyəti hiç bir zaman göz yaşları qurtarmamışdır.

İb lis. Mənə söz veriniz, lütfən söz veriniz.

Şeytanlar. Ona söz verilsin.

Sədr (zilə basar, sükutdan sonra, İblisə). Buyurun. (Nümayəndələrə) Bu cənab Roma papası tərəfindən göndərilmişdir.

Arif (yana). Əvət, bu da müqəddəs bir tilki!.. Baqalım nələr söyləyəcək.

İb lis (xitabət kürsüsünə çıqaraq Simaya). Alqış sana yavrum, alqış səndəki həzin çırpınışlara! Alqış gözlərindən saçılan inci yaşlara. (Nümayəndələrə) İştə həzrət-İsa yolunu izləyən şəfqətli və mərhəmətli bir mələk!.. Mən hər kəsin bu könüldə olmasını dilərdim. İncilişərif bizləri sülhə çağırmış, hiç bir fənalığa qarşı qoyulmamasını göstərmişdir.

Arif (yerindən). Sən bu sözləri bizə deyil, kilisə divarlarına söylə.

İb lis. Mən bu acı kinayəni bağışlayıram. Cənab Haq bağışlayanları sevər. Siz məni dinlərsəniz, zalimlərə qarşı durmazsınız.

Arif. Yetər, hədyan dinləməyə vaqtımız yoqdur.

İb lis. Mən sənin bu qaba çıqışlarını cəvabsız bıraqmaq istəyirəm.

Sədr. Sözünüzə dəvam edin.

İb lis. Ulu Tanrı insanları sevgi için yaratmışdır. Vəqta ki, Adəm evladı doğru yoldan sapar, onlara umulmaz bir bəla müsəllət olur.

Arif (yana). Sonra!?

İb lis. Vəqta ki, İspaniya xalqı kilisələrə və din rəhbərlərinə xor baqdılar, göylər səltənəti onları cəzasız bıraqmadı. Mən əminəm ki, dinsizlər yer yüzündən qaldırılmadıqca sülh arzusu yersizdir.

Üçüncüşeytan (yerindən). Doğrudur.

Dördüncüşeytan. Əvət, doğrudur.

Arif (İblisə). Əcəba bu yüksək ilhamları sana hanki “dahi” verdi?

İb lis. Təbii, papa həzrətləri!.. O bəni buraya qarışdırmaq için deyil, barışdırmaq için göndərmiş. Hər kəs bilir ki, papa yer yüzündə ən şanlı və müqəddəs bir rəhbərdir.

Arif. Əvət, öylə müqəddəs rəhbər ki, bir yanında qanlı Mussolini, bir yanında cihangir kral!.. Sən də onların püskürtdüyü yanğınlara neft sərpən müqəddəs bir dəllal!..

İb lis. Hiç zərər yoq. Mən bu təhqirlərə dayanıram. Sağ yanağıma sillə vursalar, solunu çevirməyə hazıram.

Sədr. Vaqt azdır, məsələyə keçəlim.

İb lis. Biz əgər ümumi və daimi sülh istəyirsək, yalnız iki yol var: əvvəla hiç bir yerdə inqilabi hərəkata yol verməmək, ikinci müharibə qızışdıranlar ilə yumşaq rəftar etmək...

Sovetnümayəndəsi (qızğın). Xayır, bizə əl uzadanların dişləri qırılacaqdır.

Sədr (zilə basaraq). Rica olunur, natiqi kəsməyəsiniz! (İblisə) Cənab, bitirin!

İb lis. Daha nə söyləyim? Anlayanlar için bu qadar kafidir. (Mə’yus adımlarla yerinə keçər)

Üçüncüşeytan. Ah, onu incitdilər.

Dördüncüşeytan. Bu mədəniyyətsizlikdir.

Sədr (zilə basaraq). İmdi söz Almaniya nümayəndəsinindir. Nümayəndə xitabət yerinə keçər.

Üçüncüşeytan (yanında oturan İblisə). Bu nə? Sən dəmi sülh istəyənlər sırasına keçdin? Sən dəmi hissiyyata qapıldın?

Dördüncüşeytan. Öküz! Sən o incəliyi anlamazsın.

İb lis. Əvət, öylə tərs adamlar var ki, sülhə çağırsan hərb istər.

Üçüncüşeytan. Bağışla, imdi anladım.

Dördüncüşeytan. Göz dəyməsin, baş var ha!..

İb lis. Susunuz!

Birincialman (məğrur və sərt bir ahəng ilə). Həzərat! Hər kəs kibi Almaniya xalqının da sülhə böyük ehtiyacı var. Lakin bizim ölkədə yaşayış getdikcə ağırlaşır. Bu acı həqiqəti bilməyən yoqdur. Burada sevgidən, mərhəmətdən bəhs etdilər. Bu bir xəstəlikdir. Həqiqi sülhü əldə etmək için hər kəsin haqqı tə’min olunmalıdır. Bizə hüquq və topraq verilmədikcə, barışıqdan söz açmaq yersizdir.

Birinci İt alyan. Doğrudur, doğrudur.

İk inci İt alyan (işçi). Hiç də öylə deyil.

Birinciyapon. Natiq yanılmayır. Hər ölkənin ehtiyacı ödənilməlidir.

İk inciyapon (işçi). Fəqət başqasına təcavüz edilməməli!

Sədr (zilə basaraq). Yerinizdən söyləməyin.

Birincialman. Biz tə’min olunmadıqca, Avropa divlətləri sülh və əmniyyət görəməyəcək. Kommunizm qorqusu, inqilab hərəkatı hər ölkəyi titrədəcək, hər kəsi düşündürəcəkdir.

İk incialman (işçi... yerindən). Xayır, səni qorqudan bu üzüntülər, alman əməkçilərini qorqutmayır. Onların kimi işsizlikdən bunalmış, kimi zəncirlər altında inləyir.

Birincialman. Boşboğazlıq yetər. Almanlıq şərəfini itirənlərlə mənim işim yoqdur.

İk incialman. Mən də hitlerçilər izilə sürünməkdə hiç bir şərəf görməyirəm.

Birincialman. Bu cəsarət sənə ucuz oturmaz.

İk incialman (ortaya fırlar, yumruğunu sıqaraq). Biz kimsədən qorqmayırıq.

Sədr (zilə basaraq). Həzərat! Harada olduğunuzu düşünməlisiniz.

Birincialman. Mən düşünürəm. Yalnız ipsizlər, sayğısızlar düşünə bilməyir.

İk incialman. Sayğısız olsam da cəllad deyilim.

Sədr (zilə basaraq). Mən kimsəyə söz verməyirəm. İntizamı pozanlar məclisdən çıqarılacaqdır.

Birincialman. Onsuz da mən çıqmaq istəyirəm. Burada durmaq qan qaraltmaqdan başqa bir şeyə yaramaz.

Birinci İt alyan (yerindən qalqar). Əvət, sıra-sayğısı olmayan məclisdə oturulmaz.

Birinciyapon (qalqar). Haydı, mən də sizinlə bərabər. Hər üçü kinli baqışlarla çıqıb gedər.

Sədr. Cənablar! İclası bitirmədən əvvəl sizə bildirməliyim ki, bu yersiz çıqışlar təəssüfə layiqdir.

Arif. Onlar buraya sülh için deyil, çəkişmək için gəlmişlər.

Fransızsosyalist. Bu çəkişmələrin önü alınmazsa, bütün ölkələr üzərində qara bulutlar oynaşacaq, milyonlarca insanlar qan və ölüm tufanında qol-qanat çalacaqdır.

Sima (qalqaraq). Vəhşi heyvanlar belə sevgi və mərhəmətdən anlarkən, niçin insanlar bu qədər alçalır?

İb lis. Çünki vəhşilərdən də vəhşidirlər. Həqiqi insan hər fənalığı əfv etməlidir.

Sovetnümayəndəsi (kinayəli və qızğın). Əvət, əgər hər kəs insanlıq şərəfini anlasaydı! Anlaya bilsəydi!? Halbuki, faşizm cəlladları insan kəmikləri üzərində özlərinə heykəl yapdırmaq istəyirlər. Əcəba, quduz bir canavar, şahə qalqmış bir ilan əfvə layiqmi?.. Xayır, əsla!.. Nə olursa-olsun o canavarların dişləri qırılmalı, o ilanların başları qoparılmalıdır.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri