“Şanz-Elize” otelinin təntənəli salonunun bir guşəsi. Ipək örtülü məblə, xalı döşənmiş, divarlarda
güzgü və qiymətli tablolar var. Süleyman Salehbəy yuxarıda və ətrafında Bağır, İbadulla, Xəndan
əfəndi, Naum əfəndi və başqa ziyarətçilər oturmuşlar.
Hamı vizitkadadır. Arabir qırmızı geyimli, işıldar düyməli qarson gümüş təbsidə vizit kartı gətirir.
Naum əfəndi bu kartları bərkdən oxuyub, ziyarətçiləri qarşılayır, Həzrəti-Şəhriyara təqdim etdikdən
sonra onlara yer göstərir və özü də oturur.
Ziyarətçilərin hamısı vizitka geymişlər.

Ziyarətçilərdənbiri. Dəniz Həzrəti-Şəhriyarı rahatsız etmədi ki?

Süleyman Salehbəy. Təbii, bir az sarsdı... Lakin zatıma qarşı ibraz olunan hüsn təvəccöh və nəzakət hər şeyi unutdurdu.

İkinçiziyarətçi. Marseldə qaldınızmı?

Süleyman Salehbəy. “Kürd təali cəmiyyəti”nin israrına rəğmən, məələsəf, qala bilmədim. Bir an əvvəl Parisdə bulunub da iş başlamaq icab ediyordu.

Əbdüləzimpaşa. Əzimətinizdən birinci məqsəd nədir?

Süleyman Salehbəy. Avropa əfkari-ümumiyyəsini böyük kürd hərəkətilə aşina etmək, bəzi ləvazimatı-hərbiyyə tədariki ilə məşğul olmaq.

Əbdüləzimpaşa. Planınız böyük və ciddən şayan-təbrikdir...

Əfəndim... bəndəniz qurana olduğum zaman soltan Əbdülhəmidin kürd millətinəcibəsinə qarşı iltifat buyurduqları hüsnü-təvvəccöhün izdiyadına bihəqqin çalışmışdım... Əlan məqsədi-aliləriniz üçün hər bir fəaliyyətdə bulunmağa amadəyəm...

Süleyman Salehbəy. Mersi, əfəndim! Hissi-dövlətlərinizdən dolayı məmnun və mütəşəkkürəm (Qarson əlində təbsi içəri girir. Naum əfəndi təbsidəki kartı götürür).

Nauməfəndi (kartı oxuyur). Jurnalist və elmi iş namizədi Qaston de- Mustaz. (Qarsona). Buyursunlar. (Qarson çıxır, Naum əfəndi qalxıb ziyarətçinin qarşısına gedir).

Qastonde - Mustaz (girir). Bonjur, əfəndim (görüşür). Səyahətinizi qəzetlərdə böyük maraqla təqib etdiyim Həzrəti-Şəhriyar Süleyman xana təqdim olunmaq mənim üçün şərəf və böyük səadətdir.

Nauməfəndi. Mersi, mersi. Buyursun. (Uzaqda duraraq Süleyman Salehbəyə baxır). Həzrəti-Şəhriyar, müsaidə buyursanız Fransanın məşhur jurnalisti və elmi iş namizədi müsyö Qaston de-Mustazı zati-nəcabətinizə təqdim edərəm.

Süleyman Salehbəy (qürurla, nəzakətlə). Buyursunlar!

(Qaston de-Mustaz nəzakətlə yeriyib Süleyman Salehbəyin əlini sıxır).

Qastonde - Mustaz. Fransa Şərqdən gələn hər bir böyük simaya qarşı hüsni-qəbul göstərir. Zati-nəcabətinizin də əziməti fransız qəlbində sevinc oyadır.

Süleyman Salehbəy. Bən də Fransada, sevimli və müsafirpərvər Fransada bulunduğumdan dolayı iftixar edərəm, əfəndim (Qaston de-Mustaza yep göstərir, oturur).

Qastonde - Mustaz. Şərq dostu həsəbilə böyük məqsədiniz yolunda üzərimə düşən vəzifəni ifa etməkdə ayrıca həzz duyacağımı da qeyd etməyi özümə borc bilirəm.

Süleyman Salehbəy. Mersi, mersi!

Nauməfəndi. Həzrəti-Şəhriyara daşıdığı yüksək məfkurə uğrunda edəcəyiniz yardım insani bir vəzifədir, zənnindəyəm.

Süleyman Salehbəy. Mersi, mersi! (Qarson əlində təbsigəlir. Naum əfəndi kartı götürür).

Nauməfəndi (kartı oxuyur). “Müsəlman qardaşlığı” cəmiyyətinin sədri, sabiq Əlcəzair istinaf məhkəməsinin fəxri üzvü, əsbəq “Əl mübarək” qəzetəsi müdiri müsyö Diyodone. (Qarsona). Buyursunlar (Qarson gedir. Naum əfəndi müsyö Diyodonenin qarşısına gedir).

Diyodone (beli bükük, ağ baş, dolaşıq saqqallı, axsaq bir qoca içəri girir və kəko dil ilə danışır). – Bonjur, qardaş (Naum əfəndi ilə görüşür). Sevgili Islam əhkamı möcəbincə əzimət buyurmuş hökmdar qardaşımı ziyarət etməyi dini bir vəzifə bildim.

Nauməfəndi. Xoş gəlmişsiniz (Süleyman Salehbəyə). Həzrəti- Şəhriyar, müsaidə sadir buyurulsa, “Müsəlman qardaşlığı” cəmiyyətinin sədri, sabiq Əlcəzair istinaf məhkəməsinin fəxri üzvü və “Əl mübarək” qəzetinin əsbəq müdiri müsyö Diyodoneni zati-nəçabətlərinə təqdim edərəm.

Süleyman Salehbəy (bir az yerindən qalxaraq). Buyursunlar! Məmnuniyyətlə. (Qoca təqdim olunub, göstərilən yerdə oturur).

Diyodone (təsbih çıxarıb çevirərək). Qardaş, təşrifinizdən dolayı son dərəcə məmnunam. “Əl məmununə üxüvvət” – deyə buyurulmuş. Sizi görərək köhnə fərəhli xatirələrim çanlanır... (Sükut). Hələ gənc idim. Əlcəzairdə xidmətdə idim. Quranı-Kərimi oxuyub hər yolunu buldum (dəsmalı ilə gözlərini silir)... Xristianlığı atıb islamiyyət qəbul etdim... O zaman sünnət məsələsi məni çox qorxudurdu. Dedim qanım zəhərlənər... Arvad da deyirdi: “A kişi, birdən pis kəsərlər, ziyanlıq olar”... Sonra Həzrəti-Məhəmmədin din yolundakı fədakarlıqlarını xatırlayıb, mən da sünnəti fəda etdim...(Gülümsünür).

Şimdi də durur. Yazı masasının üzərində mıxdan asmışam. (dəsmalı ilə gözlərini silir)... Evə qonaq gəldikdə arvad fəxr ilə göstərər...

Süleyman Salehbəy (Diyodoneyə). Cəmiyyətinizin başlıca məqsədi nədir?

Diyodone. İbadət, ibadət. Müsəlman qardaşlarımızın Avropa mədəniyyətinə alışıb, pozulmaması... Bilirsiniz, şimdi əxlaq get-gedə sarsılır. Bolşevik ruhu aləmə yayılır. Sədaqət və itaət qalmayır. Hər yerdə üsyan və tüğyan. Camaatı din və hökumətə qarşı sadiq saxlamaq başlıca məqsədlərimizdəndir.

Xəndanəfəndi. Ənfəs! (peşiman olaraq ağzını əlilə tutur).

İbadulla (yavaşca Xəndana). Adam oğlusan. Ənfəsi qoy dursun, gör kişi nə buyurur.

Süleyman Salehbəy (Diyodoneyə). Ciddən müqəddəs bir vəzifə görürsünüz (Qarson təbsidə kart gətirir. Naum əfəndi alır).

Nauməfəndi (kartı oxuyur). Hindi-Çin vali-müstəşari-əsbəq katibi, Madaqaskar zabitəsi sabiq katibi, Tunis valisi müşaviri-sabiqi, “Şərq dostları” cəmiyyətinin fəxri üzvü müsyö Dreyyer. (Qarsona). Buyursunlar. (Qalxıb qarşısına çıxır, qarson gedir).

Dreyyer (uzunboy, uzun, ağ bığlı, üzü qırışıq və başı daz qoca girir). Boyunbağına çalçarpaz bir qızıl sancaq sancmışdır. (Burnunu tez-tez çəkir). Bonjur!

Nauməfəndi (onu qarşılayıb görüşür). Xoş gəlmişsiniz. Buyurun!

Dreyyer (burnunu tez-tez çəkərək). Neçə gündən bəri adını qəzetlərdə oxuduğum Həzrəti-Şəhriyarı, cəmiyyətimizin proqramı mucəbi olaraq, ziyarət etməni şərq dostu həsəbilə özümə şərəfli bir vəzifə bildim.

Nauməfəndi. Mersi. Xoş gəlmişsiniz. (Süleyman Salehbəyə).

Xan həzrətləri müsaidə buyursa, Hind-Çin vali-müstəşari-əsbəq katibi, Madaqaskar zabitəsi katibi, Tunis valisi müşaviri-sabiqi, “Şərq dostları” cəmiyyətinin fəxri üzvü müsyö Dreyyeri təqdim edərəm.

Süleyman Salehbəy (bir az yerindən qalxaraq). Buyursunlar!

(Dreyyer yeriyib görüşür. Göstərilən yerdə oturur. Naum əfəndi də oturur).

Dreyyer (burnunu çəkərək). Kürd milləti nəcibəsinin əlində silah istiqlal qazanması cəmiyyətimiz üzvlərini olduqca sevindirir.

Süleym an Salehbəy. Mersi! Mersi!

Dreyyer (burnunu çəkərək). Himayəmizdə bulunan Suriya ilə qonşuluqda bizə dost, bizimlə sıxı əlaqədə bulunan bir yeni dövlətin olması, zənnimcə, mətlub olunan arzularımızdandır.

Süleyman Salehbəy. Şərq dostu Fransa ilə sıxı və dost bir əlaqədə olacağımıza əmin ola bilərsiniz. Əsnayi-səyahətimdə Parisi başqa payitəxtlərə tərcih etməm buna dəlil olmazmı?

Dreyyer (burnunu çəkərək). Məmləkətinizin həqiqi mənafeyini duyduğunuzdan dolayı məmnunam (Qarson təsbidə kart gətirir. Naum əfəndi alır).

Nauməfəndi (kartı oxuyur). Bursa dəllalı və “Finansiyer” məcmuəsi müxbiri müsyö Molle de-Valay. (Qarsona) Buyursun!

(Qarson gedir, Naum əfəndi qarşıya çıxır, gənc, şıq geyinmiş, diribaş, bığ və saqqalı qırxılmış Valay girir).

Mollede - Valay. Bonjur!

Nauməfəndi. Bonjur, əfəndim. Buyurun.

Mollede - Valay (Naum əfəndi ilə səmimi görüşərək yavaş səslə). Əfəndim, işlər eyidir. Bursada böyük propaqanda yapmışam. Bəzi bank mühafillərində Beyrut-Diyarbəkir dəmir yol imtiyazı belə mövzi-bəhs olunmadadır. İstiqraz yapacayız, zənnindəyəm.

Nauməfəndi. Çox gözəl. Gəl səni Süleyman xana təqdim edəyim, (Süleyman Salehbəyə) müsaidə buyurunuz “Finansiyer” müxbiri müsyö Molle de- Valayı zati-Şəhriyara təqdim edəyim.

Süleyman Salehbəy. Hay, hay (gorüşürlər, oturur).

Mollede - Valay. Yüksək məqsədinizə xidmət etmək böyük səadətdir.

Süleyman Salehbəy. Mersi, daşıdığımız məqsədə qarşı göstərdiyiniz hüsni-rəğbətdən dolayı hökumətin və millətin naminə hamınıza mütəşəkkürəm. Fransa ilə Kürdüstan arasında sıxı dostluq və mütəqabil fayda təmini üçün atdığım hər bir addımın müvəffəqiyyətlə nəticələnəcəyinə əminəm...

Hamı (bir yerdə). Əlbəttə! Əlbəttə!

İbadulla (Bağıra. Səsi hamının səsinə qarışır). Ədə, Bağır xalaoğlu, deyəsən ovucum geyişir, pul görünür.

Süleyman Salehbəy. Bizdə mütəxəssislər az olduğu üçün Fransaya bir çox imtiyazlar vermək icab edəcək, fransız kapitalı geridə qalmış ölkəmizə mədəniyyət saçar, zənnindəyəm.

Hamı (bir yerdə). Əlbəttə! Əlbəttə!

Xəndanəfəndi (Hamı ilə birlikdə). Əsarət saçar, zənnindəyəm.
(Qarson qundaqda yorğana bükülü bir çocuq gətirir. Naum əfəndi qalxıb onu qucaqlayır).

Nauməfəndi (qarsona). Bu nədir? (Qarson bir məktub verir. Naum əfəndi oxuyur) “Həzrəti-Şəhriyar, səltənətinizin kiçik vəliəhdini göndərirəm, müsafirlərimizə təqdim ediniz. Bəhicə”. (Məktub Naum əfəndinin əlindən düşür. Əvvəl özünü itirir). Vəliəhdə?.. Vəliəhd!!! Bu nə ədəbsizlik? (Məclisdəkilər susub diqqətlə Naum əfəndiyə baxırlar. Naum əfəndi vəziyyəti duyduqda çocuğu alıb, məclisdəkilərə tərəf dönür). Parisdə yaşayan Kürdüstan tələbələri Həzrəti- Şəhriyara hədiyyə olaraq bir çocuq... Çuxa göndərmişlər.

Hamı (bir yerdə). Sağlıqla geysin... Xeyirli olsun!..

İbadulla (hamı ilə bərabər). “Xəlvətdə buğaya gələn aşkarda doğar”.

Diyodone (kəkələyərək). Ah, nə gözəl, nə səmimi hədiyyə! (Dəsmalı ilə gözlərini silir).

Dreyyer (burnunu çəkərək). Ah, nə səmimiyyət!

Süleyman Salehbəy. Yuxarıya, otağıma göndərməli.

Nauməfəndi (öz-özünə). Bu qadın dəli olmuş. Gedim onu razı edim, çocuğu aparsın. Yoxsa məsələnin bu vaxtında işlər bərbad olar (Çocuğu qarsona verir, gedirlər).

Diyodone (Süleyman Salehbəyə, kəkələyərək). Buradakı kürd kalonisi böyükdürmü?

Süleyman Salehbəy. Əfəndim, bir az tələbəmiz var. Bundan sonra milli hökumətimiz Parisə bir çox gənc göndərəcəklər.

Baxın, bunlar da (Bağırı, Ibadullanı və Xəndan əfəndini göstərir) kürddürlər.

Diyodone (gözlüyünü çıxarıb, əlilə gözlərindən uzaqda tutub tələbələrə maraqla tamaşa edir, kəkələyərək). Ah, çox gözəl. Çox gözəl! Nə ilə məşğuldurlar?

Süleyman Salehbəy. Bu, (Bağırı göstərir) ali iqtisad məktəbi qurtarmışdır. Bu, (Ibadullanı göstərir) siyasi məktəb məzunudur, bu da (Xəndanı göstərir) zabitdir. (Xəndan əfəndi özünü düzəldir). Hamısı yanımda xidmətdədir.

Diyodone (kəkələyərək). Ah, nə gözəl! (Bağıra, İbadullaya və Xəndana). Cəmiyyətimizə təşrif buyurub, bizi şərəfyab ediniz. Ah, nə gözəl ayinlər yapırıq. Mərakeşdən xoş-sövt bir xətib gətirmişik: xütbəsilə Həzrəti-Məhəmmədin ruhunu şad edir. (Dəsmalını çıxarıb, gözlərini silir).

Dreyyer (burnunu çəkərək). Ah, nə gözəl!

Qarsonde - Mustaz (Diyodoneyə). Əfəndim, ciddən xidmətiniz böyükdür. Bən müsəlman deyiləm, ancaq istiqlaliyyəti çox sevirəm. İslam Şərqinə sərf etdiyim əməyi bir şərəf ədd edərəm.

Süleyman Salehbəy. Mersi, mersi. Şərq də Sizin kimi alicənabların xidmətini unutmaz.

Dreyyer (burnunu çəkərək). Əfəndim, bu, Şərq dostlarının müqəddəs vəzifəsidir. Hər bir yeni addımınız bizlərdə fərəh doğurur. (Naum əfəndi girir, siması şəndir).

Nauməfəndi (öz-özünə). Bir çox vədlərlə başını əkdim. İşlər hələlik yaxşıdır. (Hamıya eşitdirərək). Əfv ediniz, telefonda ləngidim. Həzrəti-Şəhriyarın gəlməsi bank mühafillərində böyük maraq oyatmışdır. Həp görüşmək istəyirlər. Bilxassə, ingilislər çox maraqlanırlar.

Süleyman Salehbəy (Naum əfəndiyə). İş saatları təyin etməliyiz.

Diyodone (kəkələyərək). Təbii, əfəndim. Əməli söhbətlər üçün uzun saatlar lazımdır.

Dreyyer (burnunu çəkərək). Təbii! Təbii!

Qonaqlar. Təbii! Təbii! (Qarson təbsidə vizit-kart gətirir. Naum əfəndi alır).

Nauməfəndi (oxuyur). “Əbdülqədim paşa, əsbəq qürənayi

– həzrəti-padşah, xəlifeyi-ruyi-zəmin soltan Həmidxan saniyi-cənnətməkan”. (Müsafirlərə). Nüfuzlu adamdır, çoxdan Parisdə yaşayır.

Süleyman Salehbəy. Buyursunlar! (Qarson gedir. Naum əfəndi qapıya yanaşıb gözləyir).

Əbdulqədimpaşa (ağ seyrək tükləri səliqə ilə yanakı daranmış, sağ gözündə monoql, barmağında iri göy qaşlı üzük var. Girir). Bonjur, əfəndim!

Nauməfəndi (yanaşaraq). Bonjur, zati-dövlətləri! (Naum əfəndi ilə görüşür. Naum qoluna girib Süleyman Salehbəyə doğru apardıqda, Əbdüləzim paşa yerindən sıçrayıb Əbdülqədim paşanı qarşılayır.

Əbdülqədim paşa əvvəl dostunu tanımayır, sonra tanıyıb onun mətəyini öpmək istəyir. Əbdüləzim paşa qoymayır. O da öpmək istəyir, Əbdülqədim paşa buraxmayır. Bu nəzakəti ifa edərkən səhnəni dolaşırlar və Naum əfəndi bir-iki addımlıq məsafədən onları təqib edir).

Əbdulqədimpaşa (əyilib Əbduləzim paşanın ətəyini öpmək istəyərək). Zati-dövlətlərini gördüyüm kaç sənə oldu, ətəyinizi öpmək bəndəniz üçün böyük bir şərəfdir.

Əbdüləzimpaşa (öz ətəyini mühafizə edərək, Əbdülqədim paşanın ətəyini öpmək istəyir). Əstəğfürülla, əfəndimiz, zati-dövlətlərinin ətəyini öpmək bəndəniz üçün bir səadətdir.

Əbdülqədimpaşa (öz ətəyini mühafizə edərək, Əbdüləzimin ətəyini öpmək istəyir). Əstəğfürülla, əfəndimiz! Zati-dövlətləriniz bəndeyi-xakisarin vəliyyülpeməsi olmuşdur. Ətəyinizi bus etmək bəndəniz üçün ibrazı-hörmət deməkdir.

Əbdüləzimpaşa (öz ətəyini mühafizə edərək). Əstəğfürülla, əfəndimiz, ətəyinizi bus etməyi yaşca sizdən küçüyə iltifat buyurunuz?

Əbdülqədimpaşa (dik qalxaraq, hiddətlə). Sizmi bəndən küçüksünüz? Buraxınız allah eşqinə!

Əbdüləzimpaşa (hiddətlə). Bənmi böyüyəm! Buraxınız, allah eşqinə!

Əbdülqədimpaşa (hiddətlə). Siz sarayda paşa olanda bən Babi – alidə qələm katibi idim... Buraxın allah eşqinə (üzünü ondan çevirdikdə, Naum əfəndini görür). Ah, əfəndim (gülümsünərək). Əfv buyurulsun. Bəndənizi Həzrəti-Şəhriyara təqdim etmək iltifatında bulunmazsınız?

Nauməfəndi. Məmnuniyyətlə! (Süleyman Salehbəyə). Əbdülqədim paşa, əsbət qürənayi – Həzrəti-Şəhriyar soltan-il bərrin və bəhrin əfzayi-təxti-osmani soltan il qazi, xəlifeyi-ruyi-zəmin Əbdül Həmid saniyi-cənnətməkan...

Suleyman Salehbəy. Təşərrüf ediyoruz.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üsuli-cədid

Onun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.

4 dəq
Kamal

Onun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı.Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi.

8 dəq
Soyuq busə

Hə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, onların gözəlliyi, əzilibbüzülməsi, gözəl gülüşləri, onlarla tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm.N-ə qarşı həvəsim belə öldü.

11 dəq
“Fokusnik”dən

Şərq nağılıYaqubun arvadı ona deyir:

3 dəq

Başqa şairlərin şeirləri