Şərq nağılı

Yaqubun arvadı ona deyir:

– Biz ikimiz də ac ola-ola sən niyə işsiz oturmusan və ağlayırsan?

Yaqub cavab verir:

– Mən nə işləyəcəyəm? Mənə iş vermirlər.

Arvadı ona məsləhət verir:

– Get meydana. İndi orada bazar var. Şəhərə gələn qonaqların falına bax.

– Mən necə fala baxım? – deyə kişi etiraz etdi. Mən bədbəxtin başına qoymağa heç nəyi yoxdur.

Arvad baş artırmaya baxıb, orada böyük balqabaq gördü. Onu iki hissəyə bölüb, yarısını kişinin başına qoydu və əmr etdi: “Get!”

Kişi gedib meydanın bir küncündə oturdu və gözlərini aşağı dikdi.
Maraqlananlar soruşanda ki, o kimdir və niyə başına balqabaq qoyub, o heç nə cavab vermədi, heç gözlərini də qaldırmadı.

Bir müddətdən sonra belə bir şayiə yayıldı ki, qüdrətli bir müdrik meydanda tək oturub.

Bu xəbəri eşitcək bir tacir onun yanına gəldi və dedi: “Qüdrətli Şeyx! Mən öz eşşəyimi itirmişəm. Onun yerini mənə desən, səni mükafatlandıracağam”.

Bədbəxt Yaqub bu an yerə girmək istədi və bunun üçün fikrində öz arvadını günahlandırdı: “Axı o məni niyə bura göndərdi. Mən cavab verməliyəm. İndi nə cavab verim?”

Ancaq sonra özünü ələ alıb dedi:

– Get qəbristanlığa, ey qəmli insan!

İş elə gətirir ki, təsadüfən eşşək qəbristanlıqda olur və tacir onu tapır. Tacir sevinir və qayıdıb Yaquba beş gümüş pul verir.

Yaqub sevinə-sevinə evə gedib, bu barədə arvadına danışır.

Arvadı deyir:

– Görürsən, yaxşı ki, sən mənə qulaq asdın. Onlar bir müddət belə xoşbəxt yaşayırlar. Sonra yenə arvadı Yaqubu meydana, öz köhnə yerinə göndərir.

Rus dilindən tərcümə Leyla Məcidqızınındır.

Camaat arasında belə şayiə yayılır ki, həmin müdrik qoca yenə də peyda olub. Onun yanına xeyli adam gəlib, bir çox suallara cavab istəyir. Lakin Yaqub cavabların düzgün olmayacağından qorxub, heç kimə cavab vermir.

Yaqub bircə öz qızıl kisəsini itirmiş varlı bir tacirə cavab vermək istədi. O, tacirin tər-təmiz sifətinə və əllərinə baxıb fikirləşdi: “Tacir təmizdir, dərisi yumşaqdır və ağdır, yəqin ki, o, hamamdan gəlir...
Bəlkə elə deyim ki, o qızılları hamamda itirib?”

Elə bu anda dimdiyində tacirin qızıl kisəsi bir qarğa uçub gəldi. Qarğa Yaqubun başındakı balqabağı dimdikləmək istəyəndə ağzındakı qızıl kisəsi yerə düşdü. Öz kisəsini geri alan tacir Yaquba beş qızıl verdi. Beləliklə, müdrik qocanın şöhrəti artdı.

Elə bu ərəfələrdə sultanın qiymətli daş-qaşlarla dolu sandığı itir. Oğrular şəhərdən qaçmaq üçün məqam axtarırlar.

Yaqubun şöhrəti sultanın da qulağına çatmışdı. O, Yaqubdan soruşur:

– Mənim ləl-cəvahiratla dolu olan sandığım hardadır?

– Ey kasıb və bədbəxtlərin himayədarı, mən bilmirəm, – deyə Yaqub cavab verir.

– Əgər yeddi günə mənim sandığımı tapmasan, mən sənin dərini soyduracağam, – deyə sultan Yaquba xəbərdarlıq edir.

Yaqub evə gəlib, baş vermiş hadisədə arvadını günahlandırır:

– Gördün sən məni hansı bədbəxtliyə düçar etdin?

Əli hər şeydən üzülmüş Yaqub, başına kül yağdıra-yağdıra qapının ağzında oturub ağlamağa başlayır.

Yaqub yatır. Gün belə keçir.

Oğrular artıq onun məharəti haqqında eşitmişdilər. Ona görə də öz içərilərindən birini seçib, ona Yaqubu izləməyi tapşırırlar. Oğru eşidir ki, o gələn kimi Yaqub deyir: “Bu birinci”. Tez gedib bu hadisəni oğrulara danışır ki, Yaqub onun gəldiyini qabaqcadan bilib. Ona inanmırlar.

Sonra ikinci oğrunu göndərirlər. O da Yaquba qulaq asanda eşidir:

“Bu da ikinci”. Tez gedib oğrulara deyir: “Yaqub müqəddəs adamdır, bizi görür. Biz gərək ya qızılları qaytaraq, ya da şəhərdən qaçaq.

Yoxsa bizi ölüm gözləyir”.

Üçüncü oğrunu da göndərirlər. O da həmin sözləri eşidir: “Bu da üçüncü”.

Oğru qışqırıb evə gəlir və qızılı qaytarmaq üçün o biri oğrulara yalvarır. Oğrular qızılları Yaquba qaytarırlar.

Sonra sultan Yaqubu saraya gətirdir. Yaqub sarayda çox sıxılır və özünü bədbəxt hiss edir.

O bir gün hamamda yuyunanda sultanın başına vurur. Sultan onun dalıyca qaçanda hamamın tavanı tökülür onların başına.

Sultan Yaquba deyir:

– Ey müqəddəs insan! Nə istəsən sənə verəcəyəm.

Yaqub deyir:

– Mənə eşşək ver.

Sultan gülür və Yaqubu azad edir.

1904

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Epiloq

İki aydan sonra İbrahim xan Dağıstandan qayıtdı. Məmməd bəyin tərəfdarları tutulub, cəllad əlinə verildi. Məmməd bəyə isə Şişəni tərk etməsi işarə olundu. Məmməd bəy Vaqifin arvadı Qızxanımla evlənmişdi, onu götürdü və şahın xəzinəsindən əlinə keçən sərvəti də atlara yükləyib, Qaladan çıxdı. Bir müddət Tərtərin qırağındakı Kələntərli mülkündə yaşadı. Sonra Şirvan xanı Mustafa məktub yazıb, qızını ona verəcəyini və özünü də vəliəhd təyin edəcəyini bildirib, onu Şirvana apardı. Şirvanda Məmməd bəyin xəzinəsi əlindən alındı, özü də zəncirləndi.Mustafa xan atası Ağası xanın və qardaşlarının qisasını almaq üçün Məmməd bəyə işgəncə verərək öldürtdü. Şair Valeh Məmməd bəyi belə tərif edir:

3 dəq
Azərbaycan ədəbiyyatına bir nəzər

AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR*(ixtisarla)

45 dəq
Tarixi, coğrafi və iqtisadi Azərbaycan

TARİXİ, COĞRAFİ VƏ İQTİSADİ AZƏRBAYCAN*Əziz yoldaşımız və böyük mürşidimiz

189555 dəq
Litva tatarlarının tarixi

LİTVA TATARLARININ TARİXİ MÜQƏDDİMƏ*Böyük Avropa müharibəsi bir çox millətlərə zərbələr vurduğu kimi, Litva tatarlarına da toxundu və əsrlərdən bəri Litvada, Lahistanda və Volında gəlmə olan tatarlar torpaqlarını və məskənlərini tərk etməyə məcbur oldular. Bu gün bu tatarların bir çoxunu Krımda görürüz: generallar, zabitlər, hüquqşünaslar, doktorlar, məmurlar və bir çox sənətçilər. Əvvəlcə vətənlərindən yay və qılıncdan başqa tişa bir şey götürməyən tatarlar, bu gün (tişdan) elm və fünun ilə təchizli olaraq geri dönür. Lakin çox yazıq, ana dillərini qeyb etmişlər. Bizim islamlıq və türklük borcumuz: Litvanyalı qardaşlarımızı hörmət ilə əski vətənlərinə qəbul etmək və onlara türk dili öyrətmək. Bu bizim həpimizin müqəddəs vəzifəmizdir. Krım tatarı münəvvər sinfinə çox möhtac olduğu üçün zəruri ehtiyacı bir parça dəf edərlər, zənnindəyiz.

24 dəq

Başqa şairlərin şeirləri