Soyuq busə
Səhifə 1 / 2
Hə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, onların gözəlliyi, əzilibbüzülməsi, gözəl gülüşləri, onlarla tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm.
N-ə qarşı həvəsim belə öldü.
Oxucum, N bizim evlə üzbəüz mavi rəngli evin ikinci mərtəbəsində yaşayır. (Marinsk gimnaziyasının Vİİİ sinif şagirdi N). Artıq yeddi aydır ki, biz üzbəüz evlərdə yaşayırıq, o elə hey pəncərənin qarşısında dayanıb gülür və əzilib-büzülür. Diqqətimi cəlb etmək üçün pəncərədən gah anlaşılmaz fiqurlar, gah güzgü, şəkil və kitablar göstərir. Olub ki, qış vaxtı tanışlıq üçün görüş təyin edib, amma mənə çatanda deyib məşğulam. Pəncərə qarşısındakı bu hərəkətlər uzun müddət davam etdi, ancaq küçəyə çıxanda bir-birimizə yad olurduq: bir-birimizə gülümsəmək əvəzinə biz qəribə tərzdə ətrafa baxırdıq. Bir axşam o yenə də işarə ilə tanış olmaq istədiyini mənə anlatdı. Bu dəfə mən fürsəti əldən vermədim, papağımı və paltomu götürüb tez küçəyə çıxdım və onun arxasıyca düşdüm. O düz gedirdi, tez-tez aldadıcı nəzərlərlə arxaya baxırdı. Onun hər təbəssümü, hər yalançı baxışı mənim addımlarımı tezləşdirirdi. Birdən küçənin yoxuşuna çatanda o döndü. Mən dayandım, daha getməyə cəsarətim, hünərim çatmadı. Ancaq o tez-tez dönüb arxaya baxırdı və onun bu hərəkəti məni cəsarətləndirirdi, mənə imkan verirdi ki, yenə də onun arxasıyca düşüm. Heç 20 addım getməmiş mən özümü təqdim etdim və onu evlərinə qədər ötürdüm.
Mən N xanımla belə tanış oldum və hətta öz gənclik gündəliyimin bir neçə səhifəsinə onun haqqında yazmışam... Görüş təyin olundu, görüşdük, bütün mövzulara toxunduq. Ancaq mən onu işvələndirən bir sözdə dayandım. İlk görüş məndə onun şəxsiyyəti haqda müəyyən
Rus dilindən tərcümə Leyla Məcidqızınındır.
qədər təsəvvür yaratdı. Bir gün keçdi, yenə də görüş təyin edildi. Bu dəfə biz çox danışdıq, ancaq bu onun üçün maraqsız idi. Üçüncü görüşümüz dənizin sahilində ay işığında oldu. Dəniz ayın tutqun şöləsindən parıldayırdı. Hər tərəfdə yaz təravəti var idi, ancaq mən soyuqqanlı və darıxdırıcı idim. Çox nahaq yerə o mənə ilk məhəbbətindən danışdı və məni də ilk sevgimdən danışmağa vadar etdi. Mən bütün bunları ona çox həvəssiz danışırdım və tez-tez məyusluğumu bildirirdim. Nəhayət o sakit səslə dilləndi: “Bəlkə siz mənimlə yoldaş olmaq istəyirsiniz?” Mən susdum. Ehtiras naminə yalan demək vicdansızlıq olardı. Çox da ki, yoldaşlığı səbəb etmək istəyirdi. Mən qadın nəvazişi qarşısında məğrur dayanmışdım və onun: “Görünür məktub alırsınız, yəqin sevirsiniz” sualına soyuqqanlıqla cavab verdim:
“Mən heç kimi sevmirəm”.
Beləliklə, onun arzuları puça çıxdı və bu arzuların həyata keçməsi əfsanəyə çevrildi...
İndiki gənclər kimi, özünü hər gördüyün qadına vurulmuş kimi göstərəsən? Yox!! Heç vaxt! Bu mənim ürəyimi bulandırır. Mən həqiqətən aşiq olmaq istəyirəm və təriflərin ürəkdən və odlu-alovlu deyilməsini sevirəm.
Mən sevinci ürəyimcə olan qadınla birgə yaşamağı sevirəm... Bax bu mənə ləzzət verir!!
Biz bir-birimizə zidd olan şəxslərik: N həyatdan zövq almağa çalışan, mən isə zövq dalıyca qaçmayan, bədbin, romantik bir tipəm. Ancaq görüşlər yenə də təyin olunurdu.
Yenə Dənizin sahilində görüşdük. Söhbətə başladıq. Candərdi danışırdıq. Ay buludların arxasına nahaq keçmişdi, sakit külək əsirdi; onsuz da onu heç nə maraqlandırmırdı. Onun gənc və alovlu ürəyini heç nə sakitləşdirmirdi. Onu ancaq təriflər və şirin söhbətlər məmnun edirdi. Bunu kim etsin, mənmi?
Boynuma alıram ki, mənim buna qabiliyyətim çatmır. Mən elə hey qara qüvvələrlə mübarizə aparır, qəmgin qarasevdalarda dolaşır və hiss edirdim ki, həyatda heç bir dəyəri olmayan bir insanam. Ona görə də həyat həqiqətlərini qəbul etmir, onun zövq və ləzzətlərinə qarşı çıxır, yaxşılıqların əleyhinə qalxırdım. Hər şey mənə tutqun və üzücü görünürdü. Bu səbəbdən mənimlə N arasındakı münasibətlər tez bir zamanda dəyişdi. O özünə uyğun birini tapandan sonra mən arxa plana keçdim. Bu cavan sözün həqiqi mənasında kavaler idi: hündür boylu, kifayət qədər iri qarınlı bu adamın yaxalığı az qala qulaqlarına çatırdı. Bir sözlə, onda hər bir şey müasir qadının zövqünə uyğun idi. Varlı olması onu N-in gözlərində lap ucaldırdı. Qızılın qarşısında insanlar baş əyməyəndə, kim baş əyəcək? Onun elə aldadıcı parıltısı var ki. O, insanı nəvazişlə geydirir və bütün yaxşı və arzuolunan işlərdə ona bələdçilik edir. Baxışlar, əqidələr, ilahi qəlblər ona tabedir... Bu insanı yaxından tanıdım və onun qəlbinin dərinliklərinə baş vura bildim: əxlaqsızın biridir. Həqiqətən, var-dövlət insanı məhv edir: onun daxili aləmini öldürür, ancaq ona şad həyat üçün şərait yaradır. Qoy bu cənab da öz xarici görünüşünə görə insanların sırasında dursun, – o qız da var-dövlətin ölüsüdür, şənlik və ehtirasın quludur... Mən artıq nüfuzdan düşmüşdüm və nahaq yerə görüş təyin etməyə səy göstərirdim: o hər dəfə məni soyuq və kinayəli ifadələrlə özündən kənarlaşdırırdı. Qız bu oğlana sözün əsl mənasında bənd olmuşdu. Gündə iki dəfə görüş təyin olunurdu: qız səhər tezdən saçları və bər-bəzəyi ilə məşğul olmağa başlayırdı. Pəncərənin qarşısında lampa yanırdı: saçı burmaq üçün maşadan, onu yığmaq üçün sancaqdan istifadə olunurdu, cürbəcür növlərdə kirşanlar, dodaq boyası, xüsusi saç yağı, “müxtəlif zövqlü” ətirlər işə düşürdü. Bu iş çox uzun çəkirdi, güzgünün qarşısında fırlandıqdan sonra küçəyə çıxırdı, qulluqçu qadın da pəncərədən ona tamaşa edir və bir çox hallarda həyəcanlı alqışlar deyirdi. Günlər də, görüşlər də bir-birinin ardınca gəlirdi, mən isə onunla əlaqəni kəsmişdim.
Ancaq bununla iş bitmirdi. Mən ona qarşı nə qədər soyuq münasibət göstərsəm də, o məni görəndə gülümsəyirdi. Onun bu hərəkətinin nəticəsində indiyə qədər sakit olan yoldaşlarım (H. və As.) yüngüllük edərək, onunla tanış olmaq üçün vaxt təyin etdim. O da razılaşdı.
Axşam çağı onlar birlikdə küçədə gəzişir, müxtəlif mövzularda söhbət edirdilər. Gənclərin biri onu qətiyyən maraqlandırmayan fəlsəfi mövzuda söhbətlər edirdi. Onun üçün dəbdəbəli və rahat həyat şirin olduğu halda, Russo, Tolstoy və ya Şopenhauer nəyinə gərəkdir?
Mən pəncərənin qarşısında dayanıb, onların kölgələrini izləyirdim.
Coşğun bir halda idim; macəra axtarırdım, özü də boynuma alım ki, yarısərxoş halda idim. Onun hər bir süni gülüşü qəlbimi yaralayıb öz dağıdıcı təsirini göstərirdi; mən ürəyimin həyəcanından gah dala, gah da qabağa gedir, ancaq ona qarşı olan soyuqluğumu izah etməyə cəsarətim çatmırdı. Bir neçə gün salamlaşdıqdan sonra onunla görüşüb əlini sıxmaq mənim üçün çətin idi... On dəqiqə gəzişdim, səkidə dəli kimi sağa-sola hərəkət etdim, nəhayət özümü cəmləşdirib səkidən endim və iti addımlarla onlara yaxınlaşdım. Mən düşündüm:
“Yaxınlaşacağam, ciddi danışacağam və həmişəlik vidalaşacağam”.
Birdən onlar divarın arxasından çıxdılar və məni görcək sual dolu nəzərlərlə mənə baxdılar. N, təmkinlə əlini mənə tərəf uzatdı və dedi:
“ O, mən kimi görürəm! Bu sözlər mənim həyəcanımı azaltdı, sakitləşdim və niyyətim boşa çıxdı. Mən şən halda danışmağa başladım, onun yekəqarın kavalerlərinə hücum edirdim. Mənim qəribə sözlərimi eşidən yoldaşlarım artıq susmuşdular...”
Hüs. Söhbətinin yersiz olduğunu görüb, bir dəqiqədən sonra çıxıb etdi. Bircə As. qaldı, N sonralar onu “Don Juan” adlandırmışdı. Mən slan bəyin də getməsini istəyirdim ki, N-lə sərbəst danışa bilim. Bir ədər tərəddüd etdikdən sonra bu qərara gəldim. Aslan bəydən getməsini xahiş etdim. O isə alicənablıq edib mənim xahişimi yerinə yetirdi, onu mənim “ixtiyarıma” buraxdı. Gedərkən “Don Juan nəzəriyyəsi” nə uyğun olaraq özü haqda xoş təəssürat yaratmaq istədi və bir neçə xoş söz də dedi. Nə olsun ki? Bu, yelbeyin xanımın ölmüş ürəyi üçün oxunan qəbir üstü mahnıya bənzəyirdi. O, ədalı görkəm alıb, arxaya çevrildi və qəribə baxışlarla Aslan bəyə baxdı. Onun çöhrəsində alovlu ehtirasın, coşğun qəlb titrəyişinin, qızlara məxsus acgözlüyün izləri var idi... Mən diqqətlə ona baxdım: o həmişə olduğu kimi yox, tamamilə başqa cür görünürdü, onun dodaqları öpüş, sinəsi isə qucağa atılmaq istəyirdi, bəs sinirləri? Titrəyən sinirləri sakitlik istəyirdimi?..
Mən təbiiliyi çox sevirəm, ancaq o mənə yaxın olanda onu lap çox sevirəm. Aydın, sakit gecədir. Ay bizə işıq salır. Göyün üzündə ulduzlar sayrışır... Hər şey təbiidir: mənim hündür divarın kölgəsində
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-soyuq-buse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Şanz-Elize” otelinin təntənəli salonunun bir guşəsi. Ipək örtülü məblə, xalı döşənmiş, divarlarda*güzgü və qiymətli tablolar var. Süleyman Salehbəy yuxarıda və ətrafında Bağır, İbadulla, Xəndan*
Beşinci şəkil“Sarayi-Fatma” adlı ümumxananın salonu. Gözəl yumşaq meblelər qoyulmuş, xalılar döşənmiş: pəncərələrdə qiymətli vazlar görünur. Divarlar güzgülərlə bəzənmiş. Hər yerdə qırmızı ay-yıldız nəsb olunmuş, ön divarda ərəb hərflərilə “Sarayi-Fatma” yazılmışdır.Sağ tərəfdə piano qoyulmuşdur. 3-5 əlvan paltarda qadın ağparikli tarixi libaslarla bərabər, müasir modalar da gözə çarpır. Qadınların hərəsi bir pozadadır: kimi kanapelərdə uzanmış, kimi qoltuğa (kreslo) yerləşmiş, kimi də güzgülərin önündə tualetlərini düzəldirlər. Qonaqlar smoqinqdədirlər. Səhnənin ön tərəfində Bağır, İbadulla və Xəndan əfəndi durmuşlar. Xəndan əfəndi salonun zinətinə və qadınların gözəlliyinə heyran qalaraq danışır, danışdıqca da ətrafı yabançıcasına süzür.
Altıncı şəkilLüqsemburq bağı. Xiyabanın bir tərəfində geniş çəmən görünür. Ətrafı ağac və çiçəkliklə əhatə olunmuşdur. Ağaclar arasında heykəllər düzülmüş. Xiyabanın iki tərəfinə iskəmiyələr qoyulmuşdur. Mürəbbiyələr arabacıqda çocuqlar gəzdirirlər. Cürbəcür kişi və qadınlar gəlib keçir. Bəhicə bir iskəmiyə üzərində oturub qarşıdakı mənzərəni tabloya köçürür. Sabah günəşi ağacların altına sarı ləkələr səpmişdir.İbadulla** (gülümsəyərək yaxınlaşır. Bəhicə ayaq səsini eşidirsə də, əhəmiyyət verməyir). Bonjur, Bəhicə xanım (şlyapasını çıxarır və əl verməyə cəsarət etməyərək, ayaq üstə qalır).
Yeddinci şəkilBəhicənin atelyesi. Geniş pəncərəli yüksək bir otaq. Sağ tərəfdə bir qapısı var. Divarlardan bir çox*şərq janrlı tablolar asılmışdır. Bir tərəfdə molbert üzərində qurtarmamış bir şəkil qoyulmuşdur, yanında*
Başqa şairlərin şeirləri
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər