Yamacları qalxa-qalxaDağ başına yol almışam.Ömrüm-günüm burda keçib,İndi yenə mat qalmışam.

Bilmirəm ki, heç nədəndirBu riqqətim, heyranlığım?Köpüklənən gur çeşmədir,Baldırğandır solum-sağım.

Bir uşaqlıq həvəsiyləQalxıram göy yoxuşları.Çiçəklər ağ paltarımaSəpir əlvan naxışları.

Lal qayalar, ağ zirvələrBaxır mənə qərib-qərib.Təbəssümlü dağ günəşiQollarıma lalə sərib.

Aşağıda qantəpərinSaçaqları solub gedir,Meh, qanqalın kəkiliniBir həmlədə yolub gedir.

Yuxarıda tikanınıBərkitməyib yer alması,Aşağıda kirpi təkiQabarıbdır hər koması,

Yuxarıda gömgöy, yaşılYaxasında uca dağınÖz köçündən ayrı düşənXırman boyda qara baxın.

Yayın qızmar sinəsinəQorxa-qorxa o, sığınıb.Ömrü dönüb damcılaraDüşür bir-bir: tırıp... tırıp...

Beş addımlıq bu torpağaHələ indi bahar gəlib,Beş addımlıq bu torpağaBənövşədən nübar gəlib.

Fəqət burda vaxtsız açanÇiçəklərə salsan nəzər –Onlar rəngi-ruhu qaçan,Xiffət çəkən qıza bənzər.

Gördüm yazın çöhrəsindəBoynu bükük qəribliyi.İniltiyə dönüb gedirHər əməli, hər diləyiUzaqlardan doğma yurdaYetişməyən səda kimi.Yayın sonsuz ümmanındaBahar qalıb ada kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar