Azərbaycan ədəbiyyatına bir nəzər
Məzmun
- Bir neçə söz
- Birinci hissə
- Müqəddimə
- Şifahi və yazılı ədəbiyyatımız
- İştə ədəbiyyatımızın getdiyi yol
- Şifahi ədəbiyyatımız
- Bayatı
- Ağı
- “vəsfi – hal”
- Sayaçı sözləri
- Düzgü
- Tapmaca
- Yazılı ədəbiyyatımız
- Nəsimi
- Xətayi
- Füzuli
- İkinci hissə
- Mirzə fətəli axundov
- Zakir
- Durnalara xıtab
- Kazım bəy
- Şirvanlı seyid əzim
- Sabir
- Yaralı quş
- Osmanlıda yetişmiş
- Azərbaycanlı müəlliflər
Səhifə 1 / 9
AZƏRBAYCAN ƏDƏBİYYATINA BİR NƏZƏR
(ixtisarla)
Bir neçə söz
İki il yarım bundan əqdəm Krım qəzetlərindən birində “Azərbaycan və azərbaycanlılar” ünvanlı uzun felyetonlar nəşr etmişdim. Azərbaycanın tarix, ədəbiyyat, sənət, iqtisad və ictimai həyatına dair müxtəsər məlumatdan ibarət bu məqalələrin hər bir fəslini bu dəfə yeni tədqiqlər ilə genişləndirmək lüzumu hiss olundu. Və bu sayədə “Azərbaycan ədəbiyyatına bir nəzər” vücuda gəldi. “Azərbaycan və azərbaycanlılar”ın on beşdə bir hissəsi olan bu kitabça, heyf ki, biz istədiyimiz qədər tamam çıxmadı – Azərbaycandakı qarışıqlıq bir çox mənbələr istifadəsini bizə mən etdi. İkinci təbimizdə milli ədəbiyyat mühiblərimizin köməyi ilə bu qüsurlarımızı yox edərik, zənnindəyəm.
Ərzi-şükran ilə söyləməliyəm ki, tədqiqatım əsnasında bütün İstanbul kitabxanalarında hüsni-qəbul gördüm. Bilxassə, ədib və fazil möhtərəm Əli Əmiri əfəndi həzrətlərinin millətə bağışladığı qiymətli kitablardan faydalandım. Bu zata yalnız Osmanlı türkləri deyil, azərbaycanlılar da minnətdardırlar: əlli il müddətində topladığı on dörd min kitabın içində nadir əlyazmaları bulunur. Osmanlıların böyük kitabiyyat alimi möhtərəm Bursalı Məhəmməd Tahir bəyi də səmimi məhəbbətlərlə yad etməliyəm. Bu zat uzun sənələr tədqiqatı nəticəsində “Osmanlı müəllifləri” vasitəsi ilə ölmək üzrə olanları diriltmiş və ədəbi can bəxş etmişdir.
Cavan qələmlərə sevə-sevə yol göstərən bu fazil bizə də əlindən gələni əsirgəmədi – geniş məlumatından, kitabxanasından və “Osmanlı müəllifləri”nin qeyri-mətbu hissələrindən qolaylıq ilə istifadə etdik.
Bu sətirləri yazarkən böyük ustadımız Köçərli Firudin bəyin şəhid olunması xəbəri təyyid etmədə idi. Azərbaycan müstəqil fikrini yaradan, öyrədən və sevdirən bu zatın vəfatı vətənimiz və mənəviyyatımız üçün nə böyük fəlakət oldu.
“Millət”, iyul, sənə 1919, №№111, 113, 114, 115, 116.
Otuz ildən bəri qələmiylə aləmə qüvveyi-fikrimizi bildirən, cavanlarımıza yol göstərən, səbat və mətanət təlqin edən Firudin bəy bu dəfə də mübarək qaniylə tarixin silinməz səhifəsinə “Müstəqil Azərbaycan” deyə son sözünü yazdı... Allah rəhmət eləsin!
Bu ağır dəqiqələrdə yeganə təskinliyimiz budur ki, Azərbaycanın yeni nəsilləri bu müqəddəsat qarşısından keçərkən diz çökərək Vətən ülviyyətini və onun yolunda ölmək ləzzətini duyub və öyrənəcəklər.
İstanbul, 26 şəbat 1921.
Yusif Vəzirov.
Birinci hissə
Müqəddimə
Hər ölkənin ədəbiyyatı o ölkənin tarixi qədər qədim olmalıdır.
Lakin ölkədə yaşayan millətin dərəceyi-kamalı bu həqiqəti bir az dəyişdirir. Bəzən cismani qüvvətini aləmə göstərə bilən millət eyni zamanda da mənəvi məhsullarını əməli bir surətdə tarix səhnəsinə vəz edə bilmir. Mədəni millətlər, biləks, özlərini ətraflı olaraq göstərə bilirlər. Azərbaycan qədim zamandan bəri mədəni bir ölkə kimi tanınmışdır.
Təbiidir ki, Azərbaycanın yazılı ədəbiyyatının böyük və canlı bir hissəsi fars dilində idi. Şirvanlı Xaqani və Gəncəvi Nizami bu ədəbiyyatın müməssilləridirlər.
Bir çox müəlliflərimiz fars ilə bərabər, türkcə də yazıblar:
Nəsimi, Xətayi, Füzuli, Təbrizli Saib, Şah Təhmasib, Vəfa, Məxfi və sairələri.
İndi bizim ilə bərabər ədəbiyyatımızın mühiblərini maraqlandıran bir məsələ var: əcaba, əsil Azəri ədəbiyyatının başlanğıcını kimdən və hankı zamandan saymalı?
Azərbaycan ədəbiyyatı müdəqqiqi Firudin bəy Köçərli rusca yazdığı bir risalədə ədəbi tariximizi on səkkizinci əsrin ortasında yaşayan Molla Pənah Vaqifdən başlayır. Firudin bəy, Vaqifi Azərbaycan ədəbiyyatının banisi iddia edir.
Rus müstəşriqi professor Krımski ədəbiyyatımızın ayrıca olaraq
inkişaf etdiyini qeyd edir və Vaqifdən əvvəl Xətayi, Füzuli, Məsihi, Qövsi Təbrizi kimi şairlərin də Azərbaycan ədəbiyyatına məxsus olduğunu söyləyir.
“İslam tarixi” müəllifi Müller Qafqaziyada böyük şairlər yetişdiyini yazır və onlardan yalnız Ənvəri, Xaqani və Nizaminin adlarını yad edir.
Professor Kize, Mirzə Kazım bəy tərəfindən 1851-ci ildə Peterburqda təb etdirilən mənsur “Dərbəndnamə” ilə Füzulinin mənzumələrini Azəri ədəbiyyatının ən qədim məhsulu iddia etməkdədir.
Türk ədəbiyyatı alimlərindən Köprülüzadə Məhəmməd Fuad isə daha da qədim məhsullar arayır. Köprülüzadəcə, ilk Azəri şairi olmaq üzrə tanınan böyük mütəsəvvif Şeyx Izzəddin Pur Həsən Əsfərayidir ki, səkkizinci əsri-hiçrin ilk illərində yaşayıb, Dövlətşah bin Əlaəddövlə Bəxtşah əl-Qazi əl-Səmərqəndi bu zatın türkcə və farsca şeirlər yazdığını, divanının Azərbaycan və Rumda məşhur olduğunu və türkcədə “Həsənoğlu”, farsidə “Pur Həsən” təxəllüs etdiyini bildirir.
Həsənoğludan sonra ən qədim şair Qazi Bürhanəddindir. Səkkizinci (miladi XIV) əsrin sonlarında yaşayan bu şair İran üsullu qəzəllər və rübailərdən başqa türkə məxsus “Tüyüğ”lar vücuda gətiribdir.
Könüldə gizli bolsa bir tasədir,
Ömr ilə dəxi həmkasədir.
Ədəbiyyatımızın ən qədim məhsullarını meydana çıxarmaq yolunda hümmətli təşəbbüslər müşahidə olunmuşsa da, imdilik əməli nəticələr görünməyir. Deyə bilərik ki, ədəbiyyatımızın XII əsr hicridən əvvəli toxunulmamış durur. O dövrə dair bir çox adlar eşidiriksə də, onlar haqqında ətraflı məlumatımız yoxdur.
XII əsrə (miladi XVIII) məxsus Molla Pənah Vaqif dövründən ədəbiyyatımız tədqiq olunmağa başlayır. 1867 sənəsində Adolf Berje tərəfindən Leypsiq şəhərində bəzi Azərbaycan şairlərinin şeirlərini came “bir kitab təb” olunmuşdur.
Təqribən eyni zamanda Fazil Mirzə Şəfinin şeirlərinin məcmuəsi alman dilinə tərcümə olunaraq, ədib Bodenşted ehtimamilə basılmışdır.
Sonralar azərbaycanlılar da bu yolda çalışmağa başlayırlar. Məhəmməd ağa Müctəhidzadə Qarabağ şairlərinin əsərlərini toplayıb rəsmləri və qısa tərcümeyihallariylə çap etdirir.
Eyni yolda çalışmaq məhsulu olaraq, Nəvvab Mir Möhsün bin Hacı Seyid Əhməd Qarabaqi də “Təzkireyi-Nəvvab”ı nəşr edir.
“Tazə həyat” müdiri Haşım bəy Vəzirov Molla Panah Vaqifin şeirlərinin məcmuəsini vücuda gətirmişdir.
Lakin müdəqqiqlərin nəzərini özünə cəlb edən ancaq Qarabağ şairləri olublar. Berjenin də kitabı buna aiddir.
Bütün Azərbaycan ədəbiyyatını ətraflı tədqiq edən təkcə bir ad varsa, o da Firudin bəy Köçərlidir ki, üç cild “Azərbaycan ədəbiyyatı tarixi” meydana gətirib.
Məlumatımıza görə “Tarix”in birinci cildi xalq ədəbiyyatına, ikinci – Vaqifdən başlayan yazılı ədəbiyyata, üçüncü – yeni ədəbiyyata həsr olunub.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-azerbaycan-edebiyyatina-bir-nezer
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
IHəkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: onun üçün ömrün olub-olmamağı qət olunacaq idi.
Üsuli-cədidOnun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.
KamalOnun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı.Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi.
Soyuq busəHə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, onların gözəlliyi, əzilibbüzülməsi, gözəl gülüşləri, onlarla tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm.N-ə qarşı həvəsim belə öldü.
Başqa şairlərin şeirləri
Uşaqlar, hazırlaşın, durun, gedin məktəbə,Tə’lim alıb oxuyun, adət edin ədəbə.
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər