Məzmun
  1. Bir neçə söz
  2. Birinci hissə
  3. Müqəddimə
  4. Şifahi və yazılı ədəbiyyatımız
  5. İştə ədəbiyyatımızın getdiyi yol
  6. Şifahi ədəbiyyatımız
  7. Bayatı
  8. Ağı
  9. “vəsfi – hal”
  10. Sayaçı sözləri
  11. Düzgü
  12. Tapmaca
  13. Yazılı ədəbiyyatımız
  14. Nəsimi
  15. Xətayi
  16. Füzuli
  17. İkinci hissə
  18. Mirzə fətəli axundov
  19. Zakir
  20. Durnalara xıtab
  21. Kazım bəy
  22. Şirvanlı seyid əzim
  23. Sabir
  24. Yaralı quş
  25. Osmanlıda yetişmiş
  26. Azərbaycanlı müəlliflər

Səhifə 9 / 9 · 89%

  1. Əhməd Həmdi Əfəndi Şirvani

İstanbulda təhsilini ikmal etdikdən sonra, bəzi məmuriyyətlərdə bulunubdur. Bir zaman mülğa əncümən təftiş və müayinə rəyasətinə təyin olunubdur. 1307-də (1889) vəfat etdi. Qəbri “Əyyub”dadır.

Təb olunmuş əsərləri bunlardır: “Tərcümeyi-məqamati-həriri”, “Hindistan səyahətnaməsi”, “Üsuli fiqh”, “Xülasətül fəraiz”, “Misqalət-əl ürəfa fi-məsail-əlhükəma”, “Elm-əl-əruz vəl-qəvaz”, “Türkcə müxtəsər məntiq”, “Süvər-əl kəvakib”, “Mədxəli-inşa”, “Nəsayeh- əş Şəban” və sairə.

  1. Şirvanlı Məhəmməd Xalis Əfəndi

Bu zat təhsilini vətənində başlayıb, Amasiyada davam edən və İstanbulda ikmal etmiş məşhur Tikişli Yusif əfəndidən icazat aldı. Darüş-şəfqə müəssisələrindən və müəllimlərindən olubdur. İlk tədrisi Fateh zamei-şərifindədir. Yeni fənlərin tədris və mədrəsələrin islahı yolunda çox çalışmış bir zatdır. 1331-də (1912) Istanbulda vəfat etdi və Fateh camei – şərifi yanında dəfn olundu.

“Təlxis-ün-nəhv”, “Mizan əl-əzhan fi məntiq”, “Elmi-kəlam”,

“Üsuli-əqaid” kimi əsərləri Istanbul Darüş-şəfqəsində tədris olunmaqdadır.

Hüseynzadə Əli Bəy

Əli bəy miladın 1864-cü ili şübatın 24-də Salyan şəhərində dünyaya gəlibdir. Atası Molla Hüseyn Tiflis Müsəlman məktəbində müəllim idi. Anası Mavərayi- Qafqaz Şeyxül-islamı Salyanlı Şeyx Əhmədin qızı Xədicə xanımdır. Əli bəyin ibtidai təhsili Tiflis Müsəlman məktəbində olub, sonra hökumət gimnazini ikmal edərək Peterburq Darülfünunun ümumi-təbiyyə şöbəsinə daxil olubdur.

Əli bəy kiçik ikən babası Şeyx Əhməd ilə onun yaxın dostu Mirzə Fətəli Axundovun təsirləri altında bulunmuşdur. Şeyx Əhməd ciddi bir din alimi olaraq tam mənası ilə Şərqi təmsil edirdi. Mirzə Fətəlisə hürrəndiş, tünd Volteri, təlim və təhsili etibarilə tamam qərbləşmiş bir zat idi. Tez-tez Şeyx Əhmədin evində olan müsahibə iki dostun fikri mücadilələri, şübhəsiz ki, kiçik Əlinin tərbiyəsinə qüvvətli təsirlər bəxş edirdi.

Bu iki təsir Əli bəyin Darülfünun həyatında ibrazə başlayıb. Burada Əli bəy bir tərəfdən 4 Avropa fənlərini öyrənir, o biri tərəfdən də Şərq dilləri və ədəbiyyatilə məşğul olurdu. Avropa ədiblərinin tədqiqini də unutmazdı: Homeri, Aristofanı, Danteyi, Şekspiri, Höteni, Şilleri, Bayronu oxumuşdu. Lakin bu dahilərin içində Əli bəyin ruhuna yaxın gələn Höte olmuşdu. O zamandan bəri Hötenin “Faust”u Əli bəyin ən sevdiyi əsərlərdən idi.

1889 sənəsində Darülfünunu ikmal edər-etməz Əli bəy İstanbula səfər eylədi və orada Əsgəri-tibbiyyə məktəbinə daxil oldu.

Əli bəyin bu dövrünü “Türk yurdu” gözəlcə anladır: “Əli bəyin İstanbul Tibbiyeyi-əsgəriyəsinə daxili oraya ciddi və rayihədar bir Avropa əvayimədəniyyəsinin əsməsi kibi oldu. Tibbiyi-əsgəriyyə Osmanlı məkatibi-aliyəsinin ən yüksəklərindən olmaqla bərabər, Avropa ali məktəblərinə nisbətən ürfaniümumi cəhətlə aşağı və ibtidai idi. Tələbəsinin çoxu Anadolu və Rumelinin uzaq və qaranlıq vilayətlərindən toplanmış bu məktəbdə Əli bəy bir fəcri-şimali kibi parladı.

Bir Avropa gimnazi-klassikində təlim və tərbiyə görmüş olması Avropa mərkəz mədəniyəsindən biri olan Peterburqda Darülfünün tələbəliyi etmiş bulunması, Əli bəyi məlumati-ümumiyyəcə arkadaşlarından çox yüksək tuturdu. Əs-səneyiqədimə ilə ədəbiyyatına aşina olduqdan məadən, Alman, Rus və Ingiltərə ədiblərini xeyli mütaliə etmiş və Şərq ədəbiyyatına müstəşriqlər nöqteyi-nəzərindən vücuf peyda eyləmiş bulunuyordu, üstəsinə rəssam idi, kaman çaliyordu. Arkadaşlarının həman həpsi dövri-qədim üdəbasının ism və rəsmlərini ancaq küçük larosdan biliyorlardı; Rus əfkar və ədəbiyyatına qətiyyən biganə idilər, çoxunun gərb əfkar və ədəbiyyatına vüqufları da ancaq fransız qramer və lektorlarında höccələnən parçalara münhəsin qalmış idi. Əli bəy İstanbul məktəbi-tibbiyəsinə ğərb əfkarını, ğərb ədəbiyyatını, ğərb ürfan və mədəniyyətini, hasili gərbi tanımaqda professorlarından çox xidmət etdi. Arkadaşlarından Doktor Abdulla Cövdət bəy
Əli bəyin məktəbi-tibbiyyədəki təsirlərini şöylə nəql ediyor: “Əli bəy sakin və mütəfəkkir hamiylə əsrarəngiz vəzi-izlətpərvərisiylə üzərimizə bir... təsiri icra edirdi. Əvət, o bir Rəsülül-həq idi”. Əli bəy ülum sahəsində də arkadaşlarına yeni üfüqlər açıb göstərdi. O gəlincəyə qədər Məktəbi-tibbiyeyi-şahanənin xəbəri yox idi. Əli bəy Mendeleyev sistemini öyrətdi. Əli bəy Şərq ülum və ədəbiyyatından da başqa dürlü bəhs ediyordu. Məsələn, Sərfi-Şərq üsuliylə əzbərlədilək, yaxud səhvü bəlağət tədqiqatilə uğraşılan “Rubayati-Ömər Xəyyam” Almanlardan və Jukovskidən öyrəndiyi üsul ilə öylə təşrih və izah ediyordu ki, arkadaşları barmaqlarını isiriyorlardı. Abdulla Cövdət bəyin daha tələbə ikən nəşr etdiyi “Ramazan bağçası” ünvanlı bir məcmuədə Əli bəyin Ömər Xəyyama dair müstəşriqlərdən toplama məlumatı intişar etdi. Ə.H. imzasını daşıyan bu məqalə Əli bəyin ilk mətbu əsəridir.

1895 tarixində Əli bəy doktor olub, İstanbulda Heydər Paşa xəstəxanasına təyin olunmuşdu. Rəsmi xidməti Əli bəyi mühərrirlikdən ayırmadı – Hötenin “Faust”unu tərcüməyi davam edirdi. Birinci parçaları “Məlumat” risaləsində “Salyani” imzasilə basıldı.

Osmanlı-Yunan müharibəsində (1897) Doktor Əli bəy Tisaliyaya göndərilmişdi. Hərbdən sonra Istanbula gəlib, yenə Heydər Paşa xəstəxanasında qulluq edibdir. 1900 sənəsi müsabiqə imtəhanını qazanıb Əskəri-tibbiyyə məktəbində cildi və firəngi xəstəlikləri müəlliminə müavin təyin olundu. Lakin Əbdülhəmid dövrü onu rahat buraxmadı və Əli bəy Qafqaza qayıtmağa məcbur oldu.

1905-ci il tarixdə həziran ayında Hacı Zeynalabdin Tağıyev, Əli bəy, Əhməd bəy Ağayev və Əlimərdan bəy Topçubaşev “Həyat” qəzetəsini təsis etdilər. Iki il qədər müdirliyi Əli bəy öhdəsində idi.
Türkliyə və hal-hazırdakı elmlərə dair mühüm məqalələri var idi.

Millətin yaşaya bilməsi və tərəqqi etməsi üçün bir əsas olaraq “Türkləşmək, islamlaşmaq və avropalılaşmaq” lüzumunu iddia eyləmişdi.

“Həyat”dan əvvəl Əli bəy mürvəci-əfkarımız olan “Kaspi” qəzetəsində rusca məqalələr yazardı. Misirdə çıxan “Türk” qəzetəsinə Ə.Turani imzasilə bir neçə məktub ilə şeirlər göndərmişdi.

“Həyat” qapandıqdan sonra Əli bəy Bakıda “Füyuzat” ünvanlı “Türkcə bir məcmueyi-islamiyyə”nin nəşrinə başladı. Məcmuənin intişarı Tişrini-sani bir, sənə 1906-dan başlayaraq bir il davam etdi və 32 nömrə çıxa bildi. “Füyuzat” oxucularına din, milliyyət, ədəbiyyat, siyasət, tarix sahələrində bir çox məlumat vermişdi.

“Füyuzat” müdirinin haqqında “Türk yurdu”nun rəyi şayani-diqqətdir: “Füyuzat” məcmuəsinin baş mühərriri biltəb türkdür və türkçidir.

“Füyuzat” qapandıqdan sonra Əli bəy “Irşad” (1908), “Tərəqqi” (1908) və “Həqiqət” (1909) qəzetlərində çalışdı. Məşhur əsəri olan “Siyasətfürüst” bu qəzetələrin təfriqə sütununda basılmışdı. Natəmam qalan bu əsərin fikir əsası Dantenin “Məzhəkeyi-ilahiyyə”sindən məlhəm İranın qüvveyi-xəyaliyəsinin bir tarixidir. Bunda Adəm atanın zühurundan bəri gəlib-keçən İran Kəsraləri, şahları, xanları, Əbu əs-səlatii Kəyumərsin hüzurunda rəsmi bir keçid yapırlar. Hal-hazıra məxsus bəzi adamlar da o Keçidirəsmə tamaşa edirlər. Hökmdarlar dünyada eylədikləri yaxşılıq və pisliyə görə behişti bir səadət və ya cəhənnəmi bir əzab içində qalırlar. “Siyasətfürüst”da Əli bəyin dini, əxlaqi, siyasi və milli fikirləri bəyan olunur.

Əli bəyin “Əbdi-qəlaf və məhfuzə” adlı bir hekayəsi də var. Mətbuatdan çəkildikdən sonra Əli bəy Hüseynzadə Bakıda “Səadət” məktəbində bir müddət müdirlik eyləmişdir.

1910 tarixində Əli bəy Istanbula gəldi və müsabiqə imtəhanına girib, təkrar qazandı və Darülfünunun Tibb şöbəsində cildi və Firəngi xəstəliyin müdiriyyəti şefi oldu. Bir müddət sonra Məclisi-səhiyyə əzaliğəyə təyin olundu. Əli bəy “Türk Yurdu” məcmuəsinin müəssislərindəndir; “Türk ocağı” klubunun ağsaqqalları cərgəsinə seçildi. “İttihad və Tərəqqi” firqəsinin Üçüncü qurultayında məclisiümumi ezalığına intixab olundu.

Son zamanlar Əli bəy çox oxuyur, heyfa ki, bir şey qələmə almayır.

1921

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Beş dəqiqə

IHəkimin odasına girəndə Mirzə Mahmudun rəngi qaçdı: onun üçün ömrün olub-olmamağı qət olunacaq idi.

10 dəq
Üsuli-cədid

Onun evi dağlıq məhəllədə arxası torpağa yamanmış ibtidai insanlar yurdunu andıran bir şeydir. Üst mərtəbədə iki xırda otaq (otaq demək caiz isə) və altda da bir otaq vardır. Özü birində yaşayır, ikisini də kirayəyə verir. Otaqları mənzil şəklinə salan kirayəçilərin özləri olmuşdur–yırtıq yerlərə taxta çalıb, üzərinə köhnə qəzetlər yapışdırmışlar. Buna baxmayaraq yel əsdikcə qəzetlər bir çox yerlərdən şişir, partlayır. Yağışın da ki, önünə sədd çəkmək qabil deyil – damdan keçir, tavandan və divarlardan süzələnir, köhnə ləkələrin hüdudunu bir az da genişləndirir.Ev sahibi Atamoğlan heç bir işin sahibi deyil – əski zaman çayxanalarda, məscid önündə vaxt keçirərdi; bir vaxt qoçuluğa qalxışaraq bir adam da öldürmüşdü.

4 dəq
Kamal

Onun adı Kamal idi. Atası Nəcəf vaxtilə hörmətli bir adam olduğundan, evi həmişə yüksək təbəqənin adamları ilə: zadəgan və mülkədarlarla dolu olardı. Çəkilən kababın qatı tüstüsü buludlara qədər qalxar, sazın xoş sədası ətrafa yayılar, qəmli bülbülün səsinə qarışardı.Günlər beləcə bir-birinin ardınca keçdi, illər dolandı, ziyafət və zənginliyin, şöhrətpərəst dostluğun sonu gəlib çatdı. Nəcəf özünü tənha və dostları tərəfindən atılmış kimi hiss etdi. Ehtiyac onu tanış bir tacirin yanında işləməyə vadar etdi.

8 dəq
Soyuq busə

Hə! Gərək qələmi aldadıb müxtəlif xasiyyətli qadınlar, onların gözəlliyi, əzilibbüzülməsi, gözəl gülüşləri, onlarla tanışlıq və bu tanışlığın nəticələri haqda yazım. Ancaq qəti bir şey yoxdur: gah valeh oluram: qadını çox sevirəm və onun aldadıcı gülüşündən vəcdə gəlirəm. Ancaq çox tez bir zamanda həvəsdən düşürəm, naturanın dəyişkənliyini və onun süni təbəssümünü görüb əvvəlki fikirlərimi inkar edirəm.N-ə qarşı həvəsim belə öldü.

11 dəq

Başqa şairlərin şeirləri