Birinci hissə
Səhifə 20 / 20 · 95%
O günü Hacı Məlik Məmməd xanı zindandan çıxardılar. İki ildən bəri dəllək və hamam görməmiş yazıq Bakı xanı yaman halda idi: saçı-saqqalı uzanıb, cırıqcındırlı gövdəsini tutmuşdu; bütün bədəni həşərat yuvası olmuşdu. Vaqif onu hamama göndərtdi, başını qırxdırıb, saqqalını vurdurdu və bir dəstə isti paltar bağışladı.
Qışın sərt bir zamanı idi. Qar və çovğun yolları basmışdı. Ağdamla Şişə arasında gediş-gəliş kəsilmişdi. Bu il çox adam yolda ya donub ölmüş, ya da qar basmış uçurumlara düşüb yox olmuşdu. Buna görə Vaqif Bakı xanını evinə qonaq gətirib, hava açılana qədər saxladı. Bu mömin və mülayim kişidən bir dəri, bir də sümük qalmışdı. Bütün çəkdiyi əzablara baxmayaraq, yenə təvəkküldə təsəlli tapırdı.
– Ağa, – dedi, – bütün bu qəzavü-qədər alnımıza yazılmış imiş.
Qismətdən artıq yemək olmaz. Hər şey Allah yanındadır...
Vaqif bu mömin kişinin sözlərini xoş bir təbəssümlə dinləyərək:
– Xan, İnsan faili-muxtardır, – dedi. – Allah İnsana ağıl verib, idrak verib, sən bunlara qulaq asmayandan sonra Allah neyləsin?
Hacı Məlikməmməd xan Vaqiflə razılaşmadı:
– Heç bir şey Allahsız deyil. Beylə də gərək olaydi. Müluki-islam
Allahdan üz döndərib, Allah talaya səza olmayan zülmlər törədir. Bu zülmlərin cəzasını elə bu dünyada çəkirik. Özün alimsən, ülum və təvarixə vaqifsən, bilirsən ki, bir quş tükünü vaxtsız tüləmişdi, çılpaq idi.
Allah tala əmr buyurdu – o il qış düşmədi, qar yağmadı. Xəllaqi-aləmin qüdrətindən hava yay kimi isti oldu, ta ki, aciz quşcuğaz tük gətirdi.
Bu rəhmdil tanrının yer üzündə şəriətini güdən zillüllahlar bunun yüzdə birini edirlərmi?
Abadiye meyxanə, zi viraniye-mast,
Cəmiyyət küfr əz pərişaniye-mast,
İslam bə zate-xud nə darəd eybi
Hər eyb ki, həst dər müsəlmaniye-mast
Kafirliyin cəmiyyəti bizim pərişanlığımızdandır.
– Yox, axund, cifeyi-dünyaya aldanıb, boğazımıza qədər günaha batmışıq... Zindanda nəzir eləmişəm, Bakıya çatan kimi təxti-səltənət varağasını büküb, Məkkəyi-mükərrəməyə ziyarətə gedib, ali-əbayə dəxil düşəcəyəm.
Xan sözlərini bitirib, təsbeh çevirməsində davam edirdi. Vaqif isə xoş və hörmətkar bir təbəssümlə bu saf qəlbli qocanı seyr edir və onun söylədiklərini düşünürdü.
Üç gündən sonra hava açıldı. Hacı Məlikməhəmməd xana at verildi və yanına da iki nökər qoşulub, yola salındı. Onun buraxılması, doğrudan da, Fətəli xanın Qarabağa səfərinə mane oldu. Fətəli xan kinində israr edirdisə də, Şamxal ilə Şirvan xanı boş yerə qan tökməyə razı olmurdular.
24
Ayaz bir axşam idi. Gündüz yağan qar toxtamış, ay aləmə sədəf saçırdı. Vaqifin evdə oturmağa qərarı gəlmədi. Buxarının o biri tərəfində oturub, corab toxuyan Qızxanıma yönələrək:
– Ay Qızxanım, yığış bir xangilə gedək, – dedi.
Qızxanım cavab vermədisə də, corabın millərini çıxarmadan büküb, ayağa durdu və o biri otağa keçdi. Lələ Vaqifin paltarını və papağını gətirdi.
On beş dəqiqə sonra hazır oldular. Qızxanım kənarı xəzli məxmər katıbı geyinmişdi, ayaqlarına da yarımcorab geyib, dizlərində bağlamışdı.
Başında yun qumaşdan çalması vardı. Vaqif də samur kürkünü geyib, yola düşdülər. Ay işığına baxmayaraq, iki əli fanuslu nökər qabaqca, ikisi də arxadan gəlirdi. Fanusların qalaylanmış mis dairələri ay işığında parlayırdı, boru şəklində bir arşın sallanan qat-qat ağ qumaşı isə yenicə nişastalanıb, mumlanmışdı. Aşağı mis dairədə yanan şamın şöləsi aydın görünməyirdisə də mumlu qumaşdan keçib, yolu işıqlandırır və qonaq gedən qafiləyə ayrıca bir dəbdəbə bağışlayırdı.
Saraya gəldikdə Qızxanım xanımlar dairəsinə, Vaqif isə xanın qış otağına keçdi. Buxarı çırthaçırtla yanır, işığı divarların tutqun rəngli nəqşlərinə, əlvan pərdələrə və xalılara düşürdü. Buxarının iki tərəfindəki taxçalara qoyulmuş şamdanlarda şamlar şölə çəkərək yanırdı. İbrahim xan ipək püştələrə söykənərək Kələntər Ağası bəylə fincan oyunu oynayırdı. Gənc bir pişxidmət də kənarda ayaq üstə durub, əmrə hazır bir vəziyyət almışdı. Fincan oyunu çox da mürəkkəb bir şey deyildi: qalaylı bir məcməyiyə üzüqoylu on iki princ fincan düzülür, fincanlardan birinin altında bir üzük gilzlədilirdi. Oyunun müvəffəqiyyəti üzüklü fincanı tapmaqda idi. Vaqif içəri girdikdə pişxidmət fincanları yenicə düzüb gətirmişdi; əl xanda idi, düşünüb fincanların birini qaldırmaq istəyirdi ki, Vaqifin gəlməsini görüb, qəhqəhə ilə:
– Axund, özünü yerində yetirmisən, – dedi. – Kələntəri xoruza yükləmişəm. Eyzən gül vururam*.
Vaqifə yer göstərdilər, buxarının qırağında oturdu. Xan ona müzəffər bir nəzərlə baxıb, təkrar öyünməyə başladı:
– Kələntər elə bilir ki, mən buna Əliməmmədəm, gözümü açmağa qoymayacaq. Bir bax, bu da biri! – deyə xan məcməyinin kənarına
düzülüb, dairə təşkil edən fincanlardan birini qaldırdı. Üzük orada deyildi.
Ağası bəy gülümsündü. Xan pərt olub, qarşı tərəfdən yenə bir fincan qaldırdı, yenə üzük çıxmadı. Hiddəti bir az da artdı. Ağası bəy xanın çənəsinin əsməsinin fərqinə varıb, sükuta daldı. Xan əlini qeyzlə havada fırladıb, üçüncü bir fincana uzatdıqa Kələntərin rəngi qaçdı; o, üzüyün bu dəfə çıxmasını bütün səmimiyyətilə istəyirdi. Lakin üzük tərsə düşüb, yenə çıxmadı. Xan üçüncü fincanı məcməyinin ortasına çırpıb pişxidmətinə tərəf çöndü:
– Gəl, bunu yığışdır! – dedi, səsindən ətrafa vahimə çökdü.
Vaqif xanın qəzəbini yumşaltmaq üçün tamamilə məsələyə dəxli olmayan bir söhbətə başladı:
– Xan, – dedi – bu gün əlimə qəribə bir kitab düşüb, bu ölkənin tamam qədim əhvalat və qəziyyələri yazılmışdır. Bilirsən ki, təvarixin müştaqiyəm.
Xan maraqlanan kimi oldu: hirsi o saat yatdı. Vaqif xanda olan dəyişikliyi sezərək, sözlərinin arasını kəsmədən nağıl eləməyə başladı:
– Hələ hicrəti-xatəmələnbiyadan*min il qabaq bizim bu Qarabağda zərdüştilər yaşarmış. Turan elləri Dərbənddən, səddi-Iskəndərdən keçib, buraları yəğma edərmişlər. “Şahnamə”də rəvayət olunan IranTuran davası bizim Kür ilə Araz arasında vaqe olmuşdur... Bizim bu ölkənin başından çox qəribə qəziyyələr gəlib keçmişdir.
Ağası bəy asudə nəfəs alaraq özünü düzəltdi, quru, lakin möhkəm döşünü irəli verərək söhbətə qarışdı:
– Rəhmətlik Pənah xan Əfşar Fətəli xanın üstünə gedəndə, məlumi alinizdir ki, mən yaralanıb bir neçə vaxt Ərdəbildə yatdım. Bəylərbəyi məni bir dərviş zaviyəsinə tapşırmışdı. Orada pustnişin bir qoca şeyx var idi. Gecə-gündüz ibadətlə məşğul idi. Özü də həkimi-haziq idi: yaramı da yaxşı eliyən o oldu. Ibadətdən sonra yanıma gəlib döşəyimin yanında oturardı. O da bu qəziyyələri mənə demişdi. Onun dediyinə görə Aran böyük bir ölkə imiş, məqərrər-səltənəti†də Gəncədə imiş. Amma Allah bu gözəl ölkəyə ilanı qənim yaratmış imiş: gürzələr, əfilər bu yerdə qaynaşırmış...
İbrahim xan tamamilə sakit olub, maraqla soruşdu:
– Bəs bu ermənilər harada imiş?
Vaqif sakit səslə:
– Ermənilər buralara çox sonralar gəlmişlər; bunlar Çingiz və
Teymurləngin zülmündən qaçıb, bu dağlara sığınmışlar. Görmürsənmi, erməni yaşayan yerlərə “sığınaq” deyirlər... ermənilər başı bəlalı tayfa olublar.
Söhbət qızışdı. Vaqif Şərq tarixinə dair xanın indiyə qədər eşitmədiyi bir çox şeylər nağıl elədi. Sonra lətifələr başlandı, başdan keçən macəralar və vəqəlar söyləndi. Vaqif Qarabağa təzə köçən vaxtı Xanməmmədlə gəzməyə getdiyini anlatdı:
– Cavan vaxtımızdı, – dedi, – adama bir pənavat qoyub, Topxanaya gəzməyə getmək istədik. Curlar yığıldı. Xanməmmədin pulu olmadı.
Dedik, heç olmasa, get evdən bir az yağ, bir neçə də yumurta gətir.
Xanməmməd gedib ləng oldu. Gözlədik gəlmədi. Məni dalınca yolladılar. Getdim, gördüm anası bunu təndirin yanında oturdub, özü çörək yapır, bu da çörəkləri şişə keçirib, çiy yerlərini təndirdə qızardır. Gəzməyə getdiymizi də anası bilmirdi. Xəlvətcə çıxıb getmək istəyirdi.
Xülasə, kənardan durub, Xanməmmədə baxırdım, bir də gördüm ki, qurşağından yax axıb, arxalığı aşağı süzələndi. Arvad bunu görcək:
– Gör yağı oğurlayıb, harasında gizlədib! – deyə Xanməmmədin başına bir cüt qapaz saldı. Xanməmmədin saqqalı aşağı yumurta axıb tökülməyə başladı. Demə, yumurtaları da anasından xəlvət götürüb, papağının altına yığmış imiş...
Xan uğunub getdi. Kələntərin gülməkdən gözləri yaşardı. Lətifələrin şirin yerində pişxidmət məcməyidə alma, armud, nar, heyva və əzgil gətirib, qonaqların qabağına qoydu. Bunların hamısı bağbaşı olaraq kəndlərdən göndərilmişdi.
1 Şuşanın sağ cəhətindəki dağ
2 Vergidən azad edilmiş nökərlər
3 Qədimi-hər cür vergidən azad edilmiş nökərə deyərdilər.
4 Təsəddüq-sədəqə, qurban
5 Püştələr-yastıqlar
6 Yaldızlı-qızılı və ya gümüşü, parlaq.
7 Qəzəh-qövsü-qüzey (göy qurşağı).
8 Mətrət-içinə ağartı və ya şərbət tökülən böyük saxsı qab.
9 Dərvişin töhfəsi quru meyvələr
10 Günortaya
11 Daaş-dadaş
12 Şuşa yaxınlığında kənd
13 Məhsulun onda biri-xana çatan vergi
14 Şuşaya
15 Binanın içəri tərəfindəki dib otaq
16 Üstdən çiyinə salınan bürüncək
17 Dördkünc
18 II Irakli
19 Pənah xanın kəsdirdiyi pul
20 Kirik rütbəli ruhani
21 Vərəm
22 Xına ilə düzəlmiş xüsusi dərman
23 Əlyazmasının bu yerində Vaqifin adının qabağında ərəb əlifbası ilə “şer” sözü yazılmışdır. Görünür, Vaqif Məmmədhəsən ağaya şerlə cavab verməli və yaxud cavab verdikdən sonra bir şer də deməli imiş. Lakin müəllif nəzərdə tutduğu həmin şeri mətnə salmamışdır.
24 Peterburq
25 Şəriətin tətbiqinə baxan məmur.
26 Xan təsərrüfatına baxan məmur.
27 Pərvanə qanadı şəklində qayırılan qızıl bəzək.
28 Sənin bu dünyada qazandığın bircə kəfəndir ki, onu da aparıb-aparmayacağına güman yoxdur.
29 Dünyada kimin ki, bir çörək parası var, Bir də oturub durması üçün bir daxması var, Heç kimsəyə o, demə, nə quldur, nə ağa Gülsün, yaşasın, desin ki, xoş dünyası var.
30 Məktublaşmanı
31 İyirmi qəpik dəyərində sikkə
32 Noğulları hər kəs yesəydi, bu xeyir iş onun da başına gələrdi
33 Yəni: vaxt qənimətdir
34 Narazılıq, düşmənçilik
35 Zorxanada idman işlərinə rəhbərlik edən
36 Şuşa şəhərinin şimal-şərq tərəfindəki qədim torpaq yola “Kəhrat” yolu deyirlər.
37 Dosta mürüvvət et, düşməni yola ver.
38 Meyxanənin abadlığı bizim viranlığımızdandır.
39 “Gül vurmaq”, ilk əldə üzüyü tapmaq deməkdir
40 Məhəmmədin Məkkədən Mədinəyə köçməsindən
41 Mərkəz şəhəri
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-iki-od-arasinda-birinci-hisse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqındaFRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).
Əcəmilik möhürü və onunla mübarizəƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...
Dil məsələsiDİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.
Başqa şairlərin şeirləri
Əqrəb əqrəbə toxundu,qırmızı lent kəsildi elə bil.
Nagahan bir dərdə düşdün olmadı dərman, CavadNagahan bir dərdə düşdün olmadı dərman, Cavad!Yüz fəraqü həsrətü dərd ilə verdin can, Cavad!
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,